“Caspian Oil & Gas” və “Caspian Power 2016” sərgiləri qapılarını ziyarətçilərə açıb
02.06.2016 [09:53]
İyunun 1-də Bakı Ekspo Mərkəzində XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” və VI Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2016” sərgiləri qapılarını ziyarətçilərə açıb.
AZƏRTAC xəbər verir ki, Xəzəryanı regionun energetika sektorunda ən böyük sərgisi olan “Caspian Oil & Gas 2016” iyirmi ildən çoxdur ki keçirilir. Sərgi etibarlı işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalı müqavilələrin imzalanması və layihələrin uğurlu icrası üçün münasib platforma kimi xidmət göstərir. Hər il bu sərgini 10 mindən çox yerli və xarici mütəxəssis ziyarət edir.
Builki sərgidə 30 ölkəni təmsil edən 240 şirkət iştirak edir. Onlar arasında Azərbaycan, Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələr var. Sərgiyə yüksək vəzifəli qonaqlar, o cümlədən neft-qaz sahəsi üzrə müxtəlif şirkətlərin nümayəndələri qatılıblar. İtaliya və Almaniya sərgidə öz milli pavilyonları ilə iştirak edirlər. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələri təmsil edən şirkətlər yer alıb. Sərgidə ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutur.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları texnologiyalarının geniş çeşidini təqdim edirlər. Bundan başqa, boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin olunması ilə yanaşı, texniki qulluq xidmətləri üzrə xidmətlər və avadanlıqlar sərgilənir. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya istehsalını və kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.
Sərginin baş sponsoru qismində SOCAR, qızıl sponsorları BP və “Petronas” şirkətləri, gümüş sponsorları qismində isə “Bos Shelf” şirkəti çıxış edir. Digər sponsorlar arasında “Azeri M-I Drilling”, “AZFEN J.V.”, “Caspian Marine Services”, “Global Energy”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləri var.
Digər sərgi “Caspian Power 2016” isə Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması, eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir. Sərgi Azərbaycanın Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Çin, Polşa, Rusiya və Türkiyənin energetika texnologiyaları üzrə 30-dan çox aparıcı təchizatçı şirkətləri var. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, “LED” işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunur.
“Caspian Power 2016” sərgisi elektrik enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradır.
Hər iki sərgi iyunun 4-dək davam edəcək. Sərgilərin təşkilatçıları “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətidir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

