“İkipilləli Buraxılış Sistemi”
11.04.2026 [11:56]
Gömrük əməliyyatları sadələşdiriləcək
Azərbaycanda gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, əlçatanlığın və şəffaflığın artırılması məqsədilə”İkipilləli Buraxılış Sistemi” layihəsinin tətbiqi nəzərdə tutulur. Yeni sistem gömrük keçid məntəqələrində saxlama məsrəflərinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ şəkildə çatdırılmasını təmin etmək məqsədi daşıyır. Bu layihə xarici ticarət iştirakçılarına malların saxlanılması xərclərinin azaldılması, malların buraxılışının və istehlakçıya ünvanlanmasının sürətləndirilməsi, daha əlverişli biznes şəraitinin yaradılması kimi üstünlüklər təqdim edəcək. İlin sonuna kimi tətbiqi nəzərdə tutulan sistem xarici ticarət iştirakçılarına idxal əməliyyatları zamanı gömrük ödənişlərini malların buraxılışından etibarən 30 gün ərzində ödəmək imkanı yaradacaq.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib ki, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında qurulması, biznes subyektlərinin məmnunluğunun təmin edilməsi gömrük xidmətinin əsas strateji hədəflərindən biridir. Gömrük orqanları müxtəlif platformalarda sahibkarlarla səmərəli, işgüzar dialoqun qurulmasına, gömrük sistemində tətbiq ediləcək yeniliklərin, layihələrin biznes nümayəndələri ilə birlikdə müzakirə edilərək onların təklif və rəylərinin öyrənilməsinə xüsusi önəm verir. Gömrük sahəsində əməliyyatların asanlaşdırılması və ticari prosedurların sadələşdirilməsi ilə bağlı davam etidirilən islahatlar da məhz biznesin təklif və rəylərinə əsaslanır.
Sərhəd məntəqlərində maneəsiz keçid
Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməklə, beynəlxalq nəqliyyat dəhlizlərində sürətli və maneəsiz keçidlərin təmin ediılməsində də fəal rol oynayır, bu məqsədlə müasir infrastrukturlar qurur, Orta Dəhlizin daşınma qabiliyyətinin gücləndirilməsi üçün tərəfdaşları ilə birgə hüquqi-institisional mexanizmlər hazırlayır. Bunun nəticəsidir ki, ölkəmizin ərazisindən keçən daşınmaların həcmi durmadan artır. Məsələn, 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar 11 faiz, Şimal-Cənub dəhlizi üzrə isə 12 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü daha da artırılıb və 2025-ci ildə Bakı Limanında konteyner aşırılması əvvəlki illə müqayisədə 40 faiz yüksələrək 107 mini keçib. Hazırda Limanın yükötürmə gücünün 25 milyon tona çatdırılması istiqamətində işlər davam etdirilir.
Zəngəzur Dəhlizinin istifadəyə verilməsi isə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, Azərbaycandan keçən yüklərin həcmini qat-qat artıracaq.
Eləcə də, Şimal-Cənub və digər dəhlizlərdə nəqliyyat və logistika imkanlarını artıran Azərbaycan dövləti beynəlxalq daşınmaların daha asan və sürətli keçidlərini təmin etmək üçün sərhəd-keçid məntəqlərində gömrük rejimini daha da sadələşdirməyi hədəfləyir.
