İtaliyanın “Exportiamo” portalı Azərbaycandakı biznes mühitindən bəhs edib
05.11.2015 [10:19]
İtaliyanın “Exportiamo” portalında Azərbaycanda mövcud əlverişli investisiya mühitindən bəhs edən yazı yerləşdirilib.
Məqalədə vurğulanır ki, Azərbaycan son illər cəlbedici bazarı ilə İtaliya şirkətlərinin böyük marağına səbəb olub. Uzun illər enerji sektoru ilə tanınan bu ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi nəticəsində artıq qeyri-neft sektorunun inkişafı da müşahidə olunmaqdadır. Bu, xarici investorların diqqətini cəlb edən başlıca amildir. Bakının Qafqazın episentrinə çevrildiyi hər kəsə məlumdur. Bu şəhərdə önəmli tədbirlər keçirilir və meqa-investisiya layihələri reallaşdırılır. Bu baxımdan “Xəzər inşaat həftəsi”, “BakuBuild-2015” kimi beynəlxalq sərgiləri misal göstərmək olar.
Yazıda İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonun fikirləri də yer alıb. Səfir bildirib ki, Azərbaycan-İtaliya əlaqələrinin inkişafında qeyri-neft sektorunun payı getdikcə artmaqda və tərəfdaşlıq əlaqələrimiz genişlənməkdədir.
Portalda, həmçinin Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun geniş müsahibəsinə də yer verilib. Qurumun fəaliyyətindən danışan R.Məmmədov vurğulayıb ki, fondun məqsədi Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici şirkətlərə dəstək vermək, eyni zamanda, şirkətlərimizin xarici bazarlardakı fəaliyyətinə imkanlar açmaqdır. O deyib: “Əsas missiyamız Azərbaycanın davamlı iqtisadi inkişafını dəstəkləmək, milli infrastrukturdan və imkanlarımızdan istifadə etməklə ixrac fəaliyyətimizi səmərəli şəkildə təşviq etməkdir. Xarici ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumları ilə əməkdaşlıq etmək AZPROMO üçün önəmli amildir. Bu baxımdan İtaliyanın İCE Agentliyi ilə əlaqələri misal göstərmək olar”.
Azərbaycan iqtisadiyyatının müxtəlif istiqamətlərindən danışan R.Məmmədov ölkəmizin əlverişli iqlimə malik olduğunu və bunun kənd təsərrüfatının inkişafına müsbət təsir göstərdiyini bildirib. O, həmçinin neft-kimya sənayesi, tikinti, xidmət, nəqliyyat, İKT, turizm, ətraf mühit və digər sahələrdə əldə olunmuş mühüm nailiyyətlərdən və Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün təklif olunan imkanlardan bəhs edib. Diqqətə çatdırıb ki, Azərbaycanda 66 İtaliya şirkətinin fəaliyyət göstərməsi əlverişli biznes mühitinin mövcudluğunun göstəricisidir.
“İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmələrinə hansı amillər təsir edir?” sualına R.Məmmədov belə cavab verib: “Ən önəmli faktor ölkəmizdəki sabitlikdir. Davamlı iqtisadi inkişafa malik Azərbaycan makroiqtisadi sabitlik və dayanıqlıq üzrə dünya ölkələri arasında ön sıralarda qərarlaşıb. Ölkəmizdə yerli və xarici iş adamlarının fəaliyyəti üçün bərabər imkanlar yaradılıb”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50

