Misir Azərbaycana daimi aviareys açır
17.05.2016 [10:09]
Səfir Suzan Muhammad Hamil: Yaxın vaxtlarda açılacaq yeni aviareys iki ölkə arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək
“Azərbaycanla Misir arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf etmişdir. Düşünürəm ki, belə əməkdaşlıq turizm sektorunda da mümkün olacaqdır”. Bu fikri Misir Ərəb Respublikasının (MƏR) Azərbaycandakı səfiri xanım Suzan Muhammad Hamil ötən gün iki ölkə arasında yeni birbaşa çarter reysinin açılması münasibətilə təşkil olunan mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, yaxın vaxtlarda açılacaq yeni aviareys iki ölkə arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Eyni zamanda, həm Azərbaycanın, həm də Misirin turizm potensialının iki dost və qardaş ölkədə təbliğində, qarşılıqlı surətdə turist axınının güclənməsində mühüm rol oynayacaq.
Tədbirdə çıxış edən MƏR-in Turizm İdarəsinin planlaşdırma şöbəsinin müdiri Əhməd Şükrü ilk dəfə Azərbaycana səfər etdiyini, belə gözəl məmləkətdə olmaqdan qürur duyduğunu vurğulayıb.
“Azərbaycandakı sürətli inkişaf elə ilk baxışdan hiss edilir. Düşünürəm ki, çox yaxın illərdə turizm sahəsi də Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən birinə çevriləcək. Elə səfərimizin də əsas məqsədi Azərbaycanla Misir arasında turizm sahəsində əməkdaşlığı, eləcə də qarşılıqlı turist axınını gücləndirməkdir. Biz bu məqsədlərə nail olmaqda qətiyyətliyik”, - deyə Əhməd Şükrü vurğulayıb.
Misir Turizm Federasiyası Palatasının nümayəndəsi Əli Qonayın isə bildirib ki, Bakıda ilk dəfə olmasına baxmayaraq, burada özünü çox rahat - sanki öz evindəki kimi hiss edir. İnsanların geyim tərzi, davranışları, mətbəxi, musiqisi, qonaqpərvərliyi Misirdəkinə oxşardır. Elə bu səbəbdən də Misir turistləri üçün Azərbaycan çox cəlbedici ölkə ola bilər.
“Misir yeganə ölkədir ki, turistlərə gözəl istirahətlə yanaşı, 5 min illik bir tarixi təqdim edir. Sivilizasiyanın məhz Misirdən başlandığı artıq heç kimə sirr deyil. Dünyadakı tarixi abidələrin 1/3-i bizim ölkəmizdədir. Odur ki, Misir turistlər üçün hər zaman maraqlı olub və olacaqdır. Biz turistlərə təkcə qədim mədəniyyəti təqdim etmirik, eyni zamanda, Misirin bugünkü inkişafını, qonaqpərvərliyini nümayiş etdirməyə çalışırıq”, - deyə Əli Qonayın vurğulayıb. Onun sözlərinə görə, Misirdə istənilən tələbata uyğun hotellər vardır - iki ulduzdan tutmuş, ən müasir hotellərədək. Onların arasında iki-üç ulduzlular daha üstünlük təşkil edir: “Biz turistlərə turpaketlər təqdim edirik ki, buraya yalnız bir şəhərə səfər edib, bütün Misir ərazisinə səyahət etmək daxildir. Ölkənin şimal sahillərində istirahət mərkəzləri üstünlük təşkil etsə də, turistlər daha çox Sinay yarımadası, Qırmızı dəniz sahillərindəki hotellərdə dincəlməyə üstünlük verirlər. Belə ki, burada hətta qış aylarında belə temperatur +25 dərəcə ətrafında olur. Müşahidələrimiz göstərir ki, elə Azərbaycandan olan turistlər də Misirə səyahət edərkən daha çox qış aylarını seçirlər”.
“Air Cairo” aviaşirkətinin kommersiya direktoru Fathy Attiyanın sözlərinə görə, iyulun 3-dən başlayaraq həftədə 1 dəfə həyata keçiriləcək yeni aviareys Bakı ilə Sinay yarımadasındakı Şarm al-Şeyx şəhərini bir-birinə bağlayacaq. Biletlərin qiyməti isə təqribən 350 ABŞ dolları civarında olacaq. “Lakin buna baxmayaraq, təyyarəyə bilet alan turistlər ölkənin istənilən digər şəhərlərinə də səyahət edə bilərlər. Hətta belə qərara gəlinib ki, səfərin dəqiq tarixi turistlərin öz ixtiyarına buraxılsın. Başqa sözlə, elektron biletə sahib olan turistlər il ərzində istədikləri vaxt öz biletlərini qeydiyyatdan keçirib Misirə səfər etmək hüququ əldə edəcəklər”, - deyə aviaşirkət təmsilçisi vurğulayıb. O həmçinin əlavə edib ki, gələcəkdə tələbatdan asılı olaraq, Bakı-Şarm al-Şeyx aviareysinin dövrülüyünün artırılması haqda müzakirələr aparacaqlar.
Sonra təşkilatçılar KİV nümayəndələrinin suallarını cavablandırıblar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

