Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib
28.01.2014 [09:16]
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 27-də Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, tibbi texnologiyalar, əczaçılıq, turizm, qablaşdırma, maliyyə, alternativ enerji, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən Macarıstan şirkətləri iştirak ediblər.
Forumda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan müzakirələr, imzalanmış sənədlər əlaqələrin inkişafına təkan verib. Hökumətlərarası Komissiyanın, Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun səmərəli fəaliyyəti, ötən il Şuşa ilə Döndöş şəhərlərinin qardaşlaşması haqqında birgə bəyannamənin imzalanması, Bakı-Budapeşt birbaşa hava xəttinin açılması, bu ilin əvvəlində Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanması, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişlənməsi Azərbaycan-Macarıstan əməkdaşlığının hərtərəfli inkişafının göstəriciləridir. Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq, eləcə də ticarət əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bakıda Macarıstan Ticarət evinin açılması bu əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfədir.
Nazir Şahin Mustafayev 2005-2013-cü illərdə ölkələrimiz arasında 9 biznes forumun və işgüzar görüşün keçirildiyini vurğulayıb, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iş adamları arasında əlaqələrin yaradılmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə, yeni layihələrin icrasına və biznes təşəbbüslərin inkişafına təkan verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Macarıstan şirkətləri Azərbaycanda əsasən kənd təsərrüfatı və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Son iki ildə keçirilmiş biznes forum və işgüzar görüşlərin nəticəsi olaraq inşaat, informasiya kommunikasiya texnologiyaları sahələrində layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə olunub.
Bildirilib ki, bugünkü tədbirdə hər iki tərəfdən müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin 150-yə yaxın nümayəndəsi iştirak edir və biznes forum iş adamları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsində, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Nazir macar iş adamlarını azərbaycanlı sahibkarlarla sənaye, kənd təsərrüfatı, inşaat, turizm və digər sahələrdə birgə layihələri müzakirə etməyə və əlaqələri daha da genişləndirməyə dəvət edib.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto ölkəmizdəki dinamik iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. P.Siyarto əlaqələrin bundan sonra da davamlı olaraq inkişaf edəcəyinə əminliyini bildirib, iş adamları arasında əlaqələrin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafına təkan verəcəyini vurğulayıb. Macarıstan iqtisadiyyatı, ölkəsinin biznes və investisiya imkanları barədə məlumat verən dövlət katibi macar şirkətlərinin kənd təsərrüfatı, səhiyyə, turizm, enerji sahələrində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə investisiya mühiti və biznes imkanları, Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) vitse-prezidenti Peter Bilek Macarıstan-Azərbaycan ticarət əlaqələrinə və HİTA-nın göstərdiyi xidmətlərə dair təqdimatlarla çıxış ediblər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

