/ / Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi islahatlar kursu Azərbaycanda özəl bölmənin dinamik inkişafına münbit zəmin yaradıb
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi islahatlar kursu Azərbaycanda özəl bölmənin dinamik inkişafına münbit zəmin yaradıb
25.04.2016 [09:09]
Sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə geniş özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib.
Azərbaycanda sahibkarlığın dəstəklənməsi siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə, əslində, Öz üzərinə bir xilaskarlıq missiyası götürdü. Həmin dövrdə respublikamızda, bir tərəfdən, AXC-”Müsavat” iqtidarının səriştəsizliyi, digər tərəfdən isə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində olduqca acınacaqlı vəziyyət yaranmışdı. Yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanan Azərbaycanın rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev yalnız siyasi müstəvidəki deyil, eyni zamanda, iqtisadi sahədəki problemlərə son qoymalı idi. Bu sahədə vəziyyət isə çox acınacaqlı idi. Respublikanın uzun müddət əlaqədə olduğu keçmiş ittifaq məkanı ilə təchizat-satış əlaqələrinin pozulması, kəskin maliyyə çatışmazlığı və digər bu kimi səbəblər üzündən iqtisadiyyat tamam çökmüşdü. Müəssisələrin kütləvi şəkildə bağlanması işsizliyə yol açmışdı. İnflyasiyanın cilovlanması mümkünsüz görünürdü. Ümumi daxili məhsul (ÜDM) istehsalı kəskin şəkildə azalmışdı.
Yaranmış vəziyyət yeni yanaşma və müdrik qərarlar qəbul olunmasını zəruri edirdi. Aydın məsələ idi ki, daha Azərbaycanın gələcək iqtisadi inkişafını heç bir vəchlə planlı sovet təsərrüfat sistemi ilə bağlamaq mümkün deyil. Ölkədə qabaqcıl dünya təcrübəsinə əsaslanan, ideyalara və təşəbbüslərə yol açan mütərəqqi iqtisadi kursa keçilməsi zərurəti yaranmışdı. Beləliklə, xalqımızın Ümummilli lideri Heydər Əliyev respublikamızın gələcək iqtisadi inkişaf strategiyasını bəyan etdi. Bu strategiyaya uyğun olaraq müstəqil Azərbaycanda sosial yönümlü liberal iqtisadiyyat qurulması əsas hədəf kimi qarşıya qoyulmuşdu. Belə bir səmərəli iqtisadiyyatın qurulmasında sahibkarlıq subyektlərinin fəaliyyəti əsas amillərdən biri qismində çıxış edir. Müstəqil Azərbaycanın fundamental ideya əsaslarını müəyyənləşdirən Ümummilli lider Heydər Əliyev iqtisadi sahədə dövlət siyasətinə belə aydınlıq gətirmişdi: “... Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Ümummilli lider Heydər Əliyevin çətin vəziyyətdə olan respublikanın gələcək iqtisadi inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiya konkret məqsədlərə çatmağa hesablanmışdı. Bu strategiyanın uğurla həyata keçirilməsi sayəsində ölkədə iqtisadi fəallıq artacaq, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı güclənəcək, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yaranacaq, fəal insanların məşğulluğu təmin olunacaq və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşacaqdı. Sonrakı illərdə Azərbaycan iqtisadiyyatında sabitləşmə meyillərinin yaranması və ölkənin inkişafa istiqamətlənməsi seçilən yolun düzgünlüyünü bir daha təsdiqlədi.