10 ölkə ilə ticarət sazişi imzalanıb
Gömrük xidmətində davamlı çevik alətlərin tətbiqinin genişləndirilməsi, gömrük inzibatçılığının səmərəliliyinin artırılması üzrə həyata keçirilən fəaliyyətin mərkəzində məhz rəqabət mühitinin möhkəmlənməsi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi dayanır. Rəqəmsal tranzit sisteminə əsasən, ticarət prosedurlarının optimallaşdırılması və sərhəd-keçid sisteminin modernləşdirilməsi də nəzərdə tutulur. Bu sistemin əsas məqsədi Azərbaycanın xarici ticarət əlaqələrinin genişləndirilməsini təmin etməkdir. Hazırda Azərbaycan 10 ölkə ilə ticarət sazişi imzalayıb. Həmin sazişlər beynəlxalq ticarətin daha da genişlənməsinə imkan verir. Rəqəmsal həllərin tətbiqi isə ölkəmizin qlobal ticarət zəncirinə daha çevik inteqrasiyasını təmin edəcək. Eyni zamanda, qeyri-qanuni dövriyyə ilə mübarizə, subyektivlik risklərinin azaldılması və biznes mühitində bərabər rəqabət şəraitlərinin təmin olunması prioritetlər sırasındadır. İnsan kapitalının inkişafı, data əsaslı qərar qəbul etmə, “yaşıl gömrük” təşəbbüsləri və rəqəmsal transformasiya müasir idarəetmənin əsas elementləri olaraq qalacaq.
Avtoburaxılış sisteminə keçid
Azərbaycan gömrüyü avtoburaxılış sisteminə keçməyi əsas hədəflərdən biri hesab edir. Sahibkarlıq subyektlərinin bəyannamələrinə müəyyən limit çərçivəsi qoyulmaqla avtoburaxılış sisteminə keçməyi nəzərdə tutulur. Yeni rəqəmsal alətlər gələcəkdə artıq etibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyannamələrini müəyyən limit çərçivəsi qoymaqla avtoburaxılış sisteminə keçirməyə imkan verəcək. Eyni zamanda, gömrük orqanları Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) yeni versiyasının tətbiqinə başlayıb. Gömrük orqanları qabaqcıl texniki nəzarət vasitələrinin tətbiqini də genişləndirir ki, bu da tranzitin həcminə təsir edir.
Orta Dəhlizdə ticarət prosedurlarının asanlaşdırılması
Yeri gəlmişkən, sadələşdirilmiş gömrük keçidlərinin yaradılması Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında da başlıca məqsədlərdən biri kimi müəyyən edilib. Bir neçə gün əvvəl Bakıda keçirilən TDT-nin Hökumət Başçılarının/Vitse-prezidentinin İkinci Görüşündə bu məsələyə toxunulub. Bildirilib ki, nəqliyyat və logistika xərcləri, uzun məsafələr, sənədlərin yoxlama müddətləri, gömrük və tranzit prosedurları son nəticədə tranzit daşınmalarındakı intensivliyə təsir göstərir. Ona görə də, türk dövlətləri müəyyən etdikləri “Türk Dünyasına Baxış 2040” strateji sənədinə uyğun olaraq, Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağı hədəfləyib. Həmin hədəflər çərçivəsində Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması və “Bir pəncərə” prinsipinin tətbiqi başlıca yer tutur. Həmçinin, vahid gömrük informasiya sisteminin yaradılması, ortaq risklərin idarə edilməsi mexanizmlərinin formalaşdırılması, elektron ticarət sahəsində innovativ texnologiyaların və vahid bəyannamə sisteminin tətbiqi əsas prioritetlərdəndir.
Asan gömrük dəhlizinin yaradılması
TDT-nin yeni iqtisadi baxış siyasətinə əsasən, ölkələr arasında rəqəmsal azad ticarət rejiminin təmin olunması da əsas prinsiplərdən biridir. Tərəflər arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına dair imzalanmış Sazişə əsasən, türk dövlətlərinin apardığı ticarət əməliyyatları zamanı gömrük prosedurlarının asanlaşdırılması, qarşılıqlı ticarətin elektronlaşdırılması üzrə rəqəmsal məlumat mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulur. Eləcə də, Preferensial (qarşılıqlı güzəşt) qaydalar əsasında məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması da əsas məqsədlərdən biridir. Bu, üzv ölkələr arasında qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması deməkdir. Nəticədə, yeni gömrük qaydaları sərhədkeçmə prosedurlarını asanlaşdırmaqla, vaxt və müddətləri qısaldacaq, türk dünyası arasında ticarətin optimallaşması baş verəcək. Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması TDT-nin ən mühüm hədəflərindən biri olan ticarət dövriyyələrinin həcmlərinin artırımasına imkan yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12

