TEAS II Brüssel Biznes Forumunda Azərbaycandakı sərmayə imkanları diqqət mərkəzində olub
17.10.2015 [13:36]
Avropanın 100-dən artıq iş adamı və diplomatının iştirakı ilə TEAS II Brüssel Biznes Forumu keçirilib. Brüsseldəki “Diamant” Konfrans və Biznes Mərkəzində keçirilən Forumda Azərbaycanda mövcud sərmayə imkanları diqqət mərkəzində olub.
“Azərbaycan beynəlxalq investorların gözü ilə” mövzusunda keçirilən tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, TEAS Benilüks ofisinin direktoru, Belçikanın sabiq iqtisadiyyat, inkişaf üzrə əməkdaşlıq və ədliyyə naziri Mark Vervilghen tədbirin açılış mərasimində çıxış edərək Azərbaycanın nəhəng sərmayə potensialına, inkişaf etmiş infrastruktura malik ölkə olduğunu deyib. O bildirib ki, Avropanın yeni hədəfləri var. Bu, “İpək Yolu” layihəsinə yeni nəfəsin verilməsidir. Azərbaycan yenidən bu layihənin episentri olacaq. Azərbaycanın, Belçikanın, bütün Benilüks ölkələrinin və Avropa İttifaqının məqsədi eynidir.
Belçikanın dövlət naziri və uzun müddət bu ölkənin parlamentinin üzvü olmuş Herman De Kroo Forum iştirakçıları ilə təəssüratlarını bölüşüb: “Mən Azərbaycana iki dəfə səfər etmişəm - 2011-ci ildə və bu il. Bu səfərlər zamanı Azərbaycanda çox böyük dəyişikliklərin baş verməsinin canlı şahidi oldum. Azərbaycanda ilk Avropa Oyunları uğurla keçirildi”.
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri və eyni zamanda Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərov qeyd edib ki, Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin 50 faizindən çoxu Avropa İttifaqı ölkələrinin payına düşür. Səfir biznesin inkişafı baxımından bu cür forumların davamlı şəkildə keçirilməsinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, tədbirdən- tədbirə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar üzə çıxır, birgə layihələrin həyata keçirilməsi üçün razılıq əldə olunur və nəticə etibarilə, gələcək əməkdaşlığın miqyasının artırılması baxımından yeni konsepsiyaların əsasları qoyulur.
Tədbirdə əsas diqqət dünyada öz zəngin neft-qaz ehtiyatlarına görə şöhrət qazanmış Azərbaycan haqqında qərəzli fikirlərin dəyişdirilməsinə yönəlib. “Dentons Baku” şirkətinin nümayəndəsi Ceyms Hoqan təmsil etdiyi qurumun Azərbaycanda 25 il ərzində fəaliyyət göstərdiyini vurğulayaraq bildirib ki, ölkənin xarici investisiyalara dair siyasəti çox şəffafdır və burada sabit investisiya rejimi hökm sürür. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə təkan vermək məqsədilə xüsusi iqtisadi zonalar fəaliyyət göstərir.
Dünya Bankının infrastruktur üzrə baş mütəxəssisi Hacı Hüseynov Azərbaycanda həyata keçirilən layihələrdən söhbət açıb. O, regionun iqtisadi inkişafına yeni impuls verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun bu ilin sonunadək fəaliyyətə başlayacağı haqda məlumat verib. Bildirib ki, lazımi infrastruktur artıq qurulub və ilk qatar bu ilin avqust ayında ünvana çatdırılıb.
“Enthoven Associates” şirkətinin prezidenti Aksel Enthoven şəhər və kənd infrastrukturunun inşası üçün mövcud olan imkanlara diqqəti çəkib və seçilən konsepsiyanın əhalinin öz ölkəsinə qarşı münasibətinə və həyat keyfiyyətinə necə təsir edə biləcəyindən danışıb. Qeyd edib ki, kənd təsərrüfatı Azərbaycanda üstünlük təşkil edən sahələrdən biridir, işçi qüvvəsinin 40 faizi burada məşğuldur. Doqquz iqlim zonasına malik olan və münbit torpaq şəraiti bəxş edilmiş bu ölkədə azərbaycanlı fermerlər müxtəlif növ meyvə-tərəvəz yetişdirirlər. Bu sahəyə yatırılan sərmayələrin miqdarının artırılması vacibdir.
İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi çıxışında vurğulayıb ki, kənd təsərrüfatı Azərbaycanda çox vacib sektora çevrilib. Bu sahə diversifikasiya prosesində əsas rol oynayır və Avropa şirkətləri üçün çox vacib sahə olmaq potensialına malikdir.
Gözlənildiyi kimi, “Natural Gas Europe” nəşrinin direktoru, jurnalist Rik Gillin enerjiyə dair sədrlik etdiyi sessiya böyük maraq doğurub.
Enerji Xartiyası Katibliyinin baş katibi Dr.Urban Rusnak deyib: “1990-cı illərdə Azərbaycan neft məhsullarının idxalçısı idi, lakin 10 il ərzində ixracatçıya çevrildi. Daha 10 ildən sonra aparıcı neft-qaz istehsalçısı və ixracatçılarından biri oldu. Bu ölkə Avropa İttifaqının gələcəyində vacib rol oynayacaq”.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov 45 milyard dollarlıq “Cənub” qaz dəhlizinin hazırkı statusu haqqında danışıb. Bildirib ki, bu dəhliz qazı Xəzər dənizindən, nəticə etibarilə Orta Asiya və İrandan birbaşa İtaliyada yerləşən birləşdiriciyə çatdıracaq.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan regionun informasiya və kommunikasiya texnologiyalarının qovşağına çevrilməyə çalışır. Son 3 il ərzində bu sektora 3 milyard ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu, həmçinin BMT mandatı altında fəaliyyət göstərən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üçün başlıca məsələdir. Bu layihə vasitəsilə Frankfurtla Honkonq arasında inkişaf etmiş şəbəkə xidmətləri həyata keçiriləcək. Bununla da Qərbi və Şərqi Avropa ilə Orta Asiya arasında rəqəmsal uçurum azalacaq.
TASİM-in direktoru Zaur Həsənov çıxışında deyib ki, TASİM mürəkkəb və strateji layihədir. Bu layihə Azərbaycandan keçərək 3000 kilometr məsafəyə uzanır və Qərblə Şərqi birləşdirir. Bu layihənin böyük iqtisadi və geosiyasi əhəmiyyəti var.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağasi bildirib ki, ölkəmiz hazırda vahid ictimai xidmətlərin göstərilməsində aparıcı yer tutur. “ASAN xidmət” cəmi üç il öncə fəaliyyətə başlayıb. Bu sistem elektron hökumət xidmətlərindən istifadə edərək 10 dövlət orqanından 280 xidmət növünə çıxışı təmin edir. Bu xidmətlər “ASAN” mərkəzləri şəbəkəsi və kənd yerlərində olanlar üçün mobil “ASAN xidmət” vasitəsilə təmin edilir.
K.Ağasi deyib: “Biz Azərbaycanda yaşayan 9,5 milyon insandan 6 milyonuna xidmət göstərmişik və 98 faiz müsbət rəy almışıq”.
TEAS II Brüssel Biznes Forumu tədbir iştirakçıları arasında canlı görüşlər silsiləsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21