Güclü hüquqi bazanın yaradılması respublikamızda özəl bölmənin inkişafına təkan verib
Uzaqgörən siyasətçi olan Heydər Əliyev yaxşı başa düşürdü ki, müvafiq qanunvericilik bazası yaradılmadan, hüquqi-normativ sənədlər qəbul edilmədən ölkədə liberal bazar iqtisadiyyatına keçidi təmin etmək, yeni mülkiyyət münasibətləri formalaşdırmaq, sahibkarlığın arzuedilən səviyyədə inkişafına nail olmaq mümkün deyil. Ümummilli liderin siyasi iradəsinə uyğun olaraq ölkədə yaradılan mükəmməl hüquqi baza sosial yönümlü liberal iqtisadiyyat quruculuğuna uğurlu keçidi təmin edib və respublikamızda özəl bölmənin inkişafına təkan verib.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə sahibkarlığın inkişafı üçün zəruri olan hüquqi baza dünya təcrübəsinə uyğun olaraq ardıcıl surətdə təkmilləşdirilib. İlk növbədə onu vurğulayaq ki, Ümummilli liderin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Ulu öndər Heydər Əliyev azad sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin və yoxlamaların qarşısının alınması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə bir sıra Fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlərin sırasında Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixli “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə”, 1999-cu il 7 yanvar tarixli “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanları, 1997-ci il 24 iyun tarixli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)” xüsusi yer tuturdu. Ulu öndər Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılmasının ölkəmizdə liberal iqtisadiyyatın bərqərar olmasında və sahibkarlığın inkişafında rolu əvəzsizdir. İqtisadi İnkişaf Nazirliyi və onun Sahibkarlığa Dövlət Dəstəyi Fondu müəyyənləşdirilən strategiyaya uyğun olaraq sahibkarlığın inkişafına yönələn yeni təşəbbüslərlə çıxış edir, bu sahədə hədəflənən nəticələrin əldə olunmasına çalışır. Ulu öndər Heydər Əliyevin təsdiqlədiyi “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” sahibkarlıq infrastrukturunun yaradılması, sahibkarlara dövlət maliyyə dəstəyi sisteminin formalaşdırılması, vergi yükünün azaldılması, onlara zəruri texniki yardım göstərilməsi və s. tədbirləri nəzərdə tuturdu.
Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev verdiyi qərarlarla, imzaladığı sənədlərlə sahibkarların sözdə deyil, əməldə dostu olduğunu nümayiş etdirirdi. Ümummilli liderin 2002-ci ilin aprel və may aylarında yerli və xarici iş adamları ilə keçirdiyi görüşlər ölkəmizin çoxsaylı sahibkarlar ordusu tərəfindən daim xatırlanır. Həmin görüşdə ölkəmizdə sahibkarlığın inkişafı sahəsində qazanılan uğurlardan məmnunluğunu ifadə edən Ümummilli lider qürur hissi ilə vurğulayıb: “... İqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən amildir”.
Bəhs olunan görüşlər izsiz ötüşmədi. Həmin görüşlərdə Ümummilli lider sahibkarların, necə deyərlər, öz sözlərini demələrinə, özəl bölmənin inkişafı ilə bağlı məsələləri, həmçinin də bu sahədəki problemləri açıq şəkildə bildirmələrinə imkan yaratdı. Ulu öndər Heydər Əliyev sonradan həmin görüşlərdə sahibkarların səsləndirdikləri təkliflər nəzərə alınmaqla ölkəmizdə özəl bölmənin inkişafında müstəsna rol oynayan sənədlər imzaladı. O cümlədən Ulu öndər Heydər Əliyevin imzaladığı “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, “Sahibkarlara Kömək Milli Fondunun yaradılması” və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” fərmanlar iş adamlarının müdafiəsinə, onların hüquqlarının qorunmasına, şəffaflığın təmin edilməsinə, ümumiyyətlə, özəl bölmənin inkişafına hesablanan çoxsaylı tədbirləri əhatə edirdi.
Ümummilli lider Heydər Əliyevin respublikamızda sahibkarlığın inkişafına göstərdiyi qayğı tezliklə öz bəhrəsini verdi. Aparılan məqsədyönlü siyasət sayəsində ölkəmizdə makroiqtisadi sabitliyi, ÜDM istehsalının artmasını təmin etmək mümkün oldu. Artıq 2002-ci ildə ölkədə ümumi daxili məhsul istehsalının 71 faizi, o cümlədən sənayedə 50 faizi, kənd təsərrüfatında və ticarətdə 99 faizi özəl bölmənin payına düşürdü.
