Azərbaycanda aqrar sektor yeni inkişaf mərhələsinə çıxıb
29.03.2016 [10:50]
Prezident İlham Əliyev: Keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır
Hazırda dünyadakı geosiyasi gərginliklər fonunda meydana çıxan yeni qlobal trendlər hər bir ölkənin öz potensialından daha səmərəli istifadə etmək zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Bu baxımdan Prezident İlham Əliyevin respublikamızın reallıqlarını, iqtisadi resurslarını, əmək ehtiyatlarını, ənənələrini və digər mühüm faktorları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf hədəfləri nikbinlik üçün böyük əsaslar verir. Məlumdur ki, Azərbaycanın dövlət başçısı bir sıra digər sahələrlə yanaşı, aqrar sektorun üstün inkişafının təmin olunmasını da prioritet istiqamət kimi bəyan edib. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması bu sahənin inkişafına göstərilən diqqətin və siyasi iradənin ifadəsidir.
Qlobal iqtisadi çətinliklər fonunda ölkəmizdə aqrar sektorun inkişafının belə güclü şəkildə dəstəklənməsi heç də təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızda aqrar sektorun yüksək səviyyədə inkişaf etdirilməsinin bir çox cəhətdən önəmli olduğuna diqqət çəkərək vurğulayıb: “Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır”.
“Kənd təsərrüfatı ili”ndə aqrar sektorun 6,6 faiz artması çox yaxşı göstəricidir
Ölkəmizdə kənd təsərrüfatına praktiki müstəvidə geniş maliyyə və texniki dəstək göstərilir, eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Respublikamızda aqrar sektorun müasir texnika və zəruri avadanlıqlarla təchizatını gücləndirmək məqsədilə yaradılan “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir.
Respublikada aqrar sektorun dəstəklənməsi “Kənd təsərrüfatı ili”ndə daha intensiv hal alıb. Bütövlükdə “Kənd təsərrüfatı ili” ölkəmizdə aqrar sektorun inkişafına dövlət dəstəyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yadda qalıb. Ötən il “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi sayəsində 4100 nəfər texnika istifadəçisi yerlərdə “ASAN xidmət” prinsipi ilə 50 milyon manatadək güzəşt əldə edib. Sabit büdcə ayırmaları, yığımın kəskin şəkildə artırılması və dövriyyənin sürətləndirilməsi hesabına son 2 ildə əsasən Avropa istehsalı olan 6900-dən çox kənd təsərrüfatı texnikası alınaraq lizinqə verilib. Fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə 50 manatdan 80 manata qaldırılıb. Nəticədə, əvvəlki illərlə müqayisədə ölkəyə gətirilən gübrənin həcmini 85 min tondan 150 min tona çatdırmaq mümkün olub. Yanacaq və motor yağlarına görə verilən subsidiyanın həcmi isə 25 faiz artırılaraq 50 manata yüksəldilib. Cari mövsümdən başlayaraq respublikamızda subsidiya və güzəştlər həmçinin il ərzində aparılan ikinci əkinə də şamil olunacaq. Bundan başqa, cari ildən etibarən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək.
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq aqrar sektora hərtərəfli dəstək verilməsi, öz növbəsində, bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, xarici istehlak bazarlarında Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsullarına böyük tələbat var. “Kənd təsərrüfatı ili”ndə aqrar sektorun artımının ölkə üzrə ümumi inkişaf dinamikasını üstələməsi bu sahədə böyük potensialın olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev ötən il aqrar sektorda 6,6 faiz artıma nail olunmasını çox yaxşı göstərici kimi səciyyələndirib: “Keçən il Azərbaycanda “Kənd təsərrüfatı ili” idi. Kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir”.
İri fermer təsərrüfatlarının yaradılması cari ildə də davam etdiriləcək
Son illərdə Azərbaycanın regionlarında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq iri fermer təsərrüfatlarının yaradılmasına start verilməsi aqrar sektorun qarşısında yeni inkişaf üfüqləri açır. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb.
Respublikanın bir sıra bölgələrində, o cümlədən Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı rayonlarında yaradılan iri fermer təsərrüfatları uğurla fəaliyyət göstərir. İri fermer təsərrüfatlarında müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və ən əsası, orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb. Artıq fəaliyyətə başlamış təsərrüfatlarda ərzaq buğdası üzrə orta məhsuldarlıq 57-60 sentner təşkil edir ki, bu da ölkə üzrə göstəricidən iki dəfəyədək çoxdur. Müasir təsərrüfatlarda növbəli əkin sisteminin həyata keçirilməsi kənd təsərrüfatını rentabelli sahəyə çevirməklə yanaşı, bir sıra məhsulların istehsalının artımına səbəb olacaq. Bu da ərzaq buğdasına, yüksək reproduksiyalı buğda toxumuna, heyvandarlıqda və quşçuluqda istifadə edilən və əsasən idxal olunan yem məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.
