Sumqayıtda ölkəmizdə kimya sənayesinin yaranmasının 70 illik yubileyi qeyd olunub
31.10.2015 [09:40]
Oktyabrın 30-da Sumqayıtda ölkəmizdə kimya sənayesinin yaranmasının 70 illik yubileyi qeyd olunub. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Azərikimya” İstehsalat Birliyinin kollektivi Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları “Azərikimya” İstehsalat Birliyinin baş ofisində olub, Birliyin Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələri ilə əlaqədar elan edilən vakansiyalar üzrə İnsan Resursları Departamenti tərəfindən aparılan test imtahanının gedişi ilə maraqlanıblar. Departamentin rəisi Asif Bəkirli vakansiyalar və test imtahanları haqqında qonaqlara ətraflı məlumat verib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev imtahan verəcək gənclərlə görüşüb, onlara uğurlar arzulayıb.
Sonra iştirakçılar tədbirin keçiriləcəyi Sumqayıtın Tarix Muzeyinə gəliblər. Bildirilib ki, 1967-ci ildən fəaliyyət göstərən muzeydə 14 mindən çox eksponat saxlanılır. Burada Heydər Əliyev guşəsi yaradılıb, Ümummilli liderin Sumqayıta səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar yerləşdirilib. Qonaqlar Sumqayıtın kimya sənayesinin inkişaf yolunu əks etdirən ekspozisiya ilə də tanış oldular.
Muzeyin akt zalında keçirilən təntənəli yığıncaqda kimya sənayesi veteranları, kimyaçı alimlər, Sumqayıtın qurucuları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev tədbiri açaraq qonaqları salamlayıb, kimya sənayesinin 70 illik tarixi, əldə edilən uğurlar, qarşıda duran perspektivlər barədə çıxış edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev kimya sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə Kimya Sənaye Parkının yaradıldığını, təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş Karbamid zavodunun, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun, eləcə də yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisinin uğurla davam etdirildiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin əlamətdar yubiley münasibətilə kimyaçıların bir qrupunu ali dövlət mükafatları ilə təltif etməsini kimyaçılara göstərilən daimi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirən R.Abdullayev kimyaçıların adından dövlətimizin başçısına dərin minnətdarlığını ifadə edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan neftçiləri və onların avanqard qüvvəsi olan neft kimyaçıları Vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə həmişə olduğu kimi, bundan sonra da fədakarlıqla çalışacaqlar.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov kimyaçıları bayram münasibətilə təbrik etdi, ölkə iqtisadiyyatının inkişafı naminə gördükləri işlərdə onlara uğurlar arzulayıblar.
Veteran kimyaçı Firuddin Mustafayev son illərdə yüzlərlə kimyaçının fəxri adlara, müxtəlif orden və medallara layiq görüldüyünü qeyd edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra uzun illər kimya sənayesində çalışan, bu sahədə səmərəli fəaliyyət göstərmiş qabaqcıl kimyaçıların təltif olunma mərasimi keçirilib. Prezident İlham Əliyevin 2015-ci il 26 oktyabr tarixli Sərəncamı ilə orden və medallarla təltif olunmuş kimyaçılara mükafatlar təqdim edilib. Bayram tədbirində, həmçinin bir qrup kimyaçıya fəxri fərman və pul mükafatları verilib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

