Regionlarda istehsal sahələrinin, emal müəssisələrinin yaradılması prioritet istiqamətlərdir
27.01.2016 [10:35]
İqtisadiyyat sahəsi üzrə təşkil olunan bölmə iclasında sahibkarlar və icra hakimiyyətlərinin başçıları iştirak ediblər. AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayevin moderatorluğu ilə keçən bölmə iclasında regionlarda sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunub.
“Əgər 10-12 il bundan əvvəlki vəziyyətlə regionlarımızda olan indiki vəziyyəti müqayisə etsək, böyük inkişaf görərik. Bu gün regionların siması büsbütün dəyişib. Hazırda regionlarda istehsal sahələrinin, emal müəssisələrinin yaradılması bizim üçün prioritet istiqamətlərdəndir”, - deyən iqtisadiyyat naziri dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsinin ölkə iqtisadiyyatına təsirindən danışıb. Qeyd edib ki, bu mənfi təsirlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev tərəfindən lazımi tapşırıqlar verib. Son illər regionlarda sosial-iqtisadi sahədə görülən işlərdən də bəhs edən Ş.Mustafayev deyib ki, ölkəmizdə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin bu sahəyə nə qədər böyük önəm verdiyini göstərir. Hazırda qarşımızda duran əsas məqsəd idxaldan asılılığın azaldılmasından ibarətdir. Bunun üçün isə ölkədə sahibkarlıq inkişaf etdirilməlidir. Bu istiqamətdə bir çox tədbirlər görülüb. Güzəştlərin tətbiq olunması, yoxlamaların dayandırılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi, investisiyaların təşviqi və digər tədbirlər, ümumilikdə, bu sahənin inkişafına təkan verəcək.
Nazir vurğulayıb ki, ixracın stimullaşdırılması da bu gün əsas müzakirə mövzularından biridir. Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi mexanizmi üzərində iş aparılır. Eyni zamanda, dövlət yerli məhsulların təşviqində yaxından iştirak edəcək, Azərbaycan brendləri yaradılacaq. Hesab edirik ki, bir sıra Azərbaycan məhsullarının rəqabət qabiliyyəti yüksəkdir. Bu sahədə əlavə təşviqi mexanizmlər tətbiq olunmaqla, işləri daha da yüksək səviyyəyə qaldıra, həm yerli istehsalı artıra, həm də ixrac potensialımızı gücləndirə bilərik.
Diqqətə çatdırılıb ki, yerli icra hakimiyyətlərinin rəhbərləri və bələdiyyələr həm dövlət fonduna daxil olan, həm də özəl torpaqlardan istifadə ilə bağlı təhlil aparmalı və sahibkarlara, investorlara boş ərazilər barədə məlumat verməlidirlər. İş adamları da həmin ərazilərdən səmərəli istifadə etməlidirlər. Şahin Mustafayev deyib ki, Prezident İlham Əliyev rayonlarda sənaye məhəllələrinin yaradılması ilə bağlı qarşıya çox ciddi vəzifə qoyub. Pilot layihə olaraq Neftçalada sənaye məhəlləsinin yaradılmasına başlanılıb və xeyli iş görülüb. Artıq orada sahibkarların kreditləşdirilməsi məsələlərini həll edirik, ümumi dəyəri 20 milyon manat olan 7 layihə reallaşdırılacaq. Zənnimcə, bu, Neftçala rayonu üçün az məbləğ deyil. Artıq Ağdamda, Mingəçevirdə, Şəmkirdə də bu istiqamətdə iş aparılır. Hər bir icra strukturu, sahibkar bu məsələyə daha çox önəm verməlidir. Yaxşı olar ki, rayonlarda infrastrukturlara yaxın müvafiq yerlər seçilsin və orada sənaye məhəllələri yaradılsın. İşığı, qazı, suyu və digər kommunal infrastrukturu olan yerin seçilməsi sahibkarın xərcini, həmçinin oraya yatırılacaq investisiyanın miqdarını 30-40 faiz azalda bilər. Sahibkarlar bu xərcdən azad olunsa, onlar həmin vəsaitləri avadanlıqların alınmasına və digər işlərə yönəldə bilərlər. Sənaye məhəlləsinə ümumi yol çəkilə bilər ki, həmin yoldan da hər bir sahibkar istifadə edər. İş adamları bir yerdə cəmləşərsə, orada bank, vergi, notarial və digər xidmətləri də təşkil etmək olar ki, iş daha da asanlaşsın. Sonra isə biznes inkubatorların yaradılması məsələsinə baxıla bilər.
Bildirilib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas istiqamətlərdən biri də taxılçılığın inkişaf etdirilməsidir. İri taxılçılıq təsərrüfatlarının ərazisinin, ümumilikdə, 150 min hektara çatdırılması nəzərdə tutulur. Hazırda bu, 29 təsərrüfat üzrə 40 min hektar sahəni əhatə edir. “Kənddə yaşayan insan öz torpaq sahəsində ötənilki məhsuldan götürdüyü taxıldan toxum kimi istifadə edir. Yüksək reproduksiyalı toxum almaqda maraqlı deyil. Ona görə də iri təsərrüfatların yaradılması, onların yüksək reproduksiyalı toxumlarla təmin edilməsi daha sərfəlidir. Belə təsərrüfatlarda sahələrə ciddi nəzarət edilir və yüksək məhsuldarlıq əldə olunur”, - deyə iqtisadiyyat naziri vurğulayıb.
Sonra sahibkarlar və icra hakimiyyətlərinin başçıları çıxış edərək, iş adamlarına yaradılan şəraitdən danışıblar, bu istiqamətdə atılan addımları təqdir ediblər. Bölmə iclasında kiçik və orta sahibkarlığın inkişafına əlavə dəstək göstərilməsi, yerli istehsalın dəstəklənməsi, ixracın stimullaşdırılması, regionlarda emal müəssisələrinin yaradılması, əkinlərə subsidiyanın yekun məhsula görə verilməsi və digər təkliflər səsləndirilib.
Şahin Mustafayev qaldırılan məsələlərin nəzərdən keçiriləcəyini və müvafiq qərarların veriləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

