Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İsveçrə Azərbaycanla əməkdaşlıq əlaqələrinin daha da artırılmasında maraqlıdır

İsveçrə Azərbaycanla əməkdaşlıq əlaqələrinin daha da artırılmasında maraqlıdır

16.07.2016 [09:39]

Azərbaycanın maliyyə naziri Samir Şərifov iyulun 15-də İsveçrə Konfederasiyasının maliyyə naziri Ulrix Maurerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və İsveçrə arasında olan ikitərəfli münasibətlər müzakirə edilib, həmçinin beynəlxalq maliyyə qurumlarında, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankında İsveçrənin rəhbərlik etdiyi seçki qruplarında iki ölkə arasındakı uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib.
Maliyyə naziri S.Şərifov isveçrəli həmkarına Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə qeyri-neft sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verərək, gələcəkdə ölkənin ixrac potensialının əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, nəqliyyat, turizm və yaradılan sənaye parklarının təşkil edəcəyini bildirib.
U.Maurer ölkəmizin qısa müddət ərzində yüksək templərlə inkişaf etdiyini vurğulayaraq, bununla da Avropa ölkələri arasında Azərbaycanın böyük rəğbət qazandığını bildirib. O, gələcəkdə İsveçrə-Azərbaycan münasibətlərinin möhkəmlənərək əməkdaşlıq əlaqələrinin daha da artırılmasında maraqlı olduqlarını qeyd edib.

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31