Sahibkarlığın inkişafı ilə bağlı gömrüyün rolu müzakirə olunub
29.10.2015 [09:45]
Caspian European Club-un Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə oktyabrın 28-də keçirilmiş forumda biznes nümayəndələri ilə gömrük sahəsinin inkişafının əsas aspektləri və istiqamətləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib. O, dövlət qurumları ilə özəl sektor arasında daha sıx əlaqələr yaratmaq məqsədilə Caspian European Club çərçivəsində belə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Aydın Əliyev, həmçinin Caspian European Club-un üzv şirkətlərinə gömrük qanunvericiliyində tətbiq edilən yeniliklər, onun inkişafının əsas istiqamətləri və hüquqi normativ aktların şərtləri barədə məlumat verib. Komitə sədri bildirib ki, Nazirlər Kabinetinin Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilmiş 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı dövlət qurumları qarşısında əsasında normativ sənədlərin qəbul edildiyi yeni vəzifələr qoyub.
A.Əliyev qeyd edib ki, “Azərbaycanda xeyli sayda sahibkar birlikləri fəaliyyət göstərir və onlardan da biri bizim üçün mühüm əhəmiyyət kəsb edən Caspian European Club-dur”. Onun sözlərinə görə, Caspian European Club təkcə Azərbaycanda deyil, həm də Gürcüstan, Qazaxıstan, Rusiya və digər ölkələrdə işləyir və Dövlət Gömrük Komitəsi hər zaman bizneslə açıq dialoqa hazırdır.
Biznes-forumda, eyni zamanda Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, sədr müavinləri Əsgər Abdullayev, Rza Həsənəliyev və Şahin Bağırov iştirak ediblər.
Daha sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin Baş idarə rəhbərlərinin - Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov, Dövlət Gömrük Komitəsinin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Hüquq şöbəsinin rəisi Sənan Muxtarov təqdimatlarla çıxış ediblər. Dövlət Gömrük Komitəsinin rəhbərliyi sahibkarlığın biznesmenlərlə inkişafının müxtəlif aspektləri ilə bağlı öz fikirlərini bölüşüb. Mövzu ilə bağlı biznes-forum iştirakçılarının təklifləri, həmçinin Caspian European Club şirkətlərini maraqlandıran suallar müzakirə olunub.
Biznes-forumda çıxış edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Aydın Əliyevə təşəkkürünü bildirib. Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, gömrük sahəsində əməkdaşlığın yollarını müzakirə ediblər.
Telman Əliyev diqqətə çatdırıb ki, Caspian Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyun ayında təsis edilib. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. T.Əliyevin sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasındakı dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Biznes-forum zamanı Aydın Əliyevə Caspian European Club-un fəxri üzvü sertifikatı təqdim olunub. Caspian European Club-un biznes-forumunda Rumıniya, Latviya, İspaniyanın səfirləri və şirkət rəhbərləri, bir sıra dövlətlərin, xüsusilə də Türkiyə, ABŞ və Qazaxıstanın diplomatik qurumlarının nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36

