Sahibkarlığın inkişafında yeni mərhələ başlayır
21.10.2015 [10:04]
Vüqar Bayramov: Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur
Sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Lakin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, lisenziya verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər yaradırdı. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən 19 oktyabr tarixində “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman imzalanıb. Həmin Fərmanla respublikamızda sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) lisenziya verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Qeyd edək ki, dövlət başçısının bu Fərmanı sahibkarlar tərəfindən rəğbətlə qarşılanıb. Öz növbəsində, məsələyə münasibət bildirən iqtisadçı-alim Vüqar Bayramov da qəzetimizə açıqlamasında Prezidentin bu addımını təqdir etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmaqdadır. Belə ki, dövlət başçısı sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsini İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə etməklə yanaşı vergi yoxlamaları istisna edilməklə bütün növ yoxlamaların 2 il müddətində dayandırılması ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Beləliklə ölkəmizdə sahibkarlığın inkişafındakı yeni mərhələ başlayır. İqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlılığının təmin edilməsi və dövlət büdcəsində vergili daxilolmaların artırılması, nəhayət, iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır. Yəni, müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz dövlət başçısının rəhbərliyi ilə reallaşmaqdadır. Bu islahatlar Azərbaycan iqtisadiyyatının şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olacaq. Vüqar Bayramovun sözlərinə görə, qlobal və regional çətinliklərin müşahidə edildiyi bir dövrdə bu ilin 9 ayının iqtisadi və sosial nəticələri bir daha təsdiq etdi ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət öz real töhfələrini verməkdədir. İqtisadiyyatdakı artım tempi qorunub saxlanılmaqla yanaşı, iqtisadi inkişaf neft sektorundan qeyri-neft sektoruna transfer edilir. İkirəqəmli iqtisadi inkişafa malik olan qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarlığın dəstəklənməsi nəticəsində özəl sektorun genişlənməsi ilə əlaqədardır. Bu inkişafın dayanıqlılığı isə birbaşa sahibkarlığın dəstəklənməsi üçün həyata keçiriləcək islahatlarla bağlıdır. Məhz dövlət başçısının hər zaman nümayiş etdirilən siyasi iradəsi ilə reallaşan son islahatlar da iqtisadiyyatın dayanıqlılığını möhkəmləndirəcək.
İqtisadçı-alim əlavə edib ki, qlobal iqtisadi durum çətinləşməkdədir. Böhran hətta inkişaf etmiş ölkələrdə belə müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan dövləti sahibkarlığın inkişafına hər cür dəstək həyata keçirir. Azərbaycan regionda sahibkarlığın inkişafına ən çox birbaşa maliyyə yardımı göstərən ölkədir. Artıq maliyyə yardımı ilə yanaşı, sahibkarları narahat edən bütün bürokratik problemlər aradan qaldırılmaqdadır. Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədləri isə sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsun reallaşması kimi də qiymətləndirmək olar. Bu islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılacaq.
Vüqar Bayramovun sözlərinə görə, dövlət başçısı tərəfindən reallaşan son iqtisadi islahatlar sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, sosial təsirlər də daxil olmaqla multieffektlərə malikdir. Bütövlükdə, son islahatların strateji təsirlərini belə qruplaşdırmaq olar. Son 2 sənəd dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, eyni zamanda, özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur. Bu artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makroiqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək. Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm də sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu, sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir.
İqtisadçı-alim qeyd edib ki, lisenziyaların verilməsinin “ASAN xidmət”ə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər göstərirdi ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirdilər, bunun üçün əlavə pul verməli olurdular. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var idi. Lisenziyaların sektoral olması da olduqca vacib idi. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurdular. Təbii ki, buna ehtiyac yox idi. Sektoral sistemin tətbiqi imkan verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imkanları əldə etsin. Yeni qaydaların tətbiqindən sonra həm lisenziyaların sayının azaldılması, həm də onların verilməsində bütün bürokratik əngəllərin aradan qaldırılması müşahidə ediləcək. Hamı razılaşır ki, “ASAN xidmət”in səlahiyyətinə daxil edilən bütün xidmətlərdə korrupsiya, rüşvət, süründürməçilik kimi neqativ hallar tamamilə aradan qaldırılır. Bu, o deməkdir ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də “vasitəçi” axtarmalı olacaq, o, sadəcə, dövlət rüsumunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq. Bu isə inkişaf etmiş ölkələrdəki təcrübəyə tətbiq edilən islahat deməkdir. Lisenziyaların sayının azaldılması, eyni zamanda, sahibkarların xərclərini azaldacaq. Bu, həm leqal xərclərin azaldılması, həm də qeyri-leqal xərclərin birdəfəlik ləğv edilməsi deməkdir. Eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirəcək. Bu, lisenziyalar ilə yanaşı, digər sənədlər üçün də elektron müraciət və əldə etmək imkanları deməkdir.
Bundan əlavə, yoxlamaların sayının azaldılması sahibkarlar üçün öz fəaliyyətlərini tam planlaşdırma, iş rejimində hər hansı inzibati fasilələrin baş verməməsi, xərclərə qənaət və ən əsası, özəl sektorun genişlənməsi deməkdir. Aparılan monitorinqlər də göstərirdi ki, sahibkarların fəaliyyətini daha çox yoxlama hüququ olmayan bir sıra dövlət orqanları yoxlayırdılar və bu heç də sahibkarlara xoş niyyətdən irəli gəlmirdi. Yoxlama hüququ olan dövlət orqanlarının fəaliyyətinin də tənzimlənməsi, yoxlamaların elektron qeydiyyatının aparılması zəruri idi. Artıq sözügedən qurumlar növbəti 2 ildə sahibkarların fəaliyyətini yoxlamaq və eləcə də müdaxilə etmək imkanına malik olmayacaqlar. Aydındır ki, elektron mexanizmlər tam formalaşdırıldıqdan sonra sözügedən müddət limitsiz uzadılacaq. Yeni sistem məmurların sahibkarların fəaliyyətinə yersiz müdaxilələrinə heç bir halda imkan verməyəcək. Sahibkar, sadəcə, dövlət qarşısında məcburi öhdəliklərini yerinə yetirməklə, o cümlədən dəqiq hesablanmış vergiləri vaxtında ödəməklə öz işlərini azad şəkildə qura biləcək.
