Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çexiya hakimiyyəti sərt qışa yüksək hazırlıq nümayiş etdirib

Çexiya hakimiyyəti sərt qışa yüksək hazırlıq nümayiş etdirib

21.01.2026 [19:30]

Bu il Çexiyada qış mövsümü son illərin ən sərt dövrlərindən biri kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, uzunmüddətli şaxtalar, güclü qar yağışı və enerji tələbatının artmasına baxmayaraq, ölkə ciddi problemlərlə üzləşməyib.

Çexiya hakimiyyəti bildirir ki, bu nəticə əvvəlcədən görülmüş genişmiqyaslı hazırlıq tədbirlərinin sayəsində mümkün olub.

Hökumət hələ payız aylarında enerji ehtiyatlarını artırıb, qaz anbarlarını demək olar ki, tam doldurub və alternativ tədarük marşrutlarını gücləndirib. Eyni zamanda, kommunal xidmətlər və nəqliyyat strukturları fövqəladə rejimə keçirilib, yolların təmizlənməsi və ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin olunub.

Sosial sahədə isə yaşlılar və həssas qruplar üçün əlavə dəstək proqramları tətbiq edilib.

Rəsmilərin fikrincə, görülən tədbirlər sərt qış şəraitində ölkənin dayanıqlığını və vətəndaşların təhlükəsizliyini qorumağa imkan verib.

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30