/ / Türkiyədəki son hadisələr turistlər üçün hər hansı problem yaratmır və turizm sektoruna təsir etmir
Türkiyədəki son hadisələr turistlər üçün hər hansı problem yaratmır və turizm sektoruna təsir etmir
13.08.2016 [10:13]
Son dövrlərdə Türkiyədə baş verən siyasi proseslər və uğursuz alınan hərbi çevriliş cəhdi qardaş ölkənin turizm sektoruna təsir etməyib. Ölkədə elan edilən fövqəladə vəziyyət isə təbii prosesdir, bu turistlər üçün hər hansı problem yaratmır və ümumilikdə turizm sektoruna təsir etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfirinin, “Azərbaycan Hava Yolları”, “Türk Hava Yolları”nın və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə Türkiyədə turizmin inkişafı vəziyyəti ilə bağlı keçirilən müzakirələrdə danışılıb.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib ki, iyulun 15-də Türkiyə müasir tarixinin ən böhranlı gününü yaşadı və bu ciddi təhlükə idi. Lakin artıq bu çətin günlər geridə qalıb. Ölkədə tam sabitlik və əmin-amanlıq hökm sürür.
Səfir bildirib ki, bu hadisələr Türkiyənin turizm sektoruna təsir etməyib. Ölkədə elan edilən fövqəladə vəziyyət təbii prosesdir. Bu turistlər üçün hər hansı problemlər yaratmır və ümumilikdə turizm sektoruna təsir etmir. Son günlər Türkiyəyə səfər edən turistlərin sayındakı artım da bunun əyani göstəricisidir.
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib ki, hazırda AZAL Bakı-Antalya-Bakı istiqamətində gün ərzində 4 reys həyata keçirir. İyulda Bakıdan Antalyaya səfər edən azərbaycanlıların sayı iki dəfə artıb. Türkiyənin digər məşhur turizm bölgələri olan Bodruma və İzmirə son dövrlərdə səfər edən azərbaycanlıların da sayında artım müşahidə olunub.
E.Hacıyev qeyd edib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan gündə ən çox - 9 aviareys məhz İstanbula həyata keçirilir.
“Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas isə iyulun 15-də İstanbulun Atatürk Hava Limanındakı terror aktı zamanı bütün aviareyslərin təxirə salındığını deyib: “Lakin hazırda Atatürk Hava Limanı normal iş rejimində fəaliyyət göstərir və hər hansı bir aviareyslərdə gecikmələr müşahidə olunmur”.
O deyib ki, hazırda Türkiyənin bütün hava limanlarında, turizm bölgələrində və mühüm strateji məntəqələrində çox ciddi təhlükəsizlik tədbirləri görülür.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Türkiyənin azərbaycanlılar üçün əsas turizm ölkəsi olduğunu deyib.
Sonra AZAL və “Summer Tour” şirkətinin dəstəyi ilə iyulun 27-dən 30-dək Antalyaya səfər edən Azərbaycanın KİV-lərdən AZƏRTAC, “APA” və “Report”un jurnalistləri səfərlə bağlı fikirlərini bölüşüblər. Onlar səfər zamanı Türkiyədəki son hadisələrin ölkənin turizm sektoruna təsir etmədiyini əyani şəraitdə gördüklərini bildiriblər. Jurnalistlər Antalyada turistlər üçün hər hansı bir narahatlığa əsasın olmadığını, azərbaycanlıların yay tətili mövsümündə istirahətlərini Türkiyənin turizm bölgələrində tam təhlükəsiz və əmin-amanlıq şəraitində keçirə biləcəklərini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

