Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nərimanov rayonu: 2015-ci ilin yekunları statistik göstəricilərdə

Nərimanov rayonu: 2015-ci ilin yekunları statistik göstəricilərdə

17.02.2016 [09:58]

Məlum olduğu kimi, 2015-ci ildə də ölkəmizin iqtisadiyyatı uğurla inkişaf etmişdir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələ ətrafında geniş müzakirə aparılmışdır. Dövlətimizin başçısının da bildirdiyi kimi, ötən il Azərbaycanda ümumi daxili məhsul və sənaye istehsalı artmışdır. Əvvəlki illərdə görülmüş işlər və düzgün aparılmış siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı davam etmişdir. Belə ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru ötən il 8,4 faiz artmışdır.
2015-ci ilin yanvar-dekabr aylarında paytaxtımızın digər rayonlarında olduğu kimi, Nərimanov rayonunda da inkişaf davam etmişdir. Rayonda istehsal olunmuş sənaye məhsulunun həcmi xidmətlər də daxil olmaqla faktiki qiymətlərlə 2359062,9 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 88,7 faiz təşkil etmişdir. Sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 12596 nəfər təşkil etmiş, orta aylıq əməkhaqqı 5,9 faiz artaraq 545,6 manat olmuşdur. Ötən il ərzində Nərimanov rayonunun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 255343 min manat məbləğində investisiya yönəldilmiş, 220025,7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 533673,3 min manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 13558,7 min manat olmuşdur. Tikinti sahəsində çalışan işçilərin orta siyahı sayı 7450 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3271 nəfər azdır.
2015-ci il ərzində nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 70372,6 min manatlıq, rabitə müəssisələri tərəfindən isə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 330261,7 min manatlıq xidmət göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 1357,7 mln. manata, iaşə xidmətlərinin həcmi isə 6,7 faiz artaraq 127,9 mln. manata çatmışdır. Rayon üzrə əmtəə dövriyyəsinin 100 faizi, iaşə xidmətlərinin 99,8 faizi, pullu xidmətlərin isə 95,2 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
Yeni iş yerlərinin yaradılması ilə bağlı işlər də davam etdirilmişdir. Belə ki, 2015-ci ilin yanvar-dekabr aylarında 3996 daimi iş yeri yaradılmışdır. Ümumiyyətlə isə, 1 oktyabr 2003-cü ildən 1 yanvar 2016-cı ilədək rayonda 47007 yeni iş yeri açılmışdır.
Rayon sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun ödənilməsi, bazar qiymətlərinin süni surətdə qalxmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş və ötən il ərzində rayon əhalisinə 3 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2015-ci il ərzində müvafiq işlər görülmüşdür.
Ötən il ərzində rayonda geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Belə ki, metronun “Gənclik” stansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrinin həyata keçirilməsi uğurla yerinə yetirilmişdir.
Yeni inşa olunmuş Bakı Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri yüksək keyfiyyətlə yerinə yetirilmişdir. İlk növbədə, Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulmuş, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük materialları ilə bəzədilmişdir. Səkilər yenidən qurulmuş, yaşıllıqlar salınmışdır. Görülən işlər nəticəsində Ziya Bünyadov prospekti şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilmişdir.
Olimpiya stadionunun ətrafında 15 hektar olan yamacda yaşıllıqlar salınmış, müxtəlif ağac və bəzək kolları əkilmiş, müasir suvarma sistemi quraşdırılmışdır.
Böyük Şor gölü ətrafında Olimpiya stadionuna yaxın ərazidə yeni bulvar zolağı salınmış, rayon sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.
Rayonun Heydər Əliyev prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yeni park yaradılmışdır.
Rayon sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlamış layihələrin icrası 2015-ci ildə də uğurla davam etdirilmişdir.
Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3a ünvanlarında müasir memarlıq üslubunda inşa edilmiş yeni yaşayış binaları istismara tam hazır vəziyyətə gətirilmiş və sakinlərin istifadəsinə verilmişdir.
Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq, istismar müddəti keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilmişdir. Artıq binaların fasad hissəsində işlər başa çatdırılmış, binadaxili işlər isə sona çatmaq üzrədir. Həmin binaların da yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Quraşdırılmış müasir işıqlandırma sistemləri gecə vaxtlarında prospektə xüsusi gözəllik verir.
Rayon statistika şöbəsi Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş “2015-ci ildə yerli statistika orqanları üçün statistik işlər Proqramı”nı və iqtisadi təhlil üzrə rüblük iş planlarını rəhbər tutaraq sosial-iqtisadi göstəriciləri əks etdirən rəsmi statistik hesabatlarının vaxtında və keyfiyyətlə daxil edilməsinə nəzarəti həyata keçirmiş və həmin hesabatların işlənilməsi və təhlili ilə əlaqədar müəyyən işlər görmüşdür. Statistik vahidlərə əməli kömək göstərmək məqsədi ilə onların nümayəndələri ilə 9 təlimati müşavirə keçirilmişdir. Həmin müşavirələrdə 93 nəfər iştirak etmişdir. Hesabat intizamı və yeni tətbiq edilmiş rəsmi statistika hesabatları ilə bağlı cəmiyyət, müəssisə və təşkilatlara 52 məktub yazılmışdır. Statistik vahidlərin aktuallaşmasından keçən müddət ərzində tapılmayan müəssisə və təşkilatların aşkar edilməsi üçün tərəfimizdən müəyyən tədbirlər həyata keçirilmişdir. Nəticədə, ötən il 63 tapılmayan müəssisə aşkar edilmiş, 33 müəssisə hesabata cəlb edilmiş və 30 müəssisədən fəaliyyət göstərmədiyi barədə arayış alınmışdır. 2015-ci ildə fəaliyyəti olan 141 statistik vahidlə Əməkdaşlıq sazişi bağlanılmışdır.
Aylıq və rüblük hesabatlar üzrə yekun cədvəllər sahələr üzrə tərtib edilib keçmiş Baş Hesablama Mərkəzinin və Şəhər statistika idarəsinin elektron ünvanlarına müəyyən olunmuş vaxtlarda göndərilmişdir.
Nərimanov rayonunun statistika göstəricilərinə dair illik məcmuə iş planında nəzərdə tutulmuş vaxtda hazırlanmış və Şəhər statistika idarəsinə təqdim edilmişdir.
Rayon statistika şöbəsinin işçiləri təhlili məruzələrin və statistik bülletenlərin keyfiyyətlə hazırlanmasına diqqəti artırmışdır. 2015-ci ildə şöbə tərəfindən 30 təhlili məruzə hazırlanmışdır, onlardan 7-si öz təşəbbüsü ilə hazırlanmış məruzədir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə uyğun olaraq, Rayon statistika şöbəsində çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi 2015-ci il üçün müvafiq forma üzrə həyata keçirilmişdir. Qiymətləndirmənin nəticələri barədə hesabat müəyyən olunmuş vaxtda Komitənin Kadrlar şöbəsinə təqdim edilmişdir.
Rəsmi statistika materiallarının hazırlanması və statistik vahidlərin dövlət reyestrinin aparılması üçün zəruri məlumatların vaxtında və düzgün təqdim edilməməsinə görə cavabdeh məsul şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmuşlar. Belə ki, 2015-ci il ərzində 3 hüquqi şəxsin nümayəndəsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə müvafiq olaraq protokol tərtib olunmuş və cərimə sanksiyası tətbiq edilməsi haqqında qərar verilmişdir. Tətbiq edilmiş 900 manat məbləğində cərimənin hamısının Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməsi təmin olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2010-cu il tarixli, 35 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət orqanlarına təqdim edilməsi Qaydası”nın icrası ilə bağlı müəyyən işlər görülmüşdür. Məlumatları elektron hesabat formasında təqdim etmək istəyən cəmiyyət və təşkilatların ərizələri toplanıb və onlarla müvafiq qaydada müqavilələr bağlanmışdır. Əsas məqsəd hüquqi və fiziki şəxslərlə əməkdaşlıq əlaqələrinin keyfiyyətinin yaxşılaşdırılması, statistik vahidlərə düşən informasiya yükünün və vaxt itkisinin azaldılması, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatların təqdim edilmə üsulunun asanlaşdırılmasına nail olmaqdır. Həyata keçirilmiş tədbirlər nəticəsində 1915 statistik vahid tərəfindən rəsmi statistika hesabatları elektron sənəd formasında təqdim olunur. Hal-hazırda Rayon statistika şöbəsi tərəfindən fəaliyyət göstərən digər statistik vahidlərlə bu istiqamətdə işlər davam etdirilir.
Hüsaməddin İsgəndərov
Nərimanov rayon statistika
şöbəsinin rəisi

Paylaş:
Baxılıb: 1111 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31