Abşeron yarımadasında tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb
03.06.2014 [09:03]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və Abşeron yarımadasının kanalizasiya infrastrukturunun yaxşılaşdırılması və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədi ilə genişmiqyaslı layihələr həyata keçirir. Yarımadanın bütün yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin yaradılması, tullantı sularının optimal idarə edilməsi və onların su hövzələrinə axıdılmasının qarşısını almaqla çirkab suların özüaxımlı rejimdə təmizləyici qurğulara yönləndirilməsi layihələrdə əsas hədəf kimi müəyyənləşdirilib.
2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün hazırlanmış Master Planda tunel tipli kanalizasiya kollektorlarının tikintisi də əksini tapıb. Master Plana əsasən, yarımada ərazisində formalaşan tullantı sularının nəql olunması məqsədi ilə 150 km uzunluğunda tunellər və mikrotunellər layihələndirilib. Dərnəgül-Bakıxanov-Günəşli (1254 min nəfərə xidmət edəcək), Bayıl-Bibiheybət-Lökbatan (382 min nəfərə xidmət edəcək), Xocasən-Xırdalan-Biləcəri (626 min nəfərə xidmət edəcək) və Zabrat-Kürdəxanı-Pirşağı (219 min nəfərə xidmət edəcək) tunellərinin inşasına artıq başlanılıb.
İndiyə qədər Dərnəgül-Bakıxanov-Günəşli istiqamətində tunelin 4 nöqtədə 3400 metrlik hissəsi inşa olunub. Xocasən-Binəqədi-Xırdalan istiqamətində isə 3 nöqtədə 1500 metr tunel qazılıb. Zabrat-Kürdəxanı-Pirşağı istiqamətində 2 nöqtədə indiyədək tikilmiş tunelin uzunluğu 1600 metr təşkil edir. Eyni zamanda, Bayıl-Bibiheybət-Lökbatan istiqamətində 2 nöqtədə 400 metrdən artıq tunel tikilib və işlərin sürətləndirilməsi üçün yeni quyu şaxtalarının qazılması davam etdirilir.
Kollektorların tikintisi yeni texnologiyaya əsaslanan TBM tunel qazma qurğuları vasitəsi ilə həyata keçirilir. Qazıntı işləri ilə eyni vaxtda yüksək keyfiyyətli betondan hazırlanmış konstruksiyalarla (plitələrlə) tunelin tikintisi həyata keçirilir. Ənənəvi qazma üsulları ilə müqayisədə tunel qazma texnologiyası zamanı marşrut boyunca yerləşən yerüstü bina və tikililərin, kommunikasiya xətlərinin köçürülməsinə, böyük inşaat meydançasının yaradılmasına ehtiyac qalmır.
Tunel tipli kanalizasiya kollektorları əksər hallarda tullantı sularının özüaxımlı rejimdə nəqlinə imkan yaratdığından kanalizasiya nasos stansiyalarından istifadə olunmur. Belə layihələr tullantı və yağış sularının idarəedilməsini xeyli asanlaşdırır. Belə ki, hazırda Bakı şəhərinin şimal hissəsi, Xırdalan şəhəri və ətraf qəsəbələrdə yaranan tullantı sularının böyük bir hissəsi Hövsan Aerasiya Stansiyasına ötürülür. Bu zaman tullantı suları bir neçə mərhələdə qaldırıcı nasoslar vasitəsi ilə ötürülür ki, bu da xərcləri artırmaqla istismar zamanı əlavə çətinliklər yaradır. Tikintisi davam edən Xocasən-Binəqədi-Xırdalan, Bayıl-Bibiheybət-Lökbatan kollektorları və Lökbatan təmizləyici qurğuları istismara veriləndən sonra Səbail, Yasamal, Qaradağ, Binəqədi və Abşeron rayonlarında yaranan tullantı sularının bir hissəsi burada təmizlənərək kənarlaşdırılacaq.
Master Planda tullantı suların müasir standartlara uyğun təmizlənərək kənarlaşdırılması məqsədi ilə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd təmizləyici qurğunun layihəsi də hazırlanıb. Lökbatan təmizləyici qurğusunun inşasına başlanılıb, Pirşağı təmizləyici qurğusunun tikintisinə isə hazırlıq görülür. Master Planda nəzərdə tutulan bu layihələrin reallaşması ilə Xəzər dənizinə təmizlənmədən axıdılan çirkab suların qarşısı tam alınacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17

