Xızı və Siyəzən rayonlarında aqrar sektorun inkişaf perspektivləri müzakirə olunub
11.08.2016 [10:16]
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri ölkəmizin şimal regionuna səfər edib.
AZƏRTAC xəbər verir ki, işçi qrupun üzvləri avqustun 10-da Xızı və Siyəzəndə olub, bu rayonlardakı fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirədə iştirak ediblər.
Xızıda keçirilən müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov rayon iqtisadiyyatının əsasını təşkil edən sahələr, aqrar sektorun inkişafı ilə bağlı mövcud vəziyyət haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Xızı rayonunda mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində aparılan işlər artıq öz müsbət nəticəsini verməkdədir. Bu il rayon ərazisində yeni suvarılan 800 hektara yaxın sahədən ilk dəfə məhsul toplanılıb. Fermerlər yeni suvarılan ərazilərdə daha çox taxıl, yem və bostan bitkiləri becəriblər.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Bildirib ki, işçi qrup tərəfindən indiyədək 50-dən çox rayonda bu cür görüşlər keçirilib. Məqsəd rayonların aqrar sahədə potensialını və imkanlarını, həmçinin mövcud problemləri öyrənmək, fermerlərlə açıq fikir mübadiləsi aparmaqdır.
Diqqətə çatdırılıb ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində radikal islahatların əsası Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulub və inkişaf prosesi dinamik tempdə davam etdirilib.
Kənd təsərrüfatı sahəsində yeni mərhələnin başlandığını deyən A.Əmiraslanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində böyük işlər görülür. Kənd təsərrüfatı sahəsi dövlət tərəfindən dəstəklənir. Qarşıda duran vacib məsələlərdən biri bu dəstəyin səmərəli təşkilidir. Bu işin həyata keçirilməsində isə yerlərdə olan qurumların üzərinə böyük məsuliyyət düşür. Rayonlarda kənd təsərrüfatı ilə bağlı statistika reallığı əks etdirməlidir ki, mövcud potensialı düzgün qiymətləndirmək mümkün olsun. Bununla yanaşı, əkilməyən, boş qalmış əkinəyararlı torpaq sahələri müəyyənləşdirilib təyinatı üzrə istifadəyə cəlb olunmalıdır. Həllivacib məsələlərdən biri də ölkəyə idxal olunan bir sıra məhsulların yerli istehsalını təşkil etməkdir.
Daha sonra müşavirədə iştirak edən fermerlər, aqrar sahədə çalışan sahibkarlar və təsərrüfat sahibləri rayonda kənd təsərrüfatının inkişafı ilə bağlı təkliflərini səsləndirib, qarşılaşdığı problemlər barədə məlumat veriblər.
Günün ikinci yarısında işçi qrupun daha bir görüşü Siyəzən rayonunda keçirilib. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və rayon icra strukturlarının rəhbər şəxslərinin də iştirak etdiyi müşavirə qarşılıqlı diskusiya şəraitində keçib.
Müşavirədə işçi qrupun rəhbəri Azər Əmiraslanov çıxış edərək diqqətə çatdırıb ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına öz təsirini göstərib. Belə bir şəraitdə kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu, Azərbaycanda aqrar siyasətin əsas prinsiplərindən biridir.
Azər Əmiraslanov bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün vacib olan bütün imkanlar mövcuddur. Ən əsası Azərbaycanda tarixən əkinçilik mədəniyyəti formalaşıb və bu sahədə ixtisaslı, təcrübəli kadrlar yetişib.
Müşavirdə qeyd olunub ki, bölgələrin müəyyən kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması böyük əhəmiyyət kəsb edir. Hazırda isə bu sahədə problemlər mövcuddur.
Diskussiya şəraitində davam edən müşavirədə fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Bəzi kəndlərdə suvarma suyu probleminin aradan qaldırılması, ənənəvi sahələr olan arıçılıq və üzümçülüyün inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

