Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində
29.06.2016 [10:02]
Çox haqlı olaraq dünyada vergi yığımlarının tarixini elə dövlətlərin mövcud olma tarixləri ilə eyniləşdirirlər. Çünki bütün ictimai-siyasi formasiyalarda vergilər mövcud olub. Qədim Romada, Misirdə, sonrakı mərhələdə Avropada insanlardan müxtəlif adlar altında vergilər yığılıb. Bu gün isə hər bir dövlətin vergi sistemi bir sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu fərqlər daha çox vergilərin sayında, dərəcələrində, strukturunda, yığılma formalarında, təyinat istiqamətlərində və digər cəhətlərdə öz əksini tapır. Ümumiyyətlə, ayrı-ayrı ölkələrdə vergi sistemi iqtisadi inkişaf səviyyəsini, müəyyən siyasi məqsədləri və əlbəttə ki, dövlətin sosial niyyətini özündə əks etdirir. Mütərəqqi və ədalətli vergi sistemi qurulan ölkələrdə vergilər, bir qayda olaraq, sosial-iqtisadi inkişafa müsbət təsir göstərir və iqtisadi aktivliyin artması, investisiya cəlbediciliyinin və ixrac imkanlarının genişlənməsi üçün stimulverici rol oynayır.
Azərbaycanda vergilərin ödənilməsi hər kəsin vətəndaşlıq və konstitusiya borcudur
Respublikamızda dövlətin ardıcıl olaraq həyata keçirdiyi və son nəticədə insanların mənafelərinin yaxşılaşmasını, onların məşğulluq və qazanc imkanlarının genişlənməsini hədəfləyən məqsədyönlü siyasətə rəğmən, vətəndaşlar da dövlət qarşısında qanunla müəyyən edilən öhdəliklərə malikdirlər. Ölkəmizin vergi qanunvericiliyi Konstitusiyadan, Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Konstitusiyanın 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Konstitusiyanın 73-cü maddəsinə əsasən isə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Eyni zamanda, heç kəs qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
Ölkəmizdə vergi siyasətinin ümumi əsasları, vergilərin müəyyənləşdirilməsi və büdcəyə səfərbər edilməsi qaydası, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının əməkdaşlarının qarşılıqlı münasibətləri, hüquq və vəzifələri, həmçinin vergitutmanın tənzimlənməsi ilə bağlı digər məsələlər 2001-ci il 1 yanvar tarixindən qüvvəyə minən Vergi Məcəlləsi ilə tənzimlənir. Bəhs olunan məcəlləyə əsasən, respublikamızda dövlət vergiləri (fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi, aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergilər) və yerli bələdiyyə vergiləri (fiziki şəxslərin torpaq və əmlak, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən, eləcə də bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergiləri) müəyyənləşdirilib. Qanunvericiliklə müəyyən edilən bütün növ vergilərin ödənilməsi məcburi xarakter daşıyır.
Müstəqil Azərbaycanda dövlət vergi siyasətini həyata keçirən mərkəzi icra orqanı Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında yaradılan Vergilər Nazirliyidir. Nazirlik özünün operativ, çevik fəaliyyət göstərmək iqtidarında olan funksional strukturu, eləcə də əməkdaşlarının peşəkarlığı sayəsində vergi qanunvericiliyinin tətbiqini və icrasını yüksək səviyyədə həyata keçirir.
Mütərəqqi vergi siyasəti ölkədə yeni iqtisadi modelin formalaşmasında mühüm rol oynayır
Yeni iqtisadi şəraitdə Vergilər Nazirliyi dövlət büdcəsinə daxilolmaların təmin edilməsinə hesablanan fiskal vəzifələri yerinə yetirməklə yanaşı, eyni zamanda iqtisadi siyasətin tənzimlənməsində, xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə Prezident İlham Əliyevin respublikamızda inkişafın ardıcıllığını təmin etmək məqsədilə qarşıya qoyduğu mühüm vəzifələrin, yeni nəsil iqtisadi islahatların həyata keçirilməsinə öz töhfəsini verir. Cari ilin əvvəlindən etibarən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər qüvvəyə minib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq vergi yükünün azaldılması yolu ilə vergi bazasının daha da genişləndirilməsi ölkədə qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafına çox böyük dəstəkdir. Vergi bazası genişləndikcə və bu əsasda büdcə daxilolmaları artdıqca dövlət tərəfindən sahibkarlığın inkişafına əlavə dəstək verilməsi imkanları da genişlənir.
Dövlət başçısının imzaladığı Fərmanla ixracyönümlü məhsullar istehsal edən müəssisələr üçün güzəştlərin tətbiqi böhran dövründə mühüm addımlar sırasındadır. İndiki şəraitdə qeyri-formal iqtisadiyyatın leqallaşdırılması da böyük aktuallıq daşıyır və bu istiqamətdə müəyyən addımlar atılır.
