Londonda Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının ilk iclası keçirilib
13.02.2016 [11:22]
Fevralın 11-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin və Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Modun həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak edib.
İclasda çıxış edən hökumətlərarası komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini, indiyədək ölkələrimiz arasında iqtisadi sahə də daxil olmaqla 24 sənədin imzalandığını bildirib. Qeyd olunub ki, hazırda Azərbaycanda 473 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. Ölkəmizdə həyata keçirilən layihələrdə Böyük Britaniya şirkətləri podratçı kimi də iştirak edirlər. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 23 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Azərbaycan və Böyük Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini qeyd edən nazir Şahin Mustafayev bankçılıq, İKT, su təchizatı, turizm, səhiyyə sahələrində də əlaqələrin davam etdiyini bildirib.
Humanitar sahədə əməkdaşlığa gəlincə qeyd edilib ki, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələri arasında əməkdaşlıq və tələbə mübadiləsi həyata keçirilir. Hazırda 569 azərbaycanlı tələbə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın 38 universitetində, Britaniyalı gənclər isə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar. 2015-ci ildə Azərbaycanda keçirilmiş I Avropa Oyunlarında Böyük Britaniya idmançıları fəal iştirak ediblər.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Londona səfər etdiyini vurğulayıb. Əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında yaradılmış hökumətlərarası komissiyanın ölkələrimiz arasında əməkdaşlığın, xüsusilə də iqtisadi əlaqələrin inkişafında, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasında əhəmiyyətini qeyd edib.
Bildirilib ki, hökumətlərarası komissiya çərçivəsində Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər, Neft və Qaz üzrə birgə işçi qrupları fəaliyyət göstərir və fevralın 10-11-də keçirilmiş iclaslarda və Təhsil Forumunda ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Nazir Şahin Mustafayev investisiya, turizm, İKT, enerji, ekologiya sahələrində əməkdaşlığın, Azərbaycanın qeyri-neft məhsullarının Böyük Britaniyaya ixracının, ölkəmizdə yaradılan sənaye parklarında və aqroparklarda Britaniya şirkətlərinin iştirakının, birgə biznes forum, sərgi və təqdimatların keçirilməsinin əlaqələrin inkişafında əhəmiyyətini, Azərbaycan İnvestisiya Şirkəti və AZPROMO ilə əməkdaşlıq imkanlarını qeyd edib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Fransis Mod ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, komissiyanın iclasında aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında önəmli olacağını vurğulayıb.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Mod imzalayıblar. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin, Böyük Britaniyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır.
Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər, Neft və Qaz üzrə birgə işçi qruplarının iclasları və Təhsil Forumu keçirilib.
Ticarət və İnvestisiyalar üzrə işçi qrupunun iclasına Azərbaycan tərəfdən rəhbərlik edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanın investisiya və biznes mühiti, tranzit imkanları, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verib, AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətini diqqətə çatdırıb. Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiyalar sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu iclasda Böyük Britaniya şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün əlverişli imkanların olduğu vurğulanıb.
SOCAR-ın viste-prezidenti Elşad Nəsirovun həmsədrliyi ilə keçirilmiş Neft və Qaz üzrə birgə işçi qrupunun iclasında zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın bu sahədə Böyük Britaniya ilə uğurlu əməkdaşlıq etdiyi, ölkəmizdə enerji sahəsində bir sıra Britaniya şirkətlərinin fəaliyyət göstərdiyi qeyd edilib, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayevin həmsədrlik etdiyi Maliyyə və Peşəkar Xidmətlər üzrə işçi qrupunun iclasında korporativ idarəetmə standartlarının əhəmiyyəti və bu sahədə Azərbaycanda qanunvericilik, şirkətlərdə şəffaflıq və məlumatların açıqlanması məsələləri, ictimai xidmətlərin effektiv təmin edilməsi mexanizmləri, o cümlədən Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, Azərbaycan şirkətlərinin optimal maliyyə bazarlarına çıxış imkanları, daxili kapital bazarlarının mövcud infrastrukturu və bu bazarlardan vəsaitlərin cəlb olunması imkanları, qlobal investorlara Azərbaycanın tanıdılması məsələləri əsas müzakirə mövzuları olub.
Azərbaycan tərəfindən təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərliyi ilə keçirilmiş “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu”nda Azərbaycanın təhsil sahəsində islahatlara xüsusi əhəmiyyət verdiyi, ölkələrimiz arasında təhsil sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq layihələrinin artırılması üçün böyük potensialın olduğu qeyd edilib. Forumda professor-müəllim və tələbə mübadiləsinin, ikili diplom proqramlarının, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, ali təhsilin idarəolunmasında təcrübə mübadiləsi və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16

