Vergi sahəsində aparılacaq islahatlar sahibkarlığın inkişafına mühüm təkan verəcək
01.09.2016 [09:44]
Ölkə Prezidentinin son Sərəncamı investisiya və vergi mühitinin cəlbediciliyinin artırılmasına hesablanıb
Məlum olduğu kimi, Azərbaycanda perspektiv inkişafa hesablanan yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən bu islahatları ümumiləşdirsək, deyə bilərik ki, ölkəmizdə yeni iqtisadi model formalaşır və burada vergi siyasətinin çevikliyinin təmin olunması da mühüm rol oynayır. Vergi siyasətindən söz düşmüşkən, qarşıya qoyulan məqsəd ölkədə vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünü azaltmaqdan, nəticədə isə iqtisadi aktivliyin yüksəlməsini təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin cari il avqustun 4-də imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam da bu istiqamətdə atılmış mühüm addımdır.
Sərəncama əsasən, perspektivdə həyata keçirilməsi nəzərdə tutulan islahatların bir qismi vergi yükünü azaltmaqla və vergi inzibatçılığını yüngülləşdirməklə vergi ödəyicilərinin optimal gəlirliliyinin təmin olunmasına və investisiya mühitinin yaxşılaşdırılmasına hesablanıb. Buradan da aydın görünür ki, yeni islahatlar həyata keçirildikdə yenə də vergi ödəyicilərinin mənafeyi əsas götürüləcək. İslahatların bir qismi isə kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək, vergi yükünü optimallaşdırmaq məqsədi daşıyır. Bundan başqa, islahatlar paketində topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi də olduqca vacib məsələlərdəndir.
Sərəncama əsasən nəzərdə tutulan islahatların bir istiqaməti beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələrinin tətbiq edilməsi ilə bağlıdır. Beləliklə, ƏDV-nin vahid dərəcəsi ləğv edilir və sektordan asılı olaraq fərqli dərəcələr tətbiq edilir. Differensial ƏDV dərəcələrinin tətbiqi olduqca vacibdir. Bu, prioritet sektorların inkişafını stimullaşdıracaq. Sektorların siyahısı və differensial dərəcələr 3 ay müddətində dəqiqləşdiriləcək. Ekspertlərin qənaətinə görə, ƏDV-nin differensiallaşdırılması stimullaşdırıcı xarakter daşıyır. Differensial ƏDV ilə kiçik sahibkarlığın inkişafına imkan yaranır, müəssisə daha çox böyüməyə meyilli olur. Eyni zamanda, bu addım sahibkarlıq subyektlərinin sayının artımına gətirib çıxarır. Sahibkarlıq subyektlərinin sayı artdıqca da vergi ödəyicilərinin sayı artmış olur. Ümumiyyətlə, differensiallaşma iqtisadiyyatın optimallaşmasına, prioritet sektorların inkişafına və bu da nəticədə sahibkarlara və istehlakçılara faydalı olacaq.
Nəzərdə tutulan vergi islahatlarının mühüm istiqamətlərindən biri də vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan “Könüllü vergi açıqlaması” (“Voluntary tax disdosure”) sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması ilə bağlıdır. Könüllü vergi açıqlaması vergi yoxlaması üçün qanunla müyyən edilmiş müddət bitdikdən sonra yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur.
Digər vacib məsələlərdən biri vergidən yayınan vergi ödəyiciləri barədə ictimai məlumatlandırmadır. Belə ki, vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata keçirilməklə belə faktlar barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub. Mükafatın məbləği verilmiş məlumatlar əsasında büdcəyə ödətdirilmiş vergi məbləğlərinə uyğun müəyyənləşdiriləcək. “Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma” (“Whistleblow”) adlanan həmin mexanizm dünya təcrübəsində geniş tətbiq edilir. Bu zaman faktların media vasitəsilə ictimailəşdirilməsindən də geniş istifadə olunur.
Nəzərdə tutulan islahatlara əsasən, vergi orqanları kameral yoxlamaları yalnız vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün ərzində apara bilərlər. Məsələn, sahibkar vergi bəyannaməsini təqdim edibsə və növbəti 30 gün ərzində vergi orqanları həmin sahibkarlıq subyektində kameral yoxlama aparmayıblarsa, daha sonra onların həmin sahibkar ilə bağlı sözügedən yoxlamanı aparmaq hüququ yoxdur. Ümumiyyətlə, Sərəncamla nəzərdə tutulan islahatlar ölkəmizdə vergi xidmətinin yeni dövrün tələblərinə və inkişaf etmiş ölkələrin təcrübəsinə uyğunlaşdırılmasına zəmin yaradan mühüm məsələlərin geniş spektrini əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

