Ötən il regionlar üzrə vergi daxilolmaları 622 milyon manat təşkil edib
27.01.2016 [10:33]
Yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində vergi sektoru üzrə bölmə iclası keçirilib.
Vergilər naziri Fazil Məmmədov regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasına uyğun olaraq, bölgələrdə çox ciddi müsbət dəyişikliklər baş verib, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb və müasir tələblərə cavab verən infrastruktur formalaşdırılıb.
Son 12 ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər nəticəsində büdcə gəlirləri ümumilikdə 4,4 dəfə, Vergilər Nazirliyinin xətti ilə vergi daxilolmaları 2,6 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 4,9 dəfə artıb. Vergi sistemində kompleks islahatların aparılması, sahibkarlar və iş adamları üçün əlverişli biznes mühitinin yaradılması, iqtisadi inkişafı stimullaşdıran çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi regionlar üzrə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Əgər 2006-cı ildə regionlar üzrə vergi daxilolmaları cəmi 86,6 milyon manat təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 7,2 dəfədən çox artaraq 622,1 milyon manata çatıb.
Qeyd olunub ki, aqrar sektorun inkişafını sürətləndirmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər 2019-cu il yanvarın 1-dək torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad ediliblər. Gəlir vergisinin ödəyicisi olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri isə Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən başlayaraq müddət qoyulmadan gəlir vergisindən azad olunub. Bütövlükdə kənd təsərrüfatı sahəsinə verilmiş vergi güzəştləri nəticəsində təkcə son 10 ildə 2 milyard manatdan artıq vəsait sahibkarların sərəncamında qalıb.
Diqqətə çatdırılıb ki, 2016-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər də vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına, sahibkarlıq subyektlərinin sərəncamında daha çox vəsaitin qalmasına xidmət edir. Güzəşt tətbiq olunan muzdlu işlə əlaqədar əldə edilən gəlirin məbləği 10 dəfə artırılıb, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilıb. Əlavə dəyər vergisi ödəyicisi kimi məcburi qeydiyyat öhdəliyini yaradan vergi tutulan əməliyyatların məbləği 120 min manatdan 200 min manatadək qaldırılıb, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma rejimində seçim hüququ verilib, daşınmaz əmlakın satışının sadələşdirilmiş vergiyə cəlb edilməsinə başlanılıb.
Regionların davamlı və dayanıqlı inkişafını təmin etmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Nəzərə almaq lazımdır ki, bunun üçün böyük məbləğdə vəsait tələb olunur və bu da əsasən vergi daxilolmaları və Dövlət Neft Fondunun ayırmaları hesabına həyata keçirilir. Bu prosesin bundan sonra da davamlı və dayanıqlı olması üçün büdcənin gəlir hissəsi artırılmalıdır. Günün reallığı isə ondan ibarətdir ki, neftin qiyməti son bir ildə 4 dəfə aşağı düşüb və bu prosesin proqnozlaşdırılması mümkün olmadığından bundan sonrakı illərdə büdcə gəlirləri əsasən vergi daxilolmaları və gömrükdən daxilolmalar hesabına formalaşmalıdır. Bununla əlaqədar, həm yerli icra hakimiyyəti başçıları, həm də sahibkarlarımız müvafiq vergi orqanları ilə birlikdə çox işlər görməli, yaranan problemlərin birgə həllinə çalışmalıdırlar.
Bölmə iclasında iştirak edən sahibkarlar səyyar vergi yoxlamalarının müddəti, vergilərin ödənilməsini stimullaşdırmaq, quşçuluq sənayesinin vergidən azad olunması ilə bağlı bir sıra təkliflər səsləndirdilər. Həmin təkliflərin araşdırılaraq nəzərə alınacağı vurğulanıb.
Müzakirələrdə Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar, iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı, hüquq baş idarələrinin və yerli vergi orqanlarının rəisləri iştirak edib və sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