İri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni, daha səmərəli kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. Bu təsərrüfatlarda əldə olunan yüksək nəticələr onu deməyə əsas verir ki, bu sahədə fəaliyyət daha geniş miqyasda davam etdirilməlidir. Prezident İlham Əliyev iri fermer təsərrüfatlarını ölkənin aqrar sektoru üçün nümunə kimi səciyyələndirərək bildirib ki, belə təsərrüfatların yaradılması cari ildə də davam etdirilməlidir: “İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq”.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet məsələdir
Hazırda dünyada müşahidə edilən mənfi tendensiyaların qlobal miqyasda gündəmə gətirdiyi yeni çağırışlar fonunda Prezident İlham Əliyevin ölkənin ərzaq təminatının daxili istehsalın genişləndirilməsi hesabına gücləndirilməsinə göstərdiyi siyasi iradə milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Dövlət başçısı yuxarıda bəhs olunan konfransdakı nitqində də ərzaq təhlükəsizliyinin təmin olunmasının bizim üçün prioritet əhəmiyyət daşıdığını xüsusi olaraq nəzərə çatdırıb: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir. Keçən il bir neçə Fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görünməkdədir. Əlavə vəsait ayrılmışdır”.
Son illərdə aqrar sektorda həyata keçirilən davamlı tədbirlər sayəsində ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb. O cümlədən son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır və istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.
Respublikanın ərzaq təminatının daxili istehsal hesabına xeyli möhkəmlənməsinə baxmayaraq, bu sahədə potensial daha genişdir. Məsələn, dövriyyəyə yeni torpaqlar cəlb etmək, həmçinin daha səmərəli metodlardan istifadə etməklə ölkədə taxıl istehsalını artırmaq mümkündür. Respublikamızda 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. Taxıl istehsalında artım baş versə də, hələlik bu sahədə respublikanın özünütəminat səviyyəsi cəmi 64 faizə bərabərdir. Prezident İlham Əliyev ölkənin taxıla olan tələbatını 100 faiz həcmində yerli istehsal hesabına təmin etməyi qarşıya vəzifə qoyub: “Dövriyyəyə yeni torpaq sahələri verilməlidir. Dövlət infrastruktur layihələrini icra etməlidir. Biz özümüzü 100 faiz taxılla təmin etməliyik, 100 faiz. Qarşıya belə vəzifə qoyulur”.
Azərbaycanda heyvanların cins tərkibinin yaxşılaşdırılmasına geniş imkanlar var
Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda ölkədə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. Ötən il respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, cari ildə də respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsində artım baş verəcək. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ildə respublikanın heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.
Ət və ət məhsulları istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Ölkəmizdə heyvandarlıqda seleksiya işinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına böyük diqqət yetirilir. Respublikamıza həm yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır, həm də süni mayalanma işləri genişləndirilir. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb.
Digər tərəfdən, süni mayalama xidmətlərinin genişlənməsi və müasirləşdirilməsi də davam edir. Prezident İlham Əliyevin Sərəncamı ilə Respublika Süni Mayalama Mərkəzinin yenidən qurulması üçün vəsait ayrılıb. Mərkəz yaxın aylarda işə başlayacaq. Bundan sonra ölkəni müxtəlif cins heyvanların toxumları ilə tam təmin etməklə yanaşı, həm də ixrac potensialı yaradılacaq. Bununla yanaşı, ölkəyə yüksək məhsuldar heyvan cinslərinin gətirilməsi və lizinq yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması da davam edəcək. Prezident İlham Əliyev ölkə miqyasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluğunu ifadə edərək deyib: “Biz əvvəllər daha çox cins mal-qaranın alınması ilə məşğul idik. Bu, davam edir. Ancaq Azərbaycanda cinsin yaxşılaşdırılması üçün imkanlar var. Burada süni mayalanma sistemi geniş tətbiq olunmalıdır”.
Respublikamızda heyvandarlığın inkişafında intensiv metodların tətbiqinin genişlənməsində və məhsuldarlığın artmasında bu sahədə normativ-hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsinin böyük rolu var. Prezident İlham Əliyevin ötən il imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və hevandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb. Dövlət başçısının imzaladığı sərəncamların birində ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat vəsait ayrılması tapşırılıb. Digər Sərəncamla isə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya verilməsi nəzərdə tutulub. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyaların verilməsi qaydaları hazırlanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23

