Azərbaycan yaranmış vəziyyətdə yeni inkişaf hədəflərinə istiqamətlənib
05.03.2016 [11:36]
Prezident İlham Əliyevin bu günlərdə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərman yeni iqtisadi şəraitdə də respublikamızın sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən tədbirlərin və islahatların davamıdır
Qlobal mənfi təsirlər nəticəsində yaranmış yeni iqtisadi şəraitdə ölkəmizin mənzərəsi Prezident İlham Əliyev tərəfindən cəmiyyətin sosial sifarişlərinə və respublikanın güclü iqtisadi potensialına əsaslanan, islahatlara hesablanan bir sıra ciddi qərarların qəbul edilməsi ilə səciyyələnir. Respublikamız yaranmış müəyyən çətinliklərə baxmayaraq, vəziyyətə uğurla adaptasiya olunur və bütövlükdə, yeni inkişaf hədəflərinə istiqamətlənib.
Ölkədə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində qətiyyətli addımlar atılır
Məlum olduğu kimi, davamlı dövlət dəstəyi sayəsində respublikamızda son 12 ildə özəl sektorda diqqətəlayiq uğurlar qazanılıb. Belə ki, bəhs olunan dövrdə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artıb.
Bununla belə, Azərbaycanda özəl bölmənin potensial imkanları daha genişdir. Etiraf etmək lazımdır ki, bir sıra hallarda subyektiv amillər, o cümlədən də sahibkarlıq subyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxilələr özəl bölmənin ölkənin ümumi inkişafına daha sanballı töhfələr verməsinin qarşısını alır. Prezident İlham Əliyev sahibkarlıq subyektlərinin fəaliyyətinə daha yaxşı şərait yaradılması, neqativ halların aradan qaldırılması üçün güclü siyasi iradə nümayiş etdirir. Ölkəmizdə yeni iqtisadi şəraitdə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 2015-ci ilin sonlarından etibarən Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların hüquqlarının daha dolğun şəkildə qorunmasına hesablanan bir sıra sənədlər imzalayıb. Dövlət başçısı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib və bu qanun layihəsi parlamentdə qəbul edilib. Bundan başqa, Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” müvafiq Fərman imzalayıb. Çox haqlı olaraq bu addımlar Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bəhs olunan hər iki sənəd dövlət başçısının sahibkarlara açıq dəstək verdiyini, onların arxasında dayandığını təsdiqləyir. Beləliklə, ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb. Dövlət başçısının imzaladığı Fərmana əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb. Bəhs olunan sənədlər ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsinə, eləcə də sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılmasına daha geniş hüquqi təminatlar yaradır.
Bank-maliyyə sektorunun fəaliyyəti yeni iqtisadi şəraitin tələblərinə uyğunlaşdırılır
Dövlət başçısının siyasi iradəsi əsasında start verilən yeni nəsil iqtisadi islahatlar həmçinin istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunu da əhatə edir. Prezident İlham Əliyevin indiki şəraitdə bank sektorunun sağlamlaşdırılması ilə bağlı tələbləri kifayət qədər sərtdir. Dövlət başçısı bildirib ki, meyarlara cavab verməyən banklar bizim bank sektorunda fəaliyyət göstərə bilməzlər.
Qeyd edək ki, manatın məlum devalvasiyasınadək ölkəmizdə 40-dan çox bank fəaliyyət göstərirdi. Ekspertlərin qənaəti budur ki, Azərbaycan miqyaslı ölkə üçün bu qədər bankın olması məqbul deyil. Digər tərəfdən, bir sıra banklar ciddi likvidlik problemi yaşayırlar və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmirlər, həmçinin ölkə iqtisadiyyatına hər hansı bir xeyir vermirlər. Bu kimi reallıqları nəzərə alan Mərkəzi Bank Prezident İlham Əliyevin tapşırıqlarını əsas tutaraq bankların konsolidasiyasını həyata keçirir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə bəzi bankların lisenziyaları ləğv edilib. Bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində həmçinin bir sıra zəif bankların birləşdirilərək daha iri və daha güclü maliyyə təminatına malik qurumlara çevrilməsi məsələsi də gündəmdədir. Artıq bəzi banklar bununla bağlı öz niyyətlərini ifadə ediblər.
Əmanətlərin sığortalanması da ölkənin bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımdır. Bu günlərdə Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi barədə müvafiq Sərəncam imzalayıb. Bəhs olunan qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdən ibarətdir. Sənədə əsasən, banklardakı bütün əmanətlər qarşıdakı 3 il müddətində tam sığortalanacaq. Qeyd edək ki, hazırda respublika miqyasında 6,5 milyon əmanətçi var və onların banklara qoyduqları əmanətlərin ümumi məbləği təxminən 9 milyard manat həcmindədir.
