/ / Yeni iqtisadi şəraitdə qəbul olunan qərarlar Azərbaycanın uğurlu inkişafı üçün fundamental əsaslar yaradır
Yeni iqtisadi şəraitdə qəbul olunan qərarlar Azərbaycanın uğurlu inkişafı üçün fundamental əsaslar yaradır
16.03.2016 [09:56]
Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən tədbirlər respublikanın real imkanlarına əsaslanır və konkret hədəflərə hesablanıb
Qlobal risklərin artdığı indiki dövrdə inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi hər bir ölkə üçün böyük aktuallıq kəsb edir. Təbii ki, məqsədyönlü siyasət sayəsində dünyaya sıx inteqrasiya edən Azərbaycan da qlobal mənfi təsirlərdən tam sığortalanmayıb. Artıq xeyli vaxtdır ki, respublikamız arzuolunmaz xarici təsirlər, neftin dünya birjalarında kəskin dəyər itirməsi fonunda yaranan yeni iqtisadi şəraitdə yaşayır. Bəs ölkəmiz yeni iqtisadi şəraitə necə adaptasiya olunur? Yaranmış vəziyyətdə hansı inkişaf hədəfləri müəyyənləşdirilib? Azərbaycanın bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını təmin etmək üçün hansı tədbirlər həyata keçirilir? İlkin nəticələrə əsaslanıb gələcək üçün hansı proqnozları vermək mümkündür?
“Yeni Azərbaycan” qəzetinin təşkil etdiyi növbəti “dəyirmi masa”da bu və digər suallar ətrafında müzakirələr aparılıb. “Dəyirmi masa”da millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Əli Məsimli, Aydın Hüseynov, Tahir Mirkişili və İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov iştirak ediblər.
(Əvvəli ötən sayımızda)
Vüqar Bayramov: Eyni zamanda, sahibkarları narahat edən məsələlərdən biri də gömrük sisteminin elektronlaşması ilə bağlı idi. Gömrükdə həm ixrac, həm də idxalda liberallaşmanın və şəffaflığın təmin edilməsi çox aktual məsələdir. Cənab Prezident dəfələrlə, hələ neftin qiymətinin yüksək olduğu dövrlərdə belə, məhz bu sektorda islahatların gücləndirilməsi, şəffaflığın təmin edilməsi ilə bağlı tapşırıqlar vermişdi. Artıq bu istiqamətdə tədbirlər görülür. 2016-cı ilin əvvəlindən gömrükdə məcburi broker sisteminin ləğv edilməsi idxalda monopoliyanın aradan qalxmasına xidmət edir.
- Broker sisteminin ləğv olunması hansı nəticələr verməkdədir? Ölkəmizə idxal olunan malların qiymətində fərq hiss olunurmu?
Vüqar Bayramov: Broker sistemi ləğv olunduqdan sonra ciddi çətinliklərdən biri də sahibkarların yeni qaydalara tam hazır olmaması ilə bağlıdır. Broker sisteminin mahiyyəti odur ki, sahibkar malı gətirir, broker onu rəsmiləşdirir. Amma sahibkar faktiki olaraq həmin prosesdə iştirak etmirdi, bəzi sahibkarların sertifikatları da yox idi. Artıq yeni sistem tətbiq edildikdən sonra sahibkarların yeni qaydalara uyğunlaşması zaman tələb edir. Qiymətlərə gəlincə, qısa müddətdə qiymətlərin aşağı salınması mümkün deyil.
Artıq sahibkarlar gətirdikləri malları özləri rəsmiləşdirməlidirlər, yeni qaydalar sahibkarların adaptasiyası baxımından da zaman tələb edir. Bu da idxalın azalmasına təsir göstərdi. Eyni zamanda, idxaldan asılılığın aradan qaldırılması və yerli istehsal hesabına idxalın əvəzlənməsi prioritetdir. Bu, strateji məsələdir, qısa müddətə onu reallaşdırmaq asan deyil. Ölkə Prezidentinin bu yaxınlarda imzaladığı Sərəncam da gömrük sisteminin elektronlaşmasının genişlənməsi baxımından olduqca vacibdir. Həmin Sərəncama əsasən, gömrükdə elektron bəyannamənin tətbiq edilməsi və xidmət prosedurlarının elektronlaşması nəzərdə tutulur. Bu da imkan verəcək ki, sahibkar məmurla birbaşa ünsiyyətdə olmasın, elektron xidmətlərdən istifadə etməklə bəyannaməni təqdim edə, ixrac və idxalla məşğul ola bilsin. Hazırkı islahatlar gömrükdə prosedurların sadələşdirilməsi, xidmətlərin elektronlaşmasına hesablanıb.
