/ / Qeyri-neft məhsullarının ixracına dəstək yeni iqtisadi kursun uğurlu olmasında müstəsna rol oynayacaq
Qeyri-neft məhsullarının ixracına dəstək yeni iqtisadi kursun uğurlu olmasında müstəsna rol oynayacaq
04.03.2016 [10:23]
Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərman ekspertlər tərəfindən yüksək qiymətləndirilir
Son 10 ildə dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb.
Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul olunması hazırkı dövrdə effektiv iqtisadi siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bu baxımdan, Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında bu günlərdə imzaladığı Fərman qeyd olunan sahədə dönüş yaranmasına güclü stimul verəcək. Burada 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bütövlükdə, ekspertlər də bəhs olunan Fərmanın, o cümlədən analoji tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirirlər. Məsələn, Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, bu gün dünyada həm iqtisadi, həm də siyasi və sosial sahədə keyfiyyətcə yeni dəyişikliklər baş verməkdədir: “Bir tərəfdən, neftin qiymətlərinin kəskin düşməsi neft ixrac edən ölkələrin gəlirlərini kəskin şəkildə aşağı salmış, digər tərəfdən, məhz neft ixrac edən ölkələr əldə etdikləri gəlirləri Qərb dövlətlərindən texnologiyalar almağa xərclədiklərindən neftin qiymətinin düşməsi texnologiya və hazır məhsul ixrac edən ölkələrin də gəlirlərini və bazarlarını kəskin azaltmışdır. Təcrübə göstərir ki, qlobal böhran şəraitində iqtisadi cəhətdən çevik qərarlar qəbul edən ölkələr sonrakı mərhələdə ən çox inkişaf edən ölkələrə çevrilirlər. Həyata keçirilən tədbirlər həm yerli istehsalçıları dəstəkləməli, həm də xarici investorları ölkəyə cəlb etməlidir. Çünki məhz xarici investorlar özləri ilə texnologiya və biliklər gətirirlər. Azərbaycan hər zaman öz iqtisadi cəlbediciliyi və etibarlı tərəfdaş olması ilə seçilmiş və beynəlxalq iqtisadi reytinq agentlikləri hər zaman bunu təsbit etmişdir. Təbii olaraq bu investisiyaların böyük əksəriyyəti neft və qaz sektoruna yönəlmiş və bu sahənin inkişafı üçün əvəzsiz rol oynamışdır. Bunun da əsas səbəbi ölkədə olan iqtisadi və siyasi sabitlik və etibarlı tərəfdaş imici olmuşdur”.
Onun sözlərinə görə, son zamanlar ölkədə həyata keçirilən sürətli iqtisadi islahatlar, ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar Azərbaycanda tamamilə yeni reallıqlar yaratmaqdadır: “Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanın əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Fərmana əsasən, 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlər həyata keçiriləcək. Hazırkı şəraitdə ölkənin dayanıqlı inkişafının davamlılığının təmin olunmasında və daxili istehsalın genişlənməsində ixracın təşviq olunması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə son zamanlar müvafiq qurumlar tərəfindən davamlı tədbirlər həyata keçirilir, Azərbaycanın investisiya imkanları təqdim edilir, yerli istehsal olan məhsulların ixracı təşviq olunur və xarici tərəfdaşlarla bu istiqamətdə çoxsaylı müqavilələr imzalanıb. Bütün bunlar, öz növbəsində, Azərbaycanın yeni iqtisadi kursunun uğurlu olmasında xüsusi rol oynayacaq”.
Milli Məclisin deputatı Azər Badamov isə bildirib ki, Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, yeni şəraitdə müəyyən olunmuş tədbirlərin ardıcıl həyata keçirilməsi mövcud hədəflərə çatmağa imkan verəcək.
Millət vəkili əlavə edib ki, sosial-iqtisadi islahatların uğurluluğunu təmin edən əsas amil güclü siyasi iradədir: “Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamların önəminə ayrıca toxunmaq lazımdır. Qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanda Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulub. Ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edəcək. Şübhəsiz, Prezident İlham Əliyevin imzaladığı Fərman yeni iqtisadi şəraitə uyğun atılan müvafiq addımların məntiqi davamıdır. Bu Fərman daxili istehsalın artmasına və qeyri-neft məhsullarının ixracının genişlənməsinə yeni stimul verəcək. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycan yaxınmüddətli perspektivdə xarici bazarlarda ciddi maliyyə vəsaitləri gətirən, dividendli brendlərlə təmsil olunacaq”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərman mahiyyətinə görə müstəsna əhəmiyyət daşıyır: “Ümumiyyətlə, sahibkarlar üçün subsidiya mexanizminin tətbiq edilməsi ölkəmizdə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması baxımından önəmlidir. Bu, birmənalı şəkildə imkan verəcək ki, ixracla məşğul olan sahibkarlar dövlət büdcəsinə dəstək versinlər - maliyyə yardımı etsinlər, eyni zamanda, ölkəyə valyuta axını güclənsin. Bu, olduqca ciddi strateji əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, bu Fərman qeyri-neft sektorunun inkişafına da təkan verəcək: “Qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması hazırkı dövrdə həm iqtisadi inkişafın ardıcıllığının təmin olunması, həm də sosial-iqtisadi islahatların davamlılığı baxımından əhəmiyyətlidir. Valyuta axınını təmin edəcək bu hal maliyyə-iqtisadi cəhətdən yeni imkanlar yaradacaq, qeyd etdiyim kimi, həm də sahibkarlığın inkişafında, daxili istehsalın artmasında, ölkəmizin xarici bazarlarda uğurla təmsil olunmasında böyük rol oynayacaq”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44

