Orta Dəhlizin daşınma gücü artırılır
28.08.2026 [10:25]
Qazaxıstan və Azərbaycan Ələt limanında yük terminalı yaradacaq
Qazaxıstan və Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) nəqliyyat-logistika infrastrukturunu gücləndirmək məqsədi daşıyan Ələt limanında intermodal yük terminalının yaradılmasını müzakirə edib. Tərəflər əməkdaşlığın gələcək inkişafını, yük axınlarının idarə edilməsi üzrə vahid sistemin yaradılması, logistika infrastrukturunun sinxron inkişafı, limanların gücünün genişləndirilməsi və donanmanın inkişaf etdirilməsi barədə razılığa gəlib. Qazaxıstan Dəmir Yolları İdarə Heyətinin sədr müavini Yerlan Koyşibayev bildirib ki, intermodal yük terminalının yaradılması nəqliyyat infrastrukturunun imkanlarını genişləndirməklə, Çin, Qazaxıstan və Azərbaycanın logistika habları arasında qarşılıqlı əlaqəni gücləndirəcək.
Gömrük-keçid rejiminin təkmilləşdirilməsi
Qlobal geosiyasi qeyri-sabitlik şəraitində Avrasiya üçün yeni nəqliyyat-logistika çərçivəsi formalaşır ki, bu prosesdə Qazaxıstan və Azərbaycanın sıx və qarşılıqlı faydalı əməkdaşlığı əsas rol oynayır. Ölkələr Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirir, sərmayə qoyur. Qazaxıstandan mallar Aktau və Kurık limanları vasitəsilə Xəzər dənizi ilə Azərbaycana daşınır, sonra isə Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılır. Hazırda artan qlobal daşınmaların həcmini nəzərə alaraq tərəflər liman infrastrukturlarının inkişafı, konteyner terminallarının və logistika mərkəzlərinin genişləndirilməsi, inzibati və gömrük prosedurlarının sadələşdirilməsi üzərində fəal işləyir. Eyni zamanda, rəqəmsal həllər - xüsusilə elektron sənəd dövriyyəsi tətbiq olunur ki, bu da yükün qeydiyyat müddətini azaldır və marşrutun səmərəliliyini artırır.
Qazaxıstan Nəqliyyat Nazirliyinin proqnozlarına görə, ölkə ərazisindən tranzit yüklərin həcmi 2029-cu ilədək təxminən 5 dəfə artaraq 1 milyon tona çatacaq. Artımı avtomobil daşımalarının inkişafı, keçid məntəqələrinin modernləşdirilməsi, infrastrukturun yaxşılaşdırılması və qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsi təmin edəcək. Əməkdaşlıq yalnız yük daşımalarını əhatə etmir, həm də yeni yolların və nəqliyyat qovşaqlarının inşasına, logistika infrastrukturlarının inkişafına və gömrük-keçid rejiminin təkmilləşdirilməsinə yönəlib.
Orta Dəhliz ortaq iqtisadi həmrəylik körpüsüdür
2026-cı ilin ötən 7 ayı ərzində Orta Dəhliz üzrə tranzit daşımalarının həcmi 36 min TEU (350 konteyner qatarı) təşkil edib. 2025-ci ilin analoji dövrü ilə müqayisədə konteynerlərlə daşımaların həcmi 50 faiz, konteyner qatarlarının sayı isə 82 faiz artıb.
Orta Dəhliz hazırda Çin və Cənub-Şərqi Asiyanı Avropa ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirən nəhəng quru-dəniz nəqliyyat-logistika habı kimi qlobal nəqliyyat ailəsinin xüsusi diqqətini cəlb etməkdədir. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan dəhlizə digər ölkələr də qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhəddindən başlayır və Avropaya qədər uzanır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 min TEU-ya yüksələcək. Bu, Azərbaycan üçün yalnız müvəqqəti alternativ və ya ehtiyat planı deyil, həm də qlobal ticarət üçün uzunmüddətli, davamlı bir yoldur.
Asiya Bankının maliyyə dəstəyi
Yeri gəlmişkən, Asiya İnkişaf Bankı (AIB) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yenidən qurulmasına maliyyə ayrılmasını təsdiqləyib. Maliyyələşmə planına əsasən, Qazaxıstan və Özbəkistanın yol infrastrukturlarının tam müasirləşdirilməsi, hərəkət təhlükəsizliyinin təmin olunması, habelə dəmir və avtomobil yollarında “yaşıl texnologiyaların” geniş tətbiqi nəzərdə tutulur.
AİB komandası hesab edir ki, yönəldilən investisiyalar Qazaxıstan və Özbəkistanın regional tranzit qovşağı kimi rolunu gücləndirəcək.
Qeyd edək ki, Orta Dəhlizin modernləşdirilməsi və “yaşıl dəhliz” strategiyası Asiya Bankının son illərdə xüsusi önəm verdiyi əsas istiqamətlərdən biridir. Bank bu istiqamətdə Orta Dəhlizin yerləşdiyi dövlətlər, o cümlədən Azərbaycanla əməkdaşlığı gücləndirib və yeni sərmayə layihələrinin maliyyələşdirilməsinə razılıq verib. Asiya Bankı “Gələcək üçün dayanıqlı nəqliyyat” proqramı üzrə Azərbaycanda da nəqliyyat sisteminin ekoloji tələbatlara uyğunlaşdırılması, dəmir yolunun enerji səmərəliliyinin artırılması və “yaşıl nəqliyyat” sahələrinə sərmayələrin cəlb edilməsinə razılıq verib.
Avropa İttifaqı da Orta Dəhlizə qoşulur
Avropa ölkələri də Orta Dəhliz ailəsinə qoşulmaq üçün öz nəqliyyat infrastrukturlarını inteqrasiya etmək yönündə addımlar atmağa başlayıb. Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanlarının Orta Dəhlizdə birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində razılaşma əldə edilib. Tərəflər Burqas və Varna dəniz limanlarının Qazaxıstanın strateji nəqliyyat-ticarət marşrutlarına inteqrasiyası üçün birləşdirici dəhliz layihəsi üzərində işləməyə razı olduqlarını bəyan ediblər. Həmçinin Sloveniya da nəqliyyat şəbəkəsini Orta Dəhlizə birləşdirmək yönündə praktiki addımlar atmaqdadır. Cari ilin aprelində Sloveniya hökuməti Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətini bəyan edib. Qazaxıstan və Sloveniyanın dövlət başçıları - Kasım-Jomart Tokayev və Nataşa Pirç Musarın görüşü zamanı nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zamanı rəsmi Lyublyana Orta Dəhlizə qoşulmaq niyyətini ifadə edib. Sloveniya hökuməti Adriatik dənizindəki Koper dəniz limanının digər nəqliyyat xətlərinə inteqrasiya olunması sayəsində Orta Dəhlizə çıxış əldə etmək istəyir.
Ümumilikdə, Orta Dəhlizdə daşınmaların həcminin və dəhlizin geoiqtisadi əhəmiyyətinin artması Avropa İttifaqının marağını bu bölgəyə daha çox fokuslayıb, Avropanın əksər ölkələri Mərkəzi Asiya-Xəzər -Avropa coğrafiyasına xüsusi önəm verərək bu bölgənin nəqliyyat infrastrukturlarının yenilənməsinə dəstək niyyətlərini bəyan edirlər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