Sözsüz ki, maliyyə sektorunda aparılan institusional islahatlar da əhəmiyyətlidir. Maliyyə-bank sektoru iqtisadiyyatın bir mühərrikidir. Cari prioritet ondan ibarətdir ki, maliyyə-bank sektorunun sağlamlaşdırılması hesabına bu sektorda müşahidə olunan problemlərin aradan qaldırılması mümkün olsun.
- Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul etdi və dövlət başçısı bu yaxınlarda həmin qanunu təsdiqləyib. Bu qanun əmanətçilərə nə vəd edir? Əhalinin banklara etimadı və inamı artacaqmı?
Əli Məsimli: Ölkənin milli pul vahidi xarici valyutalar qarşısında öz dəyərini itirdiyi zaman yaranmış problemlər istər-istəməz investisiya reytinqinə müəyyən dərəcədə mənfi təsir etmiş olur. Azərbaycan da bu problemdən əziyyət çəkməmək üçün alternativ variantlardan istifadə edir. Bu alternativlər sırasında həm əlavə tədbirlər vasitəsilə xarici investisiyaları stimullaşdırmaq, həm də daxili mənbələrdən daha səmərəli istifadə etmək xüsusi rola malikdir. Bu nöqteyi-nəzərdən əhalinin banklardakı maliyyə ehtiyatları önəmli yer tutur. Bu mənada, əmanətlərin tam sığortalanması müəyyən neqativ halların aradan qaldırılması, banklara inamın artırılması, eyni zamanda, banklardan kənarda olan vəsaitlərin banklara cəlb edilməsi baxımından əhəmiyyətlidir.
Aydın Hüseynov: Milli Məclis tərəfindən qəbul olunan “Əmanətlərin tam sığortalanması haqqında” qanun Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, martın 1-dən qüvvəyə minib və sənədə əsasən, banklardakı bütün əmanətlər qarşıdakı 3 il müddətində tam sığortalanacaq. Bu, Azərbaycanın bank sisteminə əmanətlərin cəlb olunması baxımındam çox mühüm qanun hesab edilə bilər. Əmanətlərlə bağlı yeni qanuna əsasən, banklardakı bütün əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanacaq. Əgər əmanətin qoyulduğu bank bağlanarsa, dövlət həmin pullara təminat verəcək, vətəndaşın bankdan alacağı pulu özünə qaytaracaq. Dəyişikliklər 6 milyondan çox əmanətçinin əmanətlərinin tam məbləğdə sığortalanmasına imkan verir.
- Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ölkəmiz üçün bir yenilikdir. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirik. Yeni qurumun maliyyə bazarında şəffaflığın təmin edilməsi baxımından rolunu necə qiymətləndirmək mümkündür?
Tahir Mirkişili: Bizdə iqtisadiyyatda sovetlərdən qalma bəzi hüquqi-təşkilati formalar var ki, artıq Qərb ölkələrində bazar iqtisadiyyatında belə təşkilati formalardan istifadə olunmur. Məktəblərin, xəstəxanaların təşkilati-hüquqi formalarında hələ də qeyri-müəyyənliklər var. Bunlara bəzən dövlət orqanı, bəzənsə dövlət mülkiyyətində olan qurumlar deyirik. Bunlar bazarda müəyyən münasibətlər yaradırlar, müxtəlif təmaslarda olurlar, öhdəlik götürürlər, müqavilələr yerinə yetirirlər. Ona görə də bunların hüquqi cəhətdən tənzimlənməsinə ehtiyac yaranmışdı və belə bir addımın atılması olduqca mühüm əhəmiyyət kəsb edir.
Aydın Hüseynov: Bildiyiniz kimi, cari il fevralın 3-də Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında Fərman imzaladı və sənədin icrası istiqamətində müvafiq addımlar atıldı. Palatanın yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır. Bu qurum kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Hesab edirəm ki, yeni qurum maliyyə və bank sisteminə nəzarətin daha da artırılmasında mühüm rol oynayacaq, maliyyə sistemində şəffaflığın təmin olunması və neqativ halların aradan qaldırılması baxımından səmərəli fəaliyyət göstərəcək.
Əli Məsimli: Maliyyə sektorunda indiyə qədər olan konfiqurasiyanın dəyişdirilməsi, ora daha böyük səlahiyyətli qurumun - Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin daxil edilməsi çox ciddi bir addımdır. Yeni qurumun yaxşı işləməsi isə iki amildən asılı olacaq. Birinci amil ondan ibarətdir ki, bankla palata səlahiyyətlərin bölgüsü prinsipinə necə riayət edəcək. İkinci amil isə sırf maliyyə təminatı ilə bağlıdır. Məlumdur ki, palata həm tənzimləmə, həm də nəzarət funksiyasını yerinə yetirəcək.
