Daxili bazarın qorunması ölkədə iqtisadi aktivliyin daha da artmasına xidmət edir
24.11.2016 [10:02]
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərə əsasən, ölkəyə idxal olunan bəzi məhsullara yeni gömrük idxal rüsumunun tətbiqindən sonra istehlak bazarlarında yerli mallara tələbat artıb
Xəbər verildiyi kimi, cari il noyabrın 3-dən etibarən Azərbaycana xaricdən gətirilən bir sıra mallara yeni gömrük idxal rüsumlarının tətbiqinə başlanılıb. Ölkəyə idxal olunan bəzi mallara tətbiq olunan yeni gömrük idxal rüsumları Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliklərə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınır.
Qeyd edək ki, dəyişikliklər qüvvəyə minməzdən öncə bəhs olunan məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi. Ölkəmizdə noyabrın 3-dən tətbiqinə başlanan yeni idxal rüsumları 2 il müddətində qüvvədə olacaq.
Yeni gömrük idxal rüsumlarının tətbiqi daxili istehsalın stimullaşdırılması baxımından böyük önəm daşıyır
Yeni iqtisadi şəraitdə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq iqtisadi aktivliyin artırılması, o cümlədən də qeyri-neft sektorunda daxili istehsalın genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Cari ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları əsasında həyata keçirilən geniş məzmunlu islahatlar, ölkədə biznes mühitinin optimallaşdırılması, vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, özəl sektorda yoxlamaların 2 il müddətində dayandırılması, daxili və xarici investisiyaların təşviq edilməsi, güzəştli şərtlərlə sahibkarlara kreditlərin ayrılması məhz yuxarıda qeyd olunan strateji məqsədin tez bir zamanda reallaşdırılmasına hesablanıb. Eyni zamanda, daxili istehsalın genişləndirilməsi məqsədilə ölkədə buraxılan məhsulların ixracının stimullaşdırılması da diqqət mərkəzində saxlanılır. Aparılan fundamental islahatlar kontekstində ölkədə yeni ixrac imkanlarının yaradılması, yüksəkkeyfiyyətli məhsullarımızın yaxın və uzaq xarici bazarlara çıxarılmasının təşviq edilməsi, bu məqsədlə hüquqi bazanın möhkəmləndirilməsi daxili istehsalın genişləndirilməsi baxımından böyük önəm daşıyır. Artıq cari ildən etibarən respublikamızda ixracın səmərəli təşviqi mexanizmi işə düşüb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı müvafiq Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi, ölkə ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı digər bir Fərmanda isə “Made in Azerbaijan” brendinin yaradılması və xaricdə tanıdılması ilə bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar son nəticədə respublikada istehsalın genişləndirilməsi yolu ilə həm yerli istehlakın daxili istehsal hesabına ödənilməsini təmin etməyə, həm də ölkənin ixrac imkanlarını artırmağa hesablanıb.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə daxili istehsalın genişləndirilməsinə yönələn genişmiqyaslı tədbirlər kifayət qədər yaxşı nəticələr verməkdədir. Artıq respublikamızda bir sıra ərzaq məhsullarına olan tələbatın 100 faiz həcmində daxili istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Ölkəmizdə aqrar sektorun intensiv metodlarla inkişaf etdirilməsi heyvandarlıq və quş əti ilə özünütəminat səviyyəsində dönüş yaradıb. Statistik məlumatlara əsasən, hazırda ölkəmizdə quş əti və quş əti məhsullarının istehsal həcmi yerli tələbatın 99,7 faizini, yumurta üzrə istehsal yerli tələbatın 99,7 faizini təşkil edir. Heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi 100 faizə çatmaq üzrədir. Respublikamızın meyvə-tərəvəzə olan daxili tələbatı ödəmək imkanları 100 faizdən yuxarıdır. Bundan başqa, meyvə-tərəvəz şirələrinin istehsal həcmi yerli tələbatın 114 faizini təşkil edir. Spirtli içkilərə olan tələbatı da 100 faiz həcmində daxili istehsal hesabına ödəmək imkanı var.
Sənaye sektorunda da daxili istehsal getdikcə genişlənir. Son illərdə böyük sərmayə qoyuluşu sayəsində Azərbaycan bir sıra tikinti materiallarına olan tələbatını böyük həcmdə daxili istehsal hesabına təmin edir. Respublikamızda zəngin ənənələrə malik kimya sənayesində geniş istehsal imkanları yaranmaqdadır. Ölkəmiz regional sənaye quruculuğu istiqamətində inamlı addımlar atır.
Aqrar sektorda və sənayedə əldə olunan uğurlar daxili bazarın və yerli istehsalın qorunmasını zərurətə çevirir. Bəzi mallara gömrük idxal rüsumlarının artırılması oxşar məhsulların ölkəmizdə istehsalının genişlənməsi, yeni istehsalatların yaranması ilə nəticələnəcək. Xaricdən gətirilən bəzi məhsullara gömrük idxal rüsumunun artırılması ölkəmizin istehlak bazarını idxal asılılığından qurtaracaq və yerli istehsalın genişlənməsinə əlavə stimul yaradacaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində daxili bazarın qorunması məqsədilə görülən tədbirləri müsbət dəyərləndirərək deyib: “Biz daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox düzgün addımdır. Biz öz daxili istehsalçımızı qorumalıyıq”.
Sahibkarlar da öz məsuliyyətlərini artırmalıdırlar
Qeyd etdiyimiz kimi, daxili bazarın və yerli istehsalın qorunması istiqamətində görülən tədbirlər, o cümlədən də gömrük idxal rüsumlarının artırılması ciddi sosial-iqtisadi əhəmiyyət daşıyır. Daxili istehsalın genişlənməsi ilə ölkədə iqtisadi aktivlik təmin olunacaq, yeni iş yerləri açılacaq, əmək haqları artacaq, ölkəmizin ərzaq təminatı daha da möhkəmlənəcək. Bütün bunlar daxili bazarın və yerli istehsalın qorunmasına yönələn tədbirlərin miqyasını genişləndirməyi tələb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, daxili bazarımızı qorumaq üçün əlavə tədbirlər görülməlidir və burada çox çevik siyasət aparılmalıdır: “Biz vaxt itirməməliyik. Bu məsələlər çox operativ şəkildə həll edilməlidir”.
Bəhs olunanlar kontekstində sahibkarlar da öz məsuliyyətlərini tam mənası ilə dərk etməlidirlər. Aydın məsələdir ki, xaricdən gətirilən bəzi mallara gömrük idxal rüsumlarının artması ilə daxili istehlak bazarında yerli mallara tələbat artıb. Ancaq Prezident İlham Əliyevin xüsusi olaraq vurğuladığı kimi, daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Daxildə istehsal edilən məhsullar xaricdən ölkəmizə gətirilən oxşar mallardan əhəmiyyətli dərəcədə ucuz olmalıdır və dövlətdən hər cür dəstək alan sahibkarlar bu məsələdə özlərinin sosial məsuliyyətlərini artırmalıdırlar. Ümumiyyətlə, bundan sonra bazarlara ciddi nəzarət olunması planlaşdırılır. Həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanları tərəfindən istehlak bazarlarında süni qiymət artımına qarşı adekvat tədbirlər görüləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53

