Daşkəsən rayonunda 2016-cı ilin I rübü böyük uğurlarla yadda qalıb
15.04.2016 [10:01]
Dünən Daşkəsən rayonunda 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlətimizin başçısı deyib ki, dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 faiz artıb. Ölkəmizdə birinci rübdə əldə olunmuş uğurları qeyd edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, eyni zamanda, Daşkəsən rayonunda da 2016-cı ilin birinci rübündə bir çox işlərin görüldüyünü və böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O, yığıncaq iştirakçılarının diqqətinə çatdırıb ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb: “Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülür.
Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır. Son vaxtlar rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində əlverişli şərait vardır”.
Ə.Abıyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Daşkəsən rayonu 2016-cı ildə də özünün sürətli inkişaf dövrünü yaşayacaq. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, 2016-cı ilin birinci rübü ərzində “Daşkəsən Filizsaflaşdırma” ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni və digər təşkilatlar da öz fəaliyyətlərini davam etdiriblər.
“Bildiyiniz kimi, “Yeni Daşkəsən” layihəsi işlənib elmi əsaslarla hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Hazırda həmin istiqamətdə müvafiq işlər görülür. Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir”, - deyən Əhəd Abıyev əlavə edib ki, 2016-cı ilin birinci rübü ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib.
Daha sonra rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Şahbaz Mehdiyev, Daşkəsən RİHB-nin şəhər İƏDÜN-si Nüsrət Vəliyev, rayon Elektrik Şəbəkəsinin rəisi Sahib Hüseynov, Daşkəsən rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor əvəzi Malik Şükürov çıxış edib, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin icrasından danışıblar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

