/ / Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq edəcək
Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq edəcək
25.05.2016 [10:12]
İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Milli Nüvə Tədqiqatları Mərkəzi (MNTM) və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən məlumat verilib.
İmzalanma mərasimində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov, qurumun nüvə fizikası şöbəsinin müdiri Anar Rüstəmov və Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov iştirak ediblər.
Memorandum CERN-in “Böyük Adron Kollayderi” layihəsinin ALICE təcrübəsində Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə Milli Nüvə Tədqiqatları Mərkəzi arasında əməkdaşlıq məsələlərini əhatə edir. ALICE təcrübəsi CERN-in “Böyük Adron Kollayderi” layihəsinin aparıcı təcrübələrindəndir. Tərəflər arasında, həmçinin yüksək ixtisaslı kadrların hazırlanması və birgə araşdırmaların aparılması barədə razılıq əldə edilib.
Görüşdə Azərbaycanın CERN-ə assosiativ üzvlük məsələsi, Mərkəzdə aparılan tədqiqatlarla bağlı məlumatların ölkəmizdə yaradılmış məlumat mərkəzində saxlanması və emalı, MNTM-in digər layihələrə də qoşulması perspektivləri müzakirə olunub.
CERN 1954-cü ildə 12 Avropa ölkəsinin iştirakı ilə yaradılıb. Hazırda bu quruma üzv ölkələrin sayı 21-dir. Bundan əlavə, bəzi ölkələr və beynəlxalq təşkilatlar Mərkəzdə assosiativ üzv və müşahidəçi statusuna malikdir. Hazırda CERN-də 2300 daimi elmi işçi çalışır, eyni zamanda, 90 ölkənin 600-ə yaxın elmi-tədris müəssisəsindən 12500 istifadəçi Mərkəzin beynəlxalq tədqiqatlarında iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