- Vergi Məcəlləsinə dəyişikliklər qəbul olunub. Ölkəmizdə vergi bazasının genişləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Bütün bunlar hansı dəyişikliklər vəd edir?
Vüqar Bayramov: Vergi Məcəlləsinə dəyişikliklər cari ilin əvvəlindən qüvvəyə minib. Dəyişikliklərə əsasən, sadələşdirilmiş vergi sisteminin dövriyyəsi 120 min manatdan 200 min manatadək artırılıb. Eyni zamanda, sadələşdirilmiş vergi ilə bağlı ayrı-ayrı sektorlarda fəaliyyət göstərən sahibkarlara seçim imkanı verilir. Bu həm vergi bazasının genişləndirilməsi, həm də vergi güzəştlərindən istifadə edən sahibkarların sayının artması baxımından vacibdir. Dəyişikliklərə əsasən, vergi güzəştlərindən istifadə edən sahibkarların sayı əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, Vergi Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi büdcə daxilolmalarında da öz əksini tapır, vergi ödənişlərinin həcmi artır. Bu, ondan xəbər verir ki, vergi bazasının genişləndirilməsi sayəsində, əslində, 2016-cı ildə bu sektordan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaranacaq. Adətən, iqtisadi çətinlik dövrlərində vergi daxilolmaları azalır. Ancaq proqnozlara əsasən, görülən tədbirlər sayəsində cari ildə ölkəmizdə dövlət büdcəsinə vergi daxilolmaları artacaq.
Eyni zamanda, vergi sistemində elektronlaşma səviyyəsi, vergi inzibatçılığının möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlər təqdirəlayiqdir. Bu gün vergi sistemində çoxlu sayda xidmətlər elektronlaşdırılıb ki, bu da şəffaflığın artmasına, sahibkarlarla vergi xidməti əməkdaşları arasında birbaşa təmasların azalmasına səbəb olur. Neft sektorundan daxilolmaların azalması, adətən, vergi daxilolmalarının artırılması və qeyri-neft sektorunun inkişafı hesabına kompensasiya edilir. 2016-cı ildə ölkəmizdə büdcə daxilolmalarının yarısı neft, digər yarısı isə qeyri-neft sektorunun üzərinə düşəcək ki, bu da büdcə gəlirlərinin diversifikasiya olunması baxımından ciddi önəm kəsb edir.
Aydın Hüseynov: Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sırasında fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, Məcəlləyə edilmiş dəyişikliyə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər dövriyyələrindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ qazanıblar. Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilib. Bütün bu amillər sahibkarlara yeni formalaşan bazar konyunkturasına uyğun olaraq öz bizneslərini düzgün planlaşdırmalarına geniş imkanlar açmaqla yanaşı, eyni zamanda, onları vergi öhdəliklərini tam həcmdə ödəməyə stimullaşdırır. Yeri gəlmişkən, bu günlərdə Vergi Məcəlləsinə yenidən dəyişikliklər edildi ki, burada ən mühüm maddələrindən biri investisiya təşviqi sənədini almış hüquqi şəxslərdən və fərdi sahibkarlardan vergitutmanın müəyyən edilməsi ilə bağlıdır. Dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini aldığı andan fərdi sahibkarın əldə etdiyi gəlirin, hüquqi şəxsin isə əldə etdiyi mənfəətin 50%-i 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad ediləcək. Həmçinin sənədi almış hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının bu sənədi aldıqları andan 7 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə 7 il müddətinə torpaq vergisi ödəməkdən azad ediləcəklər.
- Dövlət başçısının müvafiq Sərəncamı ilə Mərkəzi Banka publik hüquqi şəxs statusunun verilməsi hansı keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq?
Əli Məsimli: İlk növbədə, Mərkəzi Bankın publik hüquqi şəxsə çevrilməsini Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasının tamamlanması üçün atılan addım kimi dəyərləndirirəm. İkincisi, Mərkəzi Bankın statusunun dəyişdirilməsini qurumun daha müstəqil surətdə fəaliyyət göstərməsi və onun fəaliyyətini bankın əsas funksiyalarına yönəltmək nöqteyi-nəzərindən vacib hesab edirəm. Üçüncüsü, əgər dünyanın ÜDM-nin dörddə birini istehsal edən ölkədə Mərkəzi Bank dövlət qurumu deyilsə, burada risk də yoxdur. Əksinə, həmin qurumlara verilmiş maksimum müstəqillikdən doğan məsuliyyəti artıracaq. Bu baxımdan, verilən qərar çox vacibdir.