Yeri gəlmişkən, ekspertlər də vergi sisteminin daha da optimallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin ölkəmizdə yeni iqtisadi modelin formalaşması baxımından böyük önəm daşıdığını bildirirlər. Ümumi qənaət belədir ki, istər Vergi Məcəlləsinə edilən dəyişikliklər, istərsə də Vergilər Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər islahatların səmərəliliyini daha da artıracaq. Bu xüsusda fikirlərini ifadə edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, Vergi Məcəlləsinə edilən müvafiq dəyişikliklər həm vergi bazasının genişləndirilməsi, həm də vergi güzəştlərindən istifadə edən sahibkarların sayının artması baxımından vacibdir: “Dəyişikliklərə əsasən, vergi güzəştlərindən istifadə edən sahibkarların sayı əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, Vergi Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi büdcə daxilolmalarında da öz əksini tapır, vergi ödənişlərinin həcmi artır. Bu, ondan xəbər verir ki, vergi bazasının genişləndirilməsi, əslində, 2016-cı ildə bu sektordan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq. Proqnozlara əsasən, görülən tədbirlər sayəsində cari ildə ölkəmizdə dövlət büdcəsinə vergi daxilolmaları artacaq. Ümumiyyətlə, 2016-cı ildə ölkəmizdə büdcə daxilolmalarının yarısı neft, digər yarısı isə qeyri-neft sektorunun üzərinə düşəcək ki, bu da büdcə gəlirlərinin diversifikasiya olunması baxımından ciddi önəm daşıyır”.
Elektron vergi xidmətlərinin tətbiqi innovativ islahatların “açar”ı rolunda çıxış edir
Vergilər Nazirliyi innovativ islahatların “açar”ı sayılan vergi xidmətlərinin elektronlaşdırılması prosesinə 2005-ci ildən start verib. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı” (2005-2007-ci illər) təsdiqlənib ki, bu sənədin də əsas məqsədi ölkədə vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla bu sahədə səmərəli inzibatçılığın yaradılmasına nail olmaqdan və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən vergi daxilolmalarının müntəzəm artmasını təmin etməkdən ibarət idi. 2006-cı ildən tətbiqinə başlanılan “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS)” layihəsi elektron hökumətin qurulması istiqamətində həyata keçirilən əsas layihələrdən biri olmaqla, vergi sistemində çox mühüm texnoloji dəyişikliklərə səbəb olub, Azərbaycanın vergi xidmətini təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən modern informasiya texnologiyasına malik bir orqana çevirib. Bunun davamı kimi, respublikamızda 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq subyektlərinin “Bir pəncərə” prinsipi üzrə qeydiyyatının aparılmasına başlanılıb. 2011-ci ildə qəbul edilən “2011-2015-ci illərdə vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası” vergi ödəyicilərinə xidmətin genişləndirilməsi və xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm addım oldu.
Bunlardan əlavə, 2011-ci ildən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin, 2012-ci ildən isə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı elektron formata aparılır. Hazırda respublikamızda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən istənilən şəxs cəmi bir neçə dəqiqə ərzində biznesə başlamaq üçün rəsmi qeydiyyat prosesini tamamlaya bilir. Ölkəmizdə vergi ödəyiciləri “Onlayn kargüzarlıq” sistemindən faydalanırlar. Bu sistem vergi ödəyicilərinə elektron vergi bəyannamələrindən və elektron vergi hesab-fakturalarından istifadə etmək, vergiləri elektron şəkildə ödəmək, eyni zamanda, vətəndaşlarla dövlət qurumu arasında elektron formada məktublaşma imkanı verir. Bir neçə il bundan əvvəl istifadəyə verilən Vergilər Nazirliyinin Elektron İmza üzrə Sertifikat Xidmətləri Mərkəzi uğurla fəaliyyət göstərir. Mərkəzin xidmətlərindən bəhrələnən vergi ödəyiciləri elektron imzadan istifadə etməklə müxtəlif elektron xidmətləri mobil qurğular vasitəsilə təqdim edirlər.
Vergilər hara xərclənir və yaxud vergilər yığılmasa, nə baş verər?
Hər bir dövlətin qarşısında müxtəlif vəzifələr durur. Aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, ölkənin müdafiə qabiliyyətinin artırılmasına lazımi qədər vəsait ayrılmalıdır. Dövlət vətəndaşların təhsil, səhiyyə xərclərinin qarşılanmasında, elmin, mədəniyyətin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında, ekoloji problemlərin, gözlənilməz təbiət hadisələrinin nəticələrinin aradan qaldırılmasında fəal iştirak edir. Hər bir dövlət, o cümlədən Azərbaycan bütün bu və ya digər vəzifələri büdcədən ayrılan vəsaitlər hesabına yerinə yetirir. Təbii ki, mühüm dövlət xərclərini qarşılayan büdcə hansısa sehrli çubuğun sayəsində formalaşmır. Büdcə vəsaitləri bir sıra mənbələrdən yığılır ki, onların da içərisində vergi daxilolmaları mühüm yer tutur. Vergilər büdcə üçün etibarlı, daimi gəlir bazasıdır və dövlətin funksionallığının təmin olunmasına maddi əsaslar yaradır.
Vergilərin yığılması, eyni zamanda, Azərbaycanın sosialyönümlü dövlət olması baxımından önəmlidir. Ölkəmizin dövlət büdcəsində sosial infrastrukturun yaxşılaşdırılmasına, insanların rifah halının yüksəlməsinə və bu kimi digər istiqamətlərə yönəldilən xərclər ilbəil artırılır. Azərbaycan dünyada böhran yaşandığı indiki dövrdə də özünün sosial siyasətinə sadiqlik nümayiş etdirir. Qlobal çətinliklərin artdığı 2015-ci ildə respublikamızda nəinki heç bir sosial layihə ixtisara salınmayıb, əksinə, pensiyalar, əmək haqları təxminən 10 faiz artıb. Vergilər yığılmasa və yaxud tam həcmdə yığılmasa, təbii ki, sosial proqramların davam etdirilməsinə vəsait tapmaq da çətinləşəcək, bunun fəsadlarını isə, ilk növbədə, aztəminatlı insanlar hiss edəcəklər.
Nadir AZƏRİ
“Yazı Mətbuat Şurasının və
Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim
olunmaq üçün verilir”
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53

