/ / Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilib
Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilib
19.08.2015 [09:52]
Vergilər Nazirliyinin Kollegiyası tərəfindən “Çağrı Mərkəzi vasitəsilə Sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” və “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidmətlərinin inzibati reqlamentləri təsdiqlənib.
“Çağrı Mərkəzi vasitəsilə Sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” elektron xidməti elektron imzası olan vergi ödəyicisinin Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciəti üzrə Mərkəzin təmsilçisi tərəfindən onun təqdim etdiyi məlumatlar əsasında müvafiq rüblük bəyannamənin hazırlanması və elektron qaydada göndərilməsini əhatə edir. Elektron xidmət Vergilər Nazirliyi tərəfindən qismən avtomatlaşdırılmış formada həyata keçirilir. Xidmətin icra müddəti icraçının tələb olunan məlumatları daxil etməsindən, istifadəçinin gücləndirilmiş elektron imza vasitəsilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.
“Sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə elektron formada tərtib edilərək gücləndirilmiş elektron imza vasitəsilə təsdiqləməsi üçün vergi ödəyicisinə göndərilir. Məlumatların doğruluğu təsdiqləndikdən sonra bəyannamə vergi orqanına yönəldilir və bu barədə vergi ödəyicisinin mobil telefonuna mesaj daxil olur.
“Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidməti Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və ya mənfəət vergisinin hesabatını vermək öhdəliyi olan vergi ödəyiciləri tərəfindən müvafiq ərizənin vergi orqanına təqdim olunmasını əhatə edir. Bu elektron xidmət Vergilər Nazirliyi tərəfindən tam avtomatlaşdırılmış formada həyata keçirilir və icra müddəti “İnzibati icraat haqqında” qanunla tənzimlənir. Xidmətin icrası zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizə cavablandırılır və bu barədə onun elektron ünvanına məlumat göndərilir.
Elektron xidmətlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) və gücləndirilmiş elektron imza əldə etmiş şəxslər yararlana bilər. Elektron xidmətlərdən istifadə ödənişsizdir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

