Kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir
28.07.2016 [10:07]
Ağdamda ənənəvi sahələr olan pambıqçılığın və üzümçülüyün inkişafı üçün geniş imkanlar var
Prezident İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri iyulun 27-də Ağdam rayonunda olub.
AZƏRTAC xəbər verir ki, işçi qrupun üzvləri əvvəlcə Eyvazlı kəndi ərazisindəki tingçilik təsərrüfatına və Səfərli kəndində pambıq tarlalarına baxış keçirib, fermerlərlə, sahibkarlarla görüşüb, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
Sonra Quzanlı qəsəbəsində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.
Müşavirədə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Zülfü Qasımov Ağdamda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda işlərin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, rayonda pambıqçılıq və baramaçılığın dirçəldilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu il 2250 kiloqram barama tədarük edilib, 551 hektar sahədə pambıq əkilib. Gələn il 3000 hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Bildirib ki, işçi qrup tərəfindən indiyədək 40-dan çox rayonda bu cür görüşlər keçirilib. Məqsəd rayonların aqrar sahədə potensialını və imkanlarını, həmçinin mövcud problemləri öyrənmək, fermerlərlə açıq fikir mübadiləsi aparmaqdır.
Ölkədə kənd təsərrüfatı sahəsində yeni mərhələnin başlandığını deyən A.Əmiraslanov qeyd edib ki, pambıqçılığın, tütünçülüyün, baramaçılığın, heyvandarlığın inkişafı istiqamətində böyük işlər görülür. Məqsəd ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etməkdir. Bu baxımdan bölgələrin müəyyən kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması böyük əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına öz təsirini göstərib. Belə bir şəraitdə kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu, Azərbaycanda aqrar siyasətin əsas prinsiplərindən biridir.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev məlumat verib ki, hazırda Ağdam rayonunda 35 min 300 hektar əkin sahəsi 794 subartezian quyusu vasitəsilə suvarılır. 2014-2015-ci illərdə rayonda 47 belə quyu qazılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2016-cı ildə daha 18 subartezian quyusu qazılacaq.
Diskussiya şəraitində davam edən müşavirədə fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Bəzi kəndlərdə suvarma suyu probleminin aradan qaldırılması, ənənəvi sahələr olan pambıqçılığın və üzümçülüyün inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib. Vurğulanıb ki, Ağdamda ənənəvi sahələr olan pambıqçılığın və üzümçülüyün inkişafı üçün geniş imkanlar var və bu imkanlardan istifadə olunmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

