Bölgələrin kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması vacib və faydalıdır
12.08.2016 [10:06]
Avqustun 11-də Şabran və Quba rayonlarda fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən müşavirələrdə aqrar sektorun inkişaf perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, müşavirələr Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvlərinin ölkəmizin şimal regionuna səfəri çərçivəsində keçirilib.
Şabranda təşkil olunan müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyov çıxış edərək aqrar sahədə görülən işlər, əldə olunan nəticələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində ilkin mərhələdə Taxtakörpü su anbarı zonasında Xızı və Siyəzən rayonlarında 10 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilib. Şabran rayonunda isə 14 min hektara yaxın yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılıb. Bu il regionun rayonlarında və Şabranda meliorativ işlər davam etdirilməklə 6 min 200 hektar, o cümlədən 4 min 500 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1700 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək. Bu, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında önəmli rol oynayacaq.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov kənd təsərrüfatı sahəsində yeni mərhələnin başlandığını vurğulayaraq, dövlətimizin başçısının bölgələrdə aqrar sektorun inkişafı istiqamətində qarşıya qoyduğu konkret vəzifələrdən, bu sahəyə göstərdiyi qayğıdan danışıb. İşçi qrupun fəaliyyət istiqamətlərini şərh edən A.Əmiraslanov bildirib ki, indiyədək 50-dən çox rayonda kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılıb və bununla bağlı müşavirələr keçirilib. Bundan əsas məqsəd rayonların müvafiq potensialını və imkanlarını, həmçinin mövcud problemləri öyrənmək, fermerlərlə açıq fikir mübadiləsi aparmaqdır.
Daha sonra müşavirədə iştirak edən şabranlı fermerlər, aqrar sahədə çalışan sahibkarlar və təsərrüfat sahibləri təkliflər səsləndirib, qarşılaşdığı problemlər barədə məlumat veriblər. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev təkliflərə münasibət bildiriblər.
Günün ikinci yarısında növbəti müzakirələr Quba Gənclər Evində keçirilib.
Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov rayonda kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafı üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Qubada həm bitkiçilik, həm də heyvandarlığın inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.
İşçi qrupunun rəhbəri Azər Əmiraslanov bildirib ki, hələ sovet dövründən Quba alma becərilməsi üzrə ixtisaslaşıb. Bu sahəni daha da inkişaf etdirmək məqsədilə mövcud imkanlar səfərbər olunmalı, meyvənin satılması üçün yeni bazarlar müəyyənləşdirilməlidir.
A.Əmiraslanov bölgələrin kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşmasının vacibliyindən və faydasından danışıb, aqrar sahədə dövlətin, fermerlərin və emal müəssisələrinin birgə əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra fermerlərin, aqrar sahədə çalışan sahibkarların, təsərrüfat sahibləri və digər müşavirə iştirakçılarının fikirləri dinlənilib. Sahibkarlar meyvə emalı müəssisələrinin yaradılması, suvarma suyu və keyfiyyətli dərman preparatları ilə təminat, güzəştli kreditlərin verilməsi, tədarük məntəqələrinin inşası, heyvanların cins tərkibinin yaxşılaşdırılması, növbəli əkin və digər məsələlərlə bağlı təkliflər səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