Ekspert daha sonra qeyd edib ki, son islahatlar qeyri-neft sektorunun ixrac qabiliyyətinin güclənməsinə imkan yaradacaq. Qeyri-neft sektorunun payı ümumi daxili məhsulda (ÜDM) 70 faizə, büdcə gəlirlərində isə 40 faizə çatmaqdadır. Bununla yanaşı, qeyri-neft ixracatının ümumi ixracatda payının artırılması da olduqca vacibdir. Doğrudur, 2015-ci ilin ötən müddətində qeyri-neft ixracatı 12 faizə yaxın artıb və ümumi ixracatda qeyri-neft sektorunun payı artıq ikirəqəmlidir. Təbii ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi neft ixracatının dəyər ifadəsini də azaldıb. Amma bu fərqi kompensasiya edəcək sektor məhz qeyri-neft sferası və deməli, sahibkarlıqdır. Yersiz müdaxilələrin aradan qaldırılması, eyni zamanda, sahibkarların ixrac etdiyi məhsulların həcmini artıracaq. Praktiki olaraq yersiz müdaxilə olmadan məhsul istehsal edən sahibkarlar onların bir qismini maneəsiz ixrac etməklə özlərinin maliyyə likvidliyini gücləndirmiş olacaqlar.
Sahibkarlığın inkişafında yeni mərhələnin başlaması həm də dövlət büdcəsinin gəlirlərinin şaxələnməsinə səbəb olacaq. Gələn il büdcəyə daxil olan hər 2 manatın təxminən 1 manatı məhz qeyri-neft sektorunun payına düşəcək. Bu gəlirlərin təmin edilməsi isə bilavasitə sahibkarlığın daha da inkişaf etdirilməsi ilə bağlıdır. Daha inkişaf etmiş sahibkarlıq büdcəyə daha çox ödəniş deməkdir. Bu baxımdan, əslində, yersiz yoxlamalar dövlət büdcəsindən vəsaitlərin yayındırılmasına da gətirib çıxarırdı. Artıq bu neqativ hallar tamamilə aradan qaldırılacaq. Bu həm də sahibkarlıq sektorunda vergi intizamının güclənməsinə də səbəb olacaq. Yersiz müdaxilələrin tamamilə ləğvi, dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərini azaltmaqla vəsaitlərə qənaət etməsinə səbəb olub onların vergi ödənişlərinin həcmini də artıracaq. Nəticədə, dövlət büdcəsinin vergili daxilolmalarında artım müşahidə ediləcək.
V.Bayramov həmçinin qeyd edib ki, yersiz müdaxilələrin tamamilə aradan qaldırılması sahibkarlara vəsaitlərə qənaət etməyə imkan verməklə yeni iş yerlərinin sayını artırmağa şərait yaradacaq. Bu baxımdan, son islahatlar, eyni zamanda, məşğulluğun tam təmin olunması baxımından böyük təsirlərə malik olacaq. Bu, bilavasitə əmək qabiliyyətli əhalinin daha yüksək maaşlı və dayanıqlı işlə təmin olunması imkanları deməkdir. Deməli, son islahatlar, eyni zamanda, yeni iş yerlərinin yaradılması və biznes mühitinin daha da canlandırılmasına səbəb olacaq. Onun sözlərinə görə, sahibkarlığın inkişafı maliyyə və məzənnə stabilliyi baxımından da olduqca vacibdir. Belə ki, sahibkarlığın inkişafı idxaldan asılılığın aradan qaldırılmasında ciddi rol oynayır. Xüsusən də ərzaq və gündəlik istehlak mallarının yerli istehsal hesabına təmin edilməsi ölkədən valyuta axınının qarşısını alır. Aydındır ki, idxal ölkədən valyuta aparır. İdxalın həcminin yerli istehsalın genişləndirilməsi hesabına azaldılması isə valyutanın ölkədə qalmasına səbəb olur. Bu baxımdan, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, eyni zamanda, maliyyə və məzənnə stabilliyi baxımından olduqca əhəmiyyətlidir. Özəl sahibkarlığın inkişafı milli valyutaya iqtisadi və psixoloji təzyiqin ciddi azaldılmasına gətirib çıxara bilər. İqtisadçı alim belə hesab edir ki, sahibkarlığın inkişafında yeni mərhələnin başlaması həmçinin dövlət rezervlərimizin həcminin qorunub saxlanılması baxımından da əhəmiyyətlidir. Belə ki, yeni mərhələdə sosial, humanitar və digər xərclər birbaşa qeyri-neft sektorundan daxil olmalar hesabına maliyyələşdiriləcək. Bu maliyyə mənbəsi isə sahibkarlığın daha da inkişaf etdirilməsi nəticəsində genişləndiriləcək. Sahibkarların vergi ödənişlərinin artması dövlət rezervlərimizə qənaət edilməsinə və ölkəmizin mövcud sığorta yastığının qorunub saxlanılmasına imkan verəcək. Bir sözlə, göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühüm mərhələ başlayır. Liberal iqtisadiyyat və azad bazarı əsas iqtisadi prinsiplər elan edən ölkəmizdə sahibkarlığın inkişafında başlanan yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minimumlaşdıra biləcək. Bu isə dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45