Respublikamızda MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirilib
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının mühüm özəlliklərindən biri də ondan ibarətdir ki, burada respublikamızın potensialı, əmək ehtiyatları, tarixən yaranmış ənənələr dəqiqliklə nəzərə alınıb. Dahi öndər respublikanın iqtisadi potensialının böyük bir hissəsinin məhz aqrar sektorda cəmləşdiyini yaxşı bilirdi. Lakin ölkənin o dövrdə torpaq üzərində mövcud olan mülkiyyət münasibətləri bu zəngin potensialdan istifadə edilməsi qarşısında buxova çevrilmişdi. Ümummilli lider Azərbaycanda MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirməklə bu maneəni də aradan qaldırdı.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixdə imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatına start verildi. Fərmanda nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinə yararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla, ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi respublikanın kənd təsərrüfatında, sözün əsl mənasında, inqilabi dönüş yaratdı. Bu amil torpaqlardan daha səmərəli şəkildə istifadə edilməsini şərtləndirdi ki, bu da son nəticədə ölkəmizdə ərzaq məhsulları istehsalının artması ilə nəticələndi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ümummilli liderin siyasi iradəsi əsasında torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq, Azərbaycanda vətəndaşlara yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən münbit torpaqları verildi. Başqa bir önəmli cəhət ondan ibarət idi ki, respublikamızın bütün vətəndaşları harada yaşamasından və kimliyindən asılı olmayaraq, torpaqlardan istifadə və icarə hüququ qazandılar. Fermerlərin torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmələri, büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın güzəştli qiymətlərlə satışı, habelə fermer təsərrüfatları üçün kredit resurslarının ayrılması və həyata keçirilən digər tədbirlər aqrar islahatların daha sürətlə aparılmasına imkan yaratdı. Ümummilli liderin siyasi iradəsi əsasında zamanında aqrar sektorda zəruri olan bu və ya digər tədbirlərin həyata keçirilməsi nəticəsində bu gün ölkənin kənd təsərrüfatında özəl sektorun xüsusi çəkisi, demək olar ki, 100 faizə çatıb.
Azərbaycanda sahibkarlara dəstək siyasəti davam etdirilir
Ölkəmizdə təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan özəl bölmənin inkişafına dövlət dəstəyi siyasəti bu gün də Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq eyni ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir.
Son illərdə özəl bölmədə əldə olunan uğurlar respublikamızda sahibkarlara yüksək səviyyədə dəstək verildiyinin əyani şəkildə təsdiqidir. Biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artıb. 2015-ci ildə ÜDM-in həcmində özəl sektorun payı 81,2 faiz təşkil edib. Sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faizə yüksəlib. Artıq Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 677231 vahidə çatıb.
Hazırda bütün dünyada müşahidə edilən mənfi tendensiyaların, obyektiv və müəyyən siyasi-manipulyativ məqsədlərlə yaradılan çətinliklərin fonunda milli dövlətlər üçün yaranan yeni qlobal çağırışlardan biri də daxili resurslardan, o cümlədən də özəl bölmənin potensialından daha səmərəli istifadə edilməsi zərurəti ilə bağlıdır. Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən biznes mühitinin optimallaşdırılmasına, sahibkarlığın dəstəklənməsinə, investisiyaların təşviq edilməsinə, gömrük nəzarətinin sadələşdirilməsinə, ixracın stimullaşdırılmasına yönələn mühüm qərarlar qəbul edilib, bir sıra Fərman və sərəncamlar imzalanıb. Dövlət başçısının siyasi iradəsi əsasında alınan bütün bu qərarlar respublikamızın zəngin iqtisadi potensialından, o cümlədən də özəl bölmənin gücündən səmərəli şəkildə bəhrələnməklə Azərbaycanın yeni iqtisadi şəraitdə də davamlı inkişafını təmin etməyə hesablanıb.
Mübariz ABDULLAYEV
“İqtisadiyyat Nazirliyi
tərəfindən KİV nümayəndələri
arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

