“Lead Pakistan” qəzetində Azərbaycanın iqtisadi nailiyyətləri ilə bağlı məqalələr dərc edilib
29.11.2016 [09:24]
Pakistanın “Lead Pakistan” qəzetində ekspert Mahmud Ul-Hassan Xanın “Azərbaycan: regional iqtisadi lider” və “Neft erasından sonrakı Azərbaycan” sərlövhəli məqalələri dərc edilib.
“Azərbaycan: regional iqtisadi lider” adlı məqalədə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra iqtisadi inkişafı nəticəsində Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyi bildirilir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi aparıcı maliyyə qurumları tərəfindən Azərbaycanın son 25 ildə mühüm sosial-iqtisadi tərəqqi əldə etdiyi vurğulanır.
Müəllif qeyd edir ki, bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycan özünün iqtisadi və sosial modelini qurmağa müvəffəq olub, öz təbii və insan resurslarından istifadə edərək güclənib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yazan müəllif bildirir ki, indi Azərbaycanın Dağlıq Qarabağı və ətraf rayonları işğaldan azad etməyə qadir olan güclü ordusu formalaşıb, aprelin əvvəlində baş verən dördgünlük müharibədə bu, sübuta yetirildi. Azərbaycan regionun siyasi kursunun müəyyənləşməsində mühüm rol oynayır, bu ölkə iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Məqalədə Azərbaycanın Şərq-Qərb dəhlizinin yaranmasındakı rolu xüsusi qeyd edilir, bir neçə aydan sonra istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropa və Asiyanın bir-birinə bağlanacağı diqqətə çatdırılır. Şimal-Cənub dəhlizinin böyük həcmdə yüklərin daşınmasına imkan verəcəyi, bu nəqliyyat dəhlizlərinin neft sektorundan əlavə Azərbaycana xeyli gəlir gətirəcəyi vurğulanır.
Yazıda Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi qlobal mahiyyətli enerji layihələri ilə öz enerji ehtiyatlarını dünya bazarına çıxardığı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadığı bildirilir.
Müəllif Azərbaycanda həyata keçirilən layihələr haqqında da məlumat verir. Bildirilir ki, ölkədə bir neçə beynəlxalq hava limanı inşa edilib, Xəzər hövzəsində nəhəng beynəlxalq dəniz ticarət limanının tikintisi davam etdirilir. Azərbaycan, həmçinin “Azerspace-1” və “Azersky” peykləri vasitəsilə qlobal hava fəzasına daxil olub. Azərbaycan hökuməti şəffaflığın, səmərəliliyin təmin edilməsi məqsədilə “ASAN xidmət” mərkəzləri yaradıb.
“Neft erasından sonrakı Azərbaycan” adlı məqalədə isə Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən dəniz və hava limanlarının inşası, müxtəlif sənaye və inşaat sektorlarının inkişafından söhbət açılır. Eyni zamanda, neft kapitalının uğurla insan kapitalına çevrildiyi, ciddi sosial inkişafa nail olunduğu, ölkədə yeni məktəb, xəstəxana, muzey, Olimpiya mərkəzlərinin tikildiyi diqqətə çatdırılır. Müəllif Bakı şəhərinin inkişafından söz açır, Azərbaycanın beynəlxalq tədbirlər və sammitlər üçün ideal məkana çevrildiyini qeyd edir, ölkədə gənclər siyasətinin və yeni iş yerlərinin açılması prosesinin uğurla aparıldığını bildirir.
Məqalədə 2003-cü ildən indiyədək Azərbaycan iqtisadiyyatının və sənayesinin üç dəfə artdığı, dünyada gedən böhranlı proseslərə baxmayaraq, qeyri-neft sektorunun inkişafı üçün ciddi addımların atıldığı, Azərbaycanın kosmos ölkəsinə çevrildiyi vurğulanır.
Müəllif qeyd edir ki, neftin qiymətinin təqribən üç dəfə aşağı düşməsinə baxmayaraq, ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində Azərbaycanda iqtisadi inkişaf davam edib, təhsil, insan resursları və biznes mühitinin inkişafına qoyulan investisiyalar xeyli artıb. Məqalədə, həmçinin Dünya İqtisadi Forumunun göstəricilərindən istifadə edilməklə Azərbaycanla bağlı statistik rəqəmlərə yer verilir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

