Azərbaycanın milli neft strategiyası: davamlı iqtisadi inkişafı təmin edən faktor kimi
18.11.2016 [10:12]
Azərbaycan Respublikası Dövlət Neft Fondu milli tərəqqiyə xidmət edən uğurlu neft strategiyasının reallaşmasında mühüm yerə malikdir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
“Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər hövzəsi beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi
Şübhəsiz, regionda reallaşdırılan strateji əhəmiyyətli layihələr Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir. Ölkəmizin enerji diplomatiyası regional və qlobal təhlükəsizliyə, əməkdaşlığa fundamental töhfələr verir. Sirr deyil ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan milli sektorunda karbohidrogen ehtiyatlarının hasilatı və nəqlinə cəlb olundu, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni etibarlı mənbə rolunu oynamağa başladı.
Beləliklə, 1994-cü ildən sonra Azərbaycan dünyada enerji tərəfdaşlığı kontekstində əhəmiyyətli aktorlardan birinə çevrildi. İmzalanan “Əsrin müqaviləsi” Azərbaycanı geostrateji əməkdaşlıq baxımından, sözün əsl mənasında, Şərqlə Qərbin qovşağına çevirdi. Eyni zamanda, bu, Azərbaycanın iqtisadi-siyasi dirçəlişində tarixi dönüş olmaqla yanaşı, həm də ölkəmizin və tərəfdaşlarının strateji maraqlarını təmin edən vasitəyə çevrildi.
Azərbaycanın fəal neft siyasəti qlobal əhəmiyyətli regional layihələrin reallaşmasına imkan verdi
“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və neft sektorunda əsaslı işlər görüldü. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu. 1997-ci ildə isə “Çıraq” yatağından neft hasilatına başlandı. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Belə ki, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olundu. Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm olan Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salındı. 1999-cu ilin noyabrında ATƏT-in Türkiyənin İstanbul şəhərində keçirilən Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyularaq tikintisinə başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Beləliklə, Azərbaycanın fəal neft siyasəti qlobal əhəmiyyətli regional layihələrin reallaşmasına imkan verdi.
Bir sözlə, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik neft strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını təmin etdi, eyni zamanda, qeyd etdiyimiz kimi, Azərbaycan çoxşaxəli münasibətlərin fonunda etibarlı tərəfdaş statusu qazandı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”ndən başlanan uğurlu enerji siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarına uyğun şəkildə davam etdirilir. Bütövlükdə isə, Azərbaycanın praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması Xəzər regionunda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi
Azərbaycanın uğurlu neft strategiyasından bəhs edərkən ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi xüsusi qeyd edilməlidir. Ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bəllidir ki, zəngin neft ehtiyatına malik olan ölkələrdə neft fondlarının və ya digər bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft gəlirlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Hazırda ölkəmizdə Neft Fondu vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan bir qurum kimi çıxış edir. Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi, ümummilli əhəmiyyətli layihələrin birbaşa maliyyələşdirilməsi və təbii sərvətlərin birgə istismarına dair beynəlxalq statuslu müqavilələrdə təmsilçiliyinin təmin edilməsindən ibarətdir.
Ümumiyyətlə, Neft Fondu yaradılarkən dünyanın bir çox ölkələrində fəaliyyət göstərən analoji fondların təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar nəzərə alınıb və neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan bir model seçilib. Bununla yanaşı, şəffaflıq Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən biridir. Neft Fondu müasir standartlara cavab verən, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib və Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlər əldə edib.
Bu məqamda qeyd edək ki, Neft Fondu yarandığı gündən etibarən dünyanın bir çox beynəlxalq iqtisadi təşkilatları, maliyyə qurumları, bankları ilə sıx əməkdaşlıq edir. Beynəlxalq təşkilatların əksəriyyətinin strateji tərəfdaş kimi qəbul etdiyi Neft Fonduna beynəlxalq qurumların diqqəti və marağı daha da artır. Beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ekspertləri Neft Fonduna mütəmadi səfərlər edir, Fondun valyuta ehtiyatlarının artım dinamikası, ölkənin maliyyə sisteminin inkişaf etdirilməsi və makroiqtisadi tənzimləmə siyasətində fondun yeri və rolu, habelə müasir iqtisadi tənzimləmə və maliyyə mexanizmlərinin tətbiqi imkanları, Fondun investisiya siyasəti barədə fikir mübadilələri aparılır.
Digər tərəfdən, qabaqcıl təcrübənin tətbiqi, təhsil və mübadilə üzrə əməkdaşlıq Neft Fondunun beynəlxalq əlaqələrinin inkişafında xüsusi yer tutur. Neft Fondu yaradıldıqdan etibarən Fondun normativ-qanunvericilik bazasının təkmilləşdirilməsi, neft gəlirlərinin makroiqtisadi dinamikaya təsirinin qiymətləndirilməsi metodikasının tətbiqi üzrə beynəlxalq təcrübə daim öyrənilir və bu sahədə yeni, müasir iqtisadi mexanizmlərin tətbiqi mühüm önəm daşıyır. Dövlət Neft Fondunun fəaliyyəti, xüsusilə Azərbaycanda həyata keçirilən Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün nəticələri beynəlxalq miqyasda tanınmış qeyri-hökumət təşkilatlarının daim maraq dairəsində olduğu üçün bu təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində də iş aparılıb, beynəlxalq miqyasda tanınmış bir çox qeyri-hökumət təşkilatları ilə mütəmadi görüşlər keçirilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Bütövlükdə, ötən müddət ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi çıxış edib.
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan Respublikası
Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu:
Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53

