Azərbaycan qonşu İranla iqtisadi əlaqələrin inkişafında maraqlıdır
06.08.2014 [09:48]
Avqustun 5-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Nazir vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu ilin əvvəlində Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə görüşü, həmçinin aprel ayında Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verib. Şahin Mustafayev əməkdaşlığın daha da inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.
Bildirilib ki, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm, bank, meliorasiya və irriqasiya, ticarət sahələrində, Azərbaycanda yaradılan sənaye parklarında İran şirkətlərinin iştirakı, birgə istehsal sahələrinin yaradılması istiqamətində əməkdaşlıq üçün geniş imkanlar var.
Görüşdə İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasının, rəsmi görüşlərin və biznes forumun keçiriləcəyi, bu tədbirlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağı qeyd edilib.
Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq torpaqlarımızın 20 faizinin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, tarixi abidələrin, məscid və ibadətgahların, qəbiristanlıqların dağıdıldığını qonaqların diqqətinə çatdırıb. Nazir xüsusi vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınması, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində qonşu İranın Azərbaycanın ədalətli mövqeyini davamlı dəstəkləməsi önəmlidir.
Mahmud Vaezi Azərbaycandakı sürətli inkişafın İran nümayəndə heyətində dərin təəssürat yaratdığını diqqətə çatdırıb, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edərək, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

