/ / Bakıda iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində kənd təsərrüfatına strateji baxışlar müzakirə olunub
Bakıda iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində kənd təsərrüfatına strateji baxışlar müzakirə olunub
25.06.2016 [13:37]
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinin xidməti, ADA Universitetinin birgə təşkilatçılığı və “KPMG Azerbaijan” şirkətinin dəstəyi ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin ictimai müzakirəsi çərçivəsində Bakıda “Kənd təsərrüfatına strateji baxış: Rəqabətlilik, ərzaq təhlükəsizliyi və sosial aspektlər” mövzusuna həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin başlıca məqsədi iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində kənd təsərrüfatına strateji baxışların, o cümlədən rəqabətlilik, ərzaq təhlükəsizliyi, sosial aspektlərin (məşğulluq, regionların inkişafı və s.) dövlət, özəl sektor nümayəndələrinin və elmi işçilərin iştirakı ilə üçtərəfli müzakirəsi olub.
Konfransda çıxış edən ADA Universitetinin rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev sözügedən müzakirələrin əhəmiyyətini vurğulayıb və bildirib ki, cari il martın 16-da Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə əsasən, kənd təsərrüfatı dayanıqlı inkişafa və əhalinin rifahının yüksəldilməsinə nail olmaq üçün milli iqtisadiyyatın prioritet sahələrindən biridir.
Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov tədbirin əhəmiyyətini vurğulayaraq iştirakçıları inkişaf planının 6 ay ərzində həyata keçirilməsi üçün yaradılmış işçi qrupun hədəfləri və fəaliyyəti barədə məlumatlandırıb. Onun sözlərinə görə, 2050-ci ilədək Azərbaycanda əhalinin sayının 12,1 milyon nəfərə çatması gözlənilir ki, bu da gələcəkdə ölkənin ərzaq tələbatını artıracaq. Beləliklə, kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri amilə çevrilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı kənd təsərrüfatı sahəsində aparılan islahatları yüksək qiymətləndirərək deyib ki, Azərbaycanda 2050-ci ilədək ərzaq tələbatının 70 faiz genişlənməsi gözlənilir.
Tədbirdə çıxış edən “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova konfrans iştirakçılarına təşəkkürünü bildirib və qeyd edib ki, biznes cəmiyyəti və elm xadimlərinin fəal iştirakı ilə bu cür üçtərəfli formatda müzakirələr bütün maraqlı tərəflərin gözləntilərinin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır. N.Məmmədova “AmCham”ın ölkədə həyata keçirilən islahatlara dəstəyini və səmərəli əməkdaşlıq üzrə öhdəliyini bir daha vurğulayıb.
KPMG şirkətinin Rusiya və MDB ölkələri üzrə Maliyyə xidmətləri sahəsinin rəhbəri və tərəfdaşı Vüqar Əliyev kənd təsərrüfatı üzrə əlverişli vergi rejimi və inkişaf üçün yaxşı imkanlar yaradan investisiyanın təşviqi haqqında son qanun barədə iştirakçılara məlumat verib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə, KPMG-nin MDB ölkələrində Kənd təsərrüfatı sektorunun rəhbəri və tərəfdaşı Vitali Şeremet, Frankfurt Maliyyə və Menecment Məktəbinin nümayəndəsi Kristof Kordonyer, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi və FAO-nun tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və digər iştirakçılar kənd təsərrüfatı sahəsinə dair təqdimatlarla çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

