/ / Azərbaycanda bank-maliyyə sektorunun möhkəmlənməsi istiqamətində zəruri islahatlar həyata keçirilir
Azərbaycanda bank-maliyyə sektorunun möhkəmlənməsi istiqamətində zəruri islahatlar həyata keçirilir
30.07.2016 [10:35]
Görülən tədbirlər bank-maliyyə sektorunun yeni çağırışlara uyğun adekvat fəaliyyətinə, banklara inamın güclənməsinə və şəffaflığın təmin olunmasına xidmət edir
Məlum olduğu kimi, respublikamızda ötən ilin son ongünlüyündən başlayaraq mənfi xarici təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun olaraq silsilə tədbirlər, yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə əsasında çevik şəkildə həyata keçirilən səmərəli islahatlar kursu respublikada iqtisadi subyektlərin manevr imkanlarının genişləndirilməsinə, yeni təşəbbüslərə meydan verilməsinə, idarəetmənin təkmilləşdirilməsinə, bütün sahələrdə şəffaflığın artırılmasına və digər bu kimi mühüm məqamlara istiqamətləndirilib.
Bank-maliyyə sektorunun fəaliyyəti yeni iqtisadi şəraitin tələblərinə uyğunlaşdırılır
Respublikamızda yeni iqtisadi şəraitdə meydana çıxan çağırışlara uyğun olaraq start verilən yeni nəsil islahatlar həmçinin istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunu da əhatə edir. İndiki şəraitdə ölkənin maliyyə imkanlarından səmərəli istifadə olunması, vəsaitlərin daha məqbul istiqamətlərə yönəldilməsi, real sektorun maliyyə təminatının gücləndirilməsi zərurəti bank-maliyyə sektorunun çevikliyinin artırılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi, risklərin minimuma endirilməsi, şəffaflığın təmin olunması kimi məsələlərin önəmini artırıb. Bu sahədə elə bir işlək mexanizmin qurulmasına nail olmaq lazımdır ki, maliyyə sektoru yaranmış vəziyyətdə, sözün yaxşı mənasında, iqtisadiyyatın inkişafında, fəallığın artmasında katalizator funksiyasını yerinə yetirə bilsin.
Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bank-maliyyə sektorunda aparılan islahatlar da məhz bu kimi hədəflərə istiqamətlənib. Yeni şəraitdə ölkənin bank-maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var. Belə bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir. Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət orqanı deyil. Bu, publik hüquqi şəxsdir və özü özünü maliyyələşdirmə yolu ilə fəaliyyət göstərir.
Yeni şəraitdə önəmli məsələlərdən biri də bankların sağlamlaşdırılmasıdır
Manatın məlum devalvasiyasından sonra ölkənin bank-maliyyə sektorunun möhkəmləndirilməsi, o cümlədən də bu sahədə daha çevik tənzimləmə rejiminin tətbiqi məqsədilə bir sıra normativ xarakterli aktlara dəyişikliklər edilib. “Bank kapitalının və onun adekvatlığının hesablanması” və “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydalarına edilmiş dəyişikliklər bankların topladığı maliyyə ehtiyatlarını daha səmərəli və çevik istifadə etməsinə imkan verir. Bundan başqa, Mərkəzi Bank tərəfindən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” Qaydaları yeni redaksiyada qəbul edilib.
Yaranmış vəziyyətdə meydana çıxan çağırışlardan biri bank sektorunun sağlamlaşdırılması ilə bağlıdır. Tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən banklar indiki şəraitdə, sadəcə, fəaliyyət göstərə bilməzlər. Qeyd edək ki, manatın məlum devalvasiyasınadək ölkəmizdə 40-dan çox bank fəaliyyət göstərirdi. Ekspertlərin qənaəti budur ki, Azərbaycan miqyaslı ölkə üçün bu qədər bankın olması məqbul deyil. Digər tərəfdən, bir sıra banklar ciddi likvidlik problemi yaşayırlar və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmirlər, həmçinin ölkə iqtisadiyyatına hər hansı bir xeyir vermirlər. Son vaxtlar istehlak kreditlərinin azalması və digər amillər ayrı-ayrı bankları daha çətin durumla üz-üzə qoyub. Belə olan halda zəif bankların fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur.
Bu kimi reallıqlar nəzərə alınaraq ölkədə bankların konsolidasiyası həyata keçirilir. Cari ilin əvvəlindən bəri respublikamızda bir sıra banklar, o cümlədən də “Qafqaz İnkişaf Bankı”, “Atrabank”, “Yunayted Kredit Bank”, “NBCBank”, “Gəncəbank”, “Bank of Azerbaijan” ASC-lərin bank lisenziyaları ləğv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən daha 4 bankın - “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin bank lisenziyaları ləğv edilib. Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib. Verilən məlumatda bildirilir ki, qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlılığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib. Qeyd edək ki, bəhs olunan banklar Əmanətlərin Siğortalanması Fonduna üzvdürlər və əhalinin bu banklarda olan qorunan əmanətləri Fond tərəfindən ödəniləcək.
Əmanətlərin sığortalanması, vergi güzəştləri banklara inamın artmasına müsbət təsir göstərir
Yeni şəraitdə ölkənin bank-maliyyə sisteminin fəaliyyətinin daha səmərəli qurulmasını hədəfləyən qərarlardan söhbət açarkən Prezident İlham Əliyevin “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi barədə imzaladığı müvafiq Sərəncamın önəmini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdən ibarətdir. Sənədə əsasən, ölkə ərazisində fəaliyyət göstərən banklarda vəsait yerləşdirən təxminən 6 milyon əmanətçinin depozitləri qarşıdakı 3 il müddətində tam sığortalanacaq.
Yeni şəraitdə “Əmanətlərin tam sığortalanması haqqında” qanun iqtisadiyyatın real sektorunun maliyyə təminatının artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Statistik məlumatlara əsasən, bankların kredit portfelinin strukturunda depozitlərin çəkisi təxminən 70 faiz həcmindədir, yerdə qalan 30 faizi isə digər mənbələrdən formalaşır. Əmanətlərin həcmi artdıqca bankların kredit imkanları da genişlənir. Proqnozlara görə, əmanətlərlə bağlı atılan addımlar bank sektorunda kapitallaşmanın yaxşılaşmasına şərait yaradacaq. Beləliklə, ölkədə islahatlar aparıldığı bir şəraitdə əmanətlərin 100 faiz qorunması birbaşa real sektora da müsbət təsir göstərəcək.
Yeni iqtisadi şəraitdə ölkə ərazisində fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin həcminin artmasına təsir göstərən başqa tədbirlər də həyata keçirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendlər 3 il müddətinə gəlir vergisindən azad olunub. Vergi güzəştləri bank əmanətlərinin həcminin artmasına zəmin yaradır. Ekspertlərin qənaətinə görə, bu güzəştlər nəticəsində bank, sığorta və təkrarsığorta şirkətləri tərəfindən nizamnamə kapitalının artırılması gözlənilir. Hökumət vergi güzəştləri ilə bankların kapitallaşmasına şərait yaratmaqla yanaşı, əhalinin dividend əldə etmək imkanlarını da stimullaşdırır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

