Astarada aqrar sahənin inkişaf etdirilməsi üçün böyük imkanlar var
05.08.2016 [10:05]
Astarada istehsal olunan məhsulların böyük ixrac potensialı var və bundan istifadə edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikir Astara Rayon İcra Hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin və müvafiq dövlət strukturları nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə səslənib.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri avqustun 4-də Astara rayonunda olublar.
Müşavirədə çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov rayonda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı işlərinin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, aqrar sektorun perspektivlərindən danışıb.
Qeyd olunub ki, Astara rayonunda zəngin əkinçilik ənənələri var. Bu ənənələr bu gün də uğurla davam etdirilir. Rayonda əkinəyararlı torpaq sahələrinin dövriyyəsi 568 hektar genişləndirilərək 7235 hektara çatdırılıb. Cari ildə Astarada sitrus meyvə bağlarının sahəsi isə 2200 hektardan çox olub. Sitrusçuluqla yanaşı, çay, çəltik və tərəvəzçilik də inkişaf edib. Çəltik sahələri 2 dəfə genişləndirilib.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov çıxış edərək respublikamızda aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışıb.
Astarada bitkiçiliyin ən mühüm sahələrinin inkişaf etdirildiyini vurğulayan A.Əmiraslanov kənd təsərrüfatının uzunmüddətli inkişafına yalnız daxil bazarda satılan məhsullarla deyil, rəqabətqabiliyyətli məhsulların xarici ölkələrə ixrac edilməsi ilə mümkün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması ilk növbədə regionlardan, rayonlardan başlanır. Astarada aqrar sahənin inkişaf etdirilməsi üçün böyük imkanlar var və onlardan səmərəli istifadə edilməlidir.
Prezident İlham Əliyevin rayonlarda yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıran A.Əmiraslanov kənd təsərrüfatı sahəsində dövlətin, fermerlərin və emal müəssisələrinin birgə əməkdaşlığının zəruri olduğunu söyləyib, müşavirə iştirakçılarını açıq müzakirələrə dəvət edib.
Çıxış edənlər rayonda aqrar bölmənin inkişafı ilə bağlı çəltikçilikdə mini-texnikaların tətbiqi, feyxoa məhsulunun satışı və emal müəssisələrinin yaradılması, arı məhsullarının qablaşdırılması, süd qəbulu məntəqələrinin təşkili və süd emalı müəssisəsinin yaradılması ilə bağlı təkliflərini bildiriblər.
Müşavirədən sonra işçi qrupun üzvləri fermer Aqil İbadovun çəltikçilik sahəsi, “Astaraçay” MMC-nin çay fabrikində istehsal prosesi və fabrikdəki “Çay muzeyi” ilə yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

