Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
31.12.2016 [11:13]
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ilə görüşüb.
Görüşdə Azərbaycanla Ukrayna arasında iqtisadi, ticari, elmi, mədəni, idman, turizm və regional əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Rəsmi Kiyevin Azərbaycanla çoxşaxəli əlaqələrin inkişafina xüsusi önəm verdiyini bildirən Stepan Kubiv beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan ölkələrimizin sosial-iqtisadi sferada daha səmərəli əməkdaşlıq etməsinin zəruriliyini qeyd edib. Baş nazirin birinci müavini bu yaxınlarda Azərbaycanda işgüzar səfərdə olduğunu xatırladıb, son illər ölkəmizdə həyata keçirilən sosial, iqtisadi islahatlar, xüsusən də beynəlxalq standartlara cavab verən yol və infrastruktur layihələrinin səmərəli nəticələrindən danışıb. Ukraynanın 2017-ci ilin dövlət büdcəsində bir çox sahələrlə yanaşı, beynəlxalq əhəmiyyətli yolların və digər infrastruktur layihələrinin həyata keçirilməsinə lazımi maliyyə vəsaitinin ayrıldığını diqqətə çatdıran Stepan Kubiv bu layihələrin gerçəkləşdirilməsinə Azərbaycanın təcrübəli şirkətlərinin və iş adamlarının cəlb olunmasının vacıbliyini vurğulayıb. O, həmin layihələrdə iştirak etmək istəyən təcrübəli Azərbaycan şirkətlərinə Ukrayna hökumətinin hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.
Səfir Azər Xudiyev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ötən dövrdə Azərbaycanda müasir idman və mədəniyyət kompleksləri, möhtəşəm mehmanxana şəbəkələri, ticarət və əyləncə mərkəzləri, modern istirahət parkları tikilib. Həmçinin beynəlxalq standartlara cavab verən yol və körpü layihələri reallaşdırılıb. Gələn ildən Ukraynada böyük infrastruktur layihələrinin həyata keçiriləcəyini təqdirəlayiq hal kimi qiymətləndirən diplomat təcrübəli Azərbaycan şirkətlərinin bu layihələrdə iştirakını təmin etmək üçün əlindən gələn köməyi əsirgəməyəcəyini vurğulayıb. Görüşdə ikitərəfli əlaqələrin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