Həmçinin struktur islahatlarını genişləndirib, manatı neftdən kənar sahələrin hesabına qorumaq lazımdır. Hazırda atılan addımlar da bu məqsədə xidmət edir. Bu prosesi sürətləndirmək üçün bütün dövlət qurumları əlaqəli çalışmalıdır. Dövlət başçısına fikirdə, fəaliyyətdə güclü dəstək vermək lazımdır. Məndə çox böyük inam var ki, biz bu çətinlikləri aradan qaldıracağıq. Bunun üçün hamı ümumi hədəflər uğrunda çalışmalıdır. Hesab edirəm ki, Azərbaycan Prezidentinin islahatlar üzrə köməkçisi xidmətinin yaradılması bu istiqamətdə fövqəladə zəruri, prosesləri sürətləndirmək üçün vacib mexanizmdir.
Hikmət Babaoğlu: Hesab edirəm ki, “dəyirmi masa” ətrafında kifayət qədər konstruktiv müzakirələr aparıldı. Siz yeni şəraitdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən tədbirlərin, eləcə də Milli Məclisdə qəbul edilən qanunların önəmi barədə əhatəli məlumat verdiniz. Deyilənlər nikbinlik üçün böyük əsas yaradır. Əminliklə vurğulamaq olar ki, ölkəmiz xarici təsirlər nəticəsində yaranan çətinlikləri uğurla aradan qaldıraraq bundan sonra da davamlı inkişafını təmin edəcək. Yuxarıdakı müzakirələrdə siz daha çox qəbul edilən qərarların iqtisadi aspektlərinə diqqət çəkdiniz. Yeni iqtisadi şəraitdə həssas məqamlardan biri də əhalinin sosial müdafiəsi ilə bağlıdır. Məlumdur ki, son 12 ildə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mühüm istiqaməti məhz sosial sfera ilə bağlı olub, paytaxt Bakıda və bölgələrdə güclü sosial infrastruktur qurulub, bilavasitə insanların mənafeyinə yönələn qanunlar qəbul edilib. Həyata keçirilən siyasət sayəsində respublikamızda yoxsulluq və işsizlik 5 faizədək aşağı salınıb. Prezident İlham Əliyev qarşıya belə bir strateji hədəf qoyub ki, respublikamızda sosial sahədə vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə qaldırılmalıdır. Bu baxımdan sosial sahədə yaranmış vəziyyətdə qəbul edilən qərarların və yeni qanunların əhəmiyyəti barədə nə deyə bilərsiniz?
Tahir Mirkişili: Həqiqətən də, qəbul olunan qərarların və qanunların bir çoxunun kifayət qədər sanballı sosial çəkisi var. Burada əmanətlərin sığortalanmasının yeni qaydaları barədə müzakirələr aparıldı. Hesab edirəm ki, yeni qanun ciddi iqtisadi məzmun kəsb etməklə yanaşı, eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından da vacib məqamları özündə əks etdirir. Əvvəla, əhalinin banklara qoyduqları əmanətlərin 3 il ərzində limitsiz olaraq tam sığortalanması nəzərdə tutulub. İndiyə qədər bu limit 30 000 manat səviyyəsində idi. Yəni əmanətlər tam olaraq banklarda nə baş verməsindən asılı olmayaraq, dövlət tərəfindən qorunacaq. İkincisi, fiziki şəxslərin banklara qoyduqları əmanətdən əldə etdikləri gəlirlər vergidən tam azad edilib. Ölkədə 6,6 milyon əmanətçi hər il orta hesabla 500 milyon manat bu əmanətlərdən gəlir əldə edir, büdcəyə isə 50 milyon manat vergi ödənilirdi. Növbəti qərarla isə bu məbləğ əhaliyə verilmiş olacaq.
Əli Məsimli: Həyata keçirilən islahatları, eyni zamanda, əhalinin son bir ildə baş verən devalvasiyalar nəticəsində artan sosial xərclərinin kompensasiya edilməsinə yönələn addımlar kimi dəyərləndirmək mümkündür. Baş verən məlum devalvasiyalar əhalinin sosial xərclərinin çoxalmasına, həmçinin işsizlik, yoxsulluq kimi mənfi təzahürlərə zəmin yarada bilər. Bu baxımdan, hesab edirəm ki, sosial proseslərin tənzimlənməsi istiqamətində atılan addımlar kifayət qədər sanballıdır. Əminəm ki, ehtimal olunan mənfi təzahürlərin qarşısını almaq üçün atılan addımlar sistemli olacaq. Bu baxımdan əmanətlərin tam həcmdə sığortalanması çox vacib addımdır.
“Dəyirmi masa” ətrafında
söhbəti qələmə aldılar:
Nardar BAYRAMLI,
Nurlan QƏLƏNDƏRLİ,
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23