Yeni iqtisadi şəraitdə ölkənin maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var. Belə bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir.
Vergi bazasını genişləndirməklə və qeyri-formal iqtisadiyyatı leqallaşdırmaqla büdcə daxilolmalarını daha da artırmaq mümkündür
Prezident İlham Əliyevin vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sənədlər ölkədə iqtisadi sahədə şəffaflığın təmin edilməsi, iqtisadi fəallığın təmin olunması, eyni zamanda, büdcə daxilolmalarının həcminin artırılması baxımından böyük önəm daşıyır. Məlumdur ki, respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən çox böyük işlər həyata keçirilir. Cari ilin əvvəlindən etibarən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər qüvvəyə minib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq vergi yükünün azaldılması yolu ilə vergi bazasının daha da genişləndirilməsi ölkədə qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafına çox böyük kömək göstərəcək. Vergi bazasının genişləndirilməsi həm sahibkarlara məcburi öhdəliklərini şəffaf şəkildə həyata keçirmək, büdcə qarşısındakı öhdəliklərini tam reallaşdırmaq imkanı verəcək, həm də onların fəaliyyətinə yersiz müdaxilələr aradan qaldırılacaq. Vergi bazası genişləndikcə dövlət tərəfindən sahibkarlığın inkişafına əlavə dəstək verilməsi imkanları da genişlənəcək.
İndiki şəraitdə qeyri-formal iqtisadiyyatın leqallaşdırılması da böyük aktuallıq daşıyır. Etiraf etmək lazımdır ki, Azərbaycanda müəyyən sahələrdə gizli, qeyri-leqal istehsalatlar fəaliyyət göstərir. Beləliklə də, dövlət büdcəsinə çatası müəyyən gəlirlər gizlədilir. Hazırda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq belə istehsalatların leqallaşdırılması istiqamətində müəyyən addımlar atılır. O cümlədən, dövlət başçısı ölkədə inhisarçılığın, müəyyən sahələrdəki monopoliyanın aradan qaldırılması ilə bağlı ciddi göstərişlər verib. Belə hallar aradan qaldırılmalıdır, idxal-ixrac əməliyyatları tam liberallaşdırılmalıdır, elə edilməlidir ki, Azərbaycanda gizli iqtisadiyyat tamam aradan qaldırılsın.
İxracın stimullaşdırılması daxili istehsalın genişləndirilməsi məqsədi daşıyır
Yeni iqtisadi şəraitdə Azərbaycanın dövlət başçısı tərəfindən alınan qərarları ümumiləşdirsək, deyə bilərik ki, bu qərarların mərkəzində qeyri-neft məhsullarının ixracının təşviq edilməsi məqsədilə imzalanan sənədlər dayanır. Ölkə Prezidentinin qeyri-neft məhsullarının ixracının təşviq olunmasına güclü siyasi iradə nümayiş etdirməsi neftdən asılılıq amilini arxa plana keçirməklə iqtisadiyyatın digər sahələrində daxili istehsalın genişləndirilməsi məqsədi daşıyır. Bu sahədə qarşıya qoyulan hədəf isə daxili istehlakın tam həcmdə yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan və geniş ixrac imkanları yaratmaqdan ibarətdir. Məlum olduğu kimi, son illərdə milli iqtisadiyyatımızın qeyri-neft sektorunda istehsal imkanları əhəmiyyətli dərəcədə artıb. Artıq respublikamızın bir sıra tikinti materiallarına olan tələbatı sırf daxili istehsal hesabına ödənilir, hətta bu sahədə geniş ixrac imkanları da var. Ölkəmizin aqrar sektorda ixrac imkanları isə daha genişdir. Qeyd edək ki, Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. O da əlamətdar haldır ki, respublikamız bir sıra ölkələrin istehlak bazarları ilə əhatə olunub. Həmin bazarlarda Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsullarını böyük səbirsizliklə gözləyirlər. Görülən tədbirlər isə yaxın gələcəkdə ölkəmizdə daxili istehsalın artacağını deməyə əsas verir. Dövlət başçısı investisiyaların məhz qeyri-neft iqtisadiyyatına yönəldilməsinə güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib.
Ölkədə daxili istehsalın genişləndirilməsi ilə bağlı zəruri tədbirlər görüldüyü bir vaxtda qeyri-neft iqtisadiyyatımızda buraxılan məhsulların ixracının təşviq olunması böyük aktuallıq kəsb edir. Düzdür, son vaxtlarda müvafiq qurumlar tərəfindən bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. Təkcə ötən il bu istiqamətdə AZPROMO tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir təşkil olunub.
Lakin yaranmış yeni iqtisadi şəraitdə ixracın təşviqi daha geniş məzmun kəsb etməlidir. Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi yaradılır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Dövlət başçısı bundan əvvəl qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin bu günlərdə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı yeni Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23

