Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nərimanov rayonu üzrə 2016-cı ilin I yarısının yekunları uğurlu olub

Nərimanov rayonu üzrə 2016-cı ilin I yarısının yekunları uğurlu olub

06.08.2016 [10:22]

2016-cı ilin birinci yarısında ölkəmiz uğurla inkişaf etmişdir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələ ətrafında geniş müzakirə aparılmışdır. Qeyd edilmişdir ki, iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Əvvəlki illərdə görülmüş işlər və düzgün aparılmış siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı davam etmişdir. Belə ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru bu ilin ilk 6 ayı ərzində 2,4 faiz artmışdır.
2016-cı ilin birinci yarısında Nərimanov rayonunda da inkişaf davam etmişdir. Rayonda istehsal olunmuş sənaye məhsulunun həcmi xidmətlər də daxil olmaqla müqayisəli qiymətlərlə 1330420,4 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 10,4 faiz təşkil etmişdir. Sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 01.06.2016-cı il vəziyyətinə 11163 nəfər təşkil etmiş, orta aylıq əməkhaqqı 529,7 manat olmuşdur. 2016-cı ilin ilk altı ayı ərzində Nərimanov rayonunun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 42215,9 min manat məbləğində investisiya yönəldilmişdir, 22341,6 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 187853,8 min manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 4667,4 min manat olmuşdur. Tikinti sahəsində çalışan işçilərin orta siyahı sayı 01.06.2016-cı il vəziyyətinə 5750 nəfər, orta aylıq əməkhaqqı isə 473,7 manat təşkil etmişdir.
2016-cı ilin 6 ayı ərzində nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 41453,3 min manatlıq, rabitə müəssisələri tərəfindən isə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 144393,3 min manatlıq xidmət göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz artaraq 841,7 mln manata, iaşə xidmətlərinin həcmi isə 0,7 faiz artaraq 70,0 mln manata çatmışdır. Rayon üzrə əmtəə dövriyyəsinin 100,0 faizi, iaşə xidmətlərinin 99,5 faizi, pullu xidmətlərin isə 93,8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
Yeni iş yerlərinin yaradılması ilə bağlı işlər davam etdirilmişdir. Belə ki, 2016-cı ilin yanvar-iyun aylarında 2510 yeni iş yeri yaradılmışdır, onlardan 1715-i daimi, 795-i isə mövsümi iş yerləridir. Ümumiyyətlə isə, rayonda 01 oktyabr 2003-cü ildən 01 iyul 2016-cı ilədək 49517 yeni iş yeri açılmışdır.
Rayon sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun ödənilməsi, bazar qiymətlərinin süni surətdə qalxmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş və ötən ilin birinci yarısında rayon əhalisinə 1,5 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır.
Rayon sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlamış layihələrin icrası 2016-cı ilin birinci yarısında uğurla davam etdirilmişdir.
Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3a ünvanlarda müasir memarlıq üslubunda inşa edilmiş yeni yaşayış binaları istismara tam hazır vəziyyətə gətirilmiş və sakinlərin istifadəsinə verilmişdir.
Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddəti keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sona çatdırılmış və tam təmirli mənzillər sakinlərin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı ilin birinci yarısı ərzində müvafiq işlər görülmüş və bu işlər uğurla davam etdirilir.
Qısa vaxt ərzində əhalinin məşğulluq səviyyəsinin artırılması üçün birinci növbədə tikinti sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Tikinti sektorunda fəaliyyət göstərən iş adamları və sahibkarların fəaliyyəti üçün münbit şəraitin yaradılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin təşəbbüsünü və təkliflərini nəzərə alaraq Nazirlər Kabineti tərəfindən bu sahədə bir çox mühüm qərarlar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı ilə Bakı şəhərinin 9 rayonunun, o cümlədən Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər müəyyən edilmişdir. Qərarda rayon ərazisində abadlıq və quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun binaların tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması öz əksini tapmışdır. Eyni zamanda Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması qərara alınmışdır. Nazirlər Kabinetinin bu qərarının icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələlərlə həll edilməsi istiqamətində işlərə başlanılmışdır.
Rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınmış, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanılmışdır.
Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq 14 ədəd hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin şirkətlərin istifadəsinə verilməsi qərara alınmışdır.
Rayon statistika şöbəsi Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş “2016-cı ildə yerli statistika orqanları üçün statistik işlər Proqramı”nı və iqtisadi təhlil üzrə rüblük iş planlarını rəhbər tutaraq sosial-iqtisadi göstəriciləri əks etdirən rəsmi statistik hesabatların vaxtında və keyfiyyətlə daxil edilməsinə nəzarəti həyata keçirmiş və həmin hesabatların işlənilməsi və təhlili ilə əlaqədar müəyyən işlər görmüşdür. Statistik vahidlərə əməli kömək göstərmək məqsədi ilə onların nümayəndələri ilə 5 təlimati müşavirə keçirilmişdir. Həmin müşavirələrdə 54 nəfər iştirak etmişdir. Hesabat intizamı və yeni tətbiq edilmiş rəsmi statistika hesabatları ilə bağlı cəmiyyət, müəssisə və təşkilatlara 39 məktub yazılmışdır. Statistik vahidlərin aktuallaşmasından keçən müddət ərzində tapılmayan müəssisə və təşkilatların aşkar edilməsi üçün tərəfimizdən müəyyən tədbirlər həyata keçirilmişdir. Nəticədə, 52 tapılmayan müəssisə aşkar edilmiş, 21 müəssisə hesabata cəlb edilmiş və 31 müəssisədən fəaliyyət göstərmədiyi barədə arayış alınmışdır. 2016-cı ilin ilk 6 ayı ərzində fəaliyyəti olan 55 statistik vahidlə Əməkdaşlıq sazişi bağlanılmışdır.
Aylıq və rüblük hesabatlar üzrə yekun cədvəllər sahələr üzrə tərtib edilib Dövlət Statistika Komitəsinin və Bakı şəhər Statistika İdarəsinin elektron ünvanlarına müəyyən olunmuş vaxtlarda göndərilmişdir.
Rayon statistika şöbəsinin işçiləri təhlili məruzələrin və statistik bülletenlərin keyfiyyətlə hazırlanmasına diqqəti artırmışdır. 2016-cı ilin birinci yarısında şöbə tərəfindən 16 təhlili məruzə hazırlanmışdır, onlardan 3-ü öz təşəbbüsü ilə hazırlanmış məruzələrdir.
Statistik vahidlərin Dövlət registrinin aktuallaşması işinə Rayon statistika şöbəsində xüsusi diqqət yetirilmişdir. Fəaliyyətli hüquqi şəxslərə aid bütün dəyişikliklərin əksəriyyəti registrdə öz əksinin tapılması üçün Komitənin aidiyyəti şöbəsinin elektron ünvanına göndərilib. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə işlər bütün altı ay ərzində həyata keçirilib. Əlbəttə, bu işdə müəyyən çətinliklərlə də rastlaşırıq. Elə cəmiyyət və təşkilatlar var ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq fəaliyyət kodlarının dəyişdirilməsi barədə məktub təqdim etmirlər və s.
Rəsmi statistika materiallarının hazırlanması və statistik vahidlərin dövlət registrinin aparılması üçün zəruri məlumatların vaxtında və düzgün təqdim edilməməsinə görə cavabdeh məsul şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Belə ki, 2016-cı ilin 6 ayı ərzində 1 hüquqi şəxsin nümayəndəsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə müvafiq olaraq protokol tərtib olunmuş və cərimə sanksiyası tətbiq edilməsi haqqında qərar verilmişdir.Tətbiq edilmiş 300 manat məbləğində cərimənin Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməsi təmin olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2010-cu il tarixli, 35 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət orqanlarına təqdim edilməsi Qaydası”nın icrası ilə bağlı müəyyən işlər görülüb. Məlumatları elektron hesabat formasında təqdim etmək istəyən cəmiyyət və təşkilatların ərizələri toplanıb və onlarla müvafiq qaydada müqavilələr bağlanıb. Əsas məqsəd hüquqi və fiziki şəxslərlə əməkdaşlıq əlaqələrinin keyfiyyətinin yaxşılaşdırılması, statistik vahidlərə düşən informasiya yükünün və vaxt itkisinin azaldılması, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatların təqdim edilmə üsulunun asanlaşdırılmasına nail olmaqdır. Həyata keçirilmiş tədbirlər nəticəsində 2006 statistik vahid tərəfindən rəsmi statistika hesabatları elektron sənəd formasında təqdim olunur. Hal-hazırda rayon statistika şöbəsi tərəfindən fəaliyyət göstərən digər statistik vahidlərlə bu istiqamətdə işlər davam etdirilir.
Hüsaməddin İsgəndərov
Nərimanov rayon statistika
şöbəsinin rəisi

Paylaş:
Baxılıb: 742 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31