Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur
17.12.2015 [10:05]
Bu layihənin reallaşması Asiya ilə Avropa arasında ticarət dövriyyəsini genişləndirməklə yanaşı, bu xətt üzrə yerləşən ölkələrin siyasi, iqtisadi, mədəni əlaqələrinin inkişafına da mühüm töhfə verəcək
Məlum olduğu kimi, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə) ilə hərəkət edən Çinin Lyanunqan şəhərindən yola düşən üçüncü konteyner qatarı Gürcüstana çatıb. Qatarın qarşılanma mərasimində çıxış edən Gürcüstanın baş naziri İraklı Qaribaşvili deyib ki, “İpək yolu” layihəsi çərçivəsində bu və digər layihələrin reallaşdırılması Gürcüstanın da inkişafına təkan verəcək. “İpək yolu” layihəsi çərçivəsində Çindən yola salınan yüklər Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Avropaya çox qısa müddətdə çatdırılacaq. “Mən çox sevinirəm ki, üzərində Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkiyə bayraqları ilə bəzədilmiş bu konteyner qatarı bu gün Tbilisiyə çatıb. Biz 8-10 gün ərzində uzaq Çindən gələn qatarları qarşılayıb, 3-5 gün ərzində də buradan Avropanın müxtəlif ölkələrinə çatdıracağıq. Bu marşrut bizə dünya iqtisadi bazarında vacib tərəfdaş olmağımıza böyük imkanlar açır. Bizim ölkələrimizin siyasi, iqtisadi, mədəni inkişafına təkan verir”, - deyə İraklı Qaribaşvili bildirib.
“Gürcüstan Dəmir Yolları”nın baş direktoru Mamuka Baxtadze çıxışında “İpək yolu” layihəsinin tərkib hissəsi olan bu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. O, bu layihənin reallaşdırılması zamanı Gürcüstanın qarşılaşdığı problemlərin həllində göstərdiyi hərtərəfli köməyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Sonra Çinin və Qazaxıstanın səfirləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov çıxış edərək layihə barədə fikirlərini bölüşüblər. Bildirilib ki, konteyner qatarının tam istifadəyə verilməsi Asiya ilə Avropa arasında ticarət dövriyyəsini genişləndirməklə yanaşı, bu xətt üzrə yerləşən ölkələrin siyasi, iqtisadi, mədəni əlaqələrinin inkişafına da mühüm töhfə verəcək. Layihə çərçivəsində tranzit və xarici yüklərin cəlb olunması, rəqabətə davamlı vahid tariflərin tətbiqi və daşınan yüklərin həcminin artırılması işinə təşkilati dəstəyin həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bu il avqustun 3-də çatmışdı. Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunun Alaşanko eksport stansiyasından çıxan 44 vaqondan ibarət olan ikinci konteyner qatarı sentyabrın sonunda, Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatıb. Əvvəllər belə qatarlar alternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı.
Konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq “Qazaxıstan temir jolı” SC, “Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.
Ümumiyyətlə, birmənalı olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülüb. Bu baxımdan, “Dəmir İpək yolu” adlandırılan, iştirakçı ölkələrin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də Avropa ilə Asiyanı bir-birinə daha yaxın edəcək Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.
BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. BTQ perspektivdə nəhəng nəqliyyat infrastrukturuna və rentabelli nəqliyyat dəhlizinə çevriləcək. Həmçinin layihə ölkəmizi Avropa ilə birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirəcək. Məhz buna görə də “Dəmir İpək yolu” layihəsini regional miqyaslı, qlobal xarakterli layihə kimi səciyyələndirmək mümkündür. Əsas məqam isə budur ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə sanballı töhfələr verəcək. Digər tərəfdən, yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinə maraq göstərirlər. BTQ dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklər 12-15 günə, yəni dəniz nəqliyyatına nisbətən azı iki dəfə tez çatdırılacaq. Bu dəmir yolu ilə yük daşımalarının həcminin mərhələlərlə 10 milyon tondan çox olacağı proqnozlaşdırılır. Artıq Polşa, Macarıstan, Litva, Albaniya, Qazaxıstan, Əfqanıstan və digər ölkələr, o cümlədən Çin bu dəmir yoluna maraq göstərirlər.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsində işləri həyata keçirən podratçı şirkətin icraçı direktoru Kayserşah Erdem bildirib ki, işlərin sürətləndirilməsi istiqamətində dəmir yolunun Türkiyə ərazisində yerləşən 79 kilometrlik hissəsində hazırda davam etdirilir. Buraya Canbaz sərhəd dəmir yol stansiyasının tikintisi, 8,5 kilometrlik qazma tuneli və 11,05 kilometrlik açıq tunelin alt hissəsində betonlama işlərinin aparılması, dəmir yol relslərinin döşənilməsi və 322 metr uzunluğunda dəmir yol körpüsünün inşası daxildir.
Layihə direktoru məlumat verib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlərin 2016-cı ilin sonunda bütünlüklə başa çatdırılması nəzərdə tutulur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10

