Regionlarda vergi ödəyiciləri ilə görüşlər keçirilib
13.08.2016 [10:18]
Cari ilin 10-12 avqust tarixlərində Hacıqabul, Lənkəran, Gəncə, Şəmkir, Quba və Sumqayıt şəhərlərində Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı və bu Sərəncamla Vergilər Nazirliyinin qarşısında duran vəzifələrlə bağlı vergi ödəyiciləri ilə görüşlər keçirilib. Görüşlərdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi orqanları tərəfindən ötən dövr ərzində aparılan islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar barədə məlumat verib. Ə.Məmmədov bildirib ki, görülən işlər nəticəsində ölkədə müasir beynəlxalq standartlara cavab verən vergi xidməti, səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradılıb, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində qabaqcıl ölkələrin vergi administrasiyaları ilə əməkdaşlıq genişləndirilib.
Son on il ərzində vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Görülən işlər nəticəsində 2016-cı ilin ilk yarımilliyi ərzində dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 3190,1 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə 2495,4 milyon manat (78,2%) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 9,7% artımı deməkdir.
“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamla əlaqədar görüləcək işlərdən bəhs edən Ə.Məmmədov bildirib ki, islahatların əsas hədəfləri kiçik və orta sahibkarlığın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının sadələşdirilməsi, vergi sahəsində şəffaflığın təmin edilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqidir. Ə.Məmmədov qeyd edib ki, sadalanan hədəflərə çatmaq üçün başlıca şərtlər vergi yükünün azaldılması, vergi dərəcələrinin optimallaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, iqtisadiyyatın prioritet sahələrinin təşviqi, nağdsız əməliyyatların stimullaşdırılması, vergi sahəsində beynəlxalq mütərəqqi təcrübənin tətbiqi, o cümlədən ictimai məlumatlandırma, könüllü vergi açıqlaması, vergi öhdəliklərinin qabaqcadan razılaşdırılması, vahid hesabat standartlarının işə salınmasından ibarətdir. Bütün bunlar vergi nəzarəti sistemində şəffaflığın təmin olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin artması, vergi sahəsində risklərin qiymətləndirmə sisteminin formalaşması, vergitutma bazasının genişlənməsi, beynəlxalq standartlara cavab verən vergi sisteminin yaradılması kimi nəticələr əldə etməyə imkan verəcək.
Görüşlərdə vergi ödəyicilərinin çıxışları dinlənilib, vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərlə bağlı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

