Azərbaycanın aqrar kompleksinin inkişafında Lənkəranın böyük töhfəsi olub
06.08.2016 [10:42]
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri cənub bölgəsinə səfərləri çərçivəsində avqustun 5-də Lənkəran rayonunda olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə işçi qrupun üzvləri rayonun çəltik və sitrus sahələri, çay plantasiyaları, tinglik təsərrüfatları, Lənkəran Konserv Kombinatı ilə tanış olub, fermerlərlə görüşərək təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
Sonra Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin və müvafiq dövlət strukturları nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda kənd təsərrüfatı işlərinin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, aqrar sektorun perspektivlərindən danışıb. Qeyd olunub ki, Lənkəranda 2016-cı ilin məhsulu üçün 6550 hektarda yazlıq əkinləri keçirilib. İndiyədək sahələrdən 31 min 440 ton tərəvəz, 4 min 400 ton kartof, 871 ton taxıl, 1880 ton meyvə, 159,5 ton yaşıl çay yarpağı yığılıb. Rayonda ənənəvi sahələrdən olan çəltikçiliyin bərpa olunmasına da böyük önəm verilir. Hazırda 309 hektar sahədə çəltik əkilib.
Bildirilib ki, heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb, diri çəkidə 3043 ton ət, 15881 ton süd və 7,1 milyon ədəd yumurta istehsal edilib. İribuynuzlu mal-qaranın sayı 53 min 641 başa, xırdabuynuzlu mal-qaranın sayı 22 min 243 başa çatdırılıb.
Lənkəranda ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması məqsədilə Göyşaban kəndi ərazisində torpaq sahəsinin ayrılması nəzərdə tutulub.
Sonra işçi qrupun rəhbəri Azər Əmiraslanov çıxış edərək, rayonlara səfərlərdən əsas məqsədin kənd təsərrüfatı sahəsində görülən işləri yerlərdə qiymətləndirmək, yerli icra orqanlarının bu sahədəki fəaliyyətini əlaqələndirmək, istehsalçılarla keçirilən görüşlərdə aqrar sahədə mövcud potensialdan səmərəli istifadə edilməsi ilə bağlı təklifləri öyrənmək olduğunu diqqətə çatdırıb.
Azər Əmiraslanov Prezident İlham Əliyevin rayonlarda yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, Lənkəranda ixractutumlu sahələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Müşavirədə Prezidentin tövsiyə və tapşırıqlarının icrası ilə bağlı Lənkəran rayonunda görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Lənkəranın ölkəmizdə kənd təsərrüfatının inkişafında böyük töhfəsi olub. Aqrar bölmədə çalışanların faraş tərəvəzin yetişdirilməsində, çayçılığın inkişafında zəngin təcrübəsi var. Rayon ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində böyük imkanlara malikdir.
Lənkəranın çəltikçilik təsərrüfatında müasir texnikaların tətbiq edildiyini vurğulayan A.Əmiraslanov çəltikçilikdə texnika parkının yaradılmasının qarşıda duran vəzifələrdən olduğunu diqqətə çatdırıb.
Dövlətin kənd təsərrüfatı sahəsində gördüyü işlərin ardıcıl xarakter daşıdığını deyən işçi qrupun rəhbəri aqrar bölmədə yeni mərhələdə görülən işlərin sınaq dövrü olduğunu bildirib.
Diskussiya şəraitində davam edən müşavirədə fermerlər, məhsul istehsalçıları və sahibkarlar tərəfindən torpaq sahələrində dərin şumun aparılması üçün ağır texnikaların verilməsi, tədarük məntəqələrinin təşkili, mal-qaranın kəsim məntəqələrinin yaradılması, arıçıların dərman preparatları ilə təmin olunması, rayonda yeni su bəndinin tikilməsi, çəltikçiliyin inkişafı ilə bağlı “Aqroservis”in lazımi texnikalarla təmin olunması və digər məsələlərlə bağlı təkliflər verilib.
İşçi qrupun üzvləri təkliflərə baxılacağını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

