/ / Azərbaycan Hökuməti və Dünya Bankı arasında TANAP layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb
Azərbaycan Hökuməti və Dünya Bankı arasında TANAP layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb
17.01.2017 [09:53]
Yanvarın 16-da Azərbaycan Respublikası Hökuməti, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (CQD) və Dünya Bankı arasında Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 400 milyon ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin baş direktoru Əfqan İsayev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Merci Tembon, kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və xanım Merci Tembon imzalayıb.
Maliyyə naziri Samir Şərifov imzalanma mərasimində bildirib ki, beynəlxalq maliyyə qurumları ard-arda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün dəstək verir və bu, dünya miqyasında Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə inam və etibarın bariz nümunəsidir. Nazir xatırladıb ki, Dünya Bankından başqa, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən də müvafiq maliyyə dəstəkləri təsdiqlənib: “Prezident İlham Əliyev layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulayıb. Bu layihənin reallaşdırılmasında aparıcı qüvvə məhz Azərbaycan Respublikasıdır”.
Nazir “Cənub Qaz Dəhlizi” layihəsinin iqtisadi və kommersiya cəhətdən də çox səmərəli olduğunu qeyd edərək bu istiqamətdə bir sıra investorlarla da iş aparıldığını xatırladıb. Bildirib ki, Dünya Bankından və digər mənbələrdən cəlb olunan kreditlər gələcəkdə bu layihədən əldə ediləcək gəlirlər hesabına “Cənub Qaz Dəhlizi” şirkəti tərəfindən ödəniləcək. Buna baxmayaraq, layihənin tezliklə icra olunmasını nəzərə alaraq hökumət tərəfindən kredit sazişinə zəmanət verilir.
Dünya Bankının regional direktoru Merci Tembon isə Dünya Bankı və Azərbaycanın heyətlərinin aylar ərzində apardıqları gərgin işinin nəticəsi olaraq TANAP üzrə hüquqi sazişlərin imzalanmasından məmnunluqlarını ifadə edib: “Biz əminik ki, bu layihə ölkənin regional ticarətdə rolunu və rəqabətqabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək”.
Xanım M.Tembon bu əməkdaşlığın onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd edərək, etibarlı tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib.
“Cənub Qaz Dəhlizi” layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək “Cənubi Qafqaz Qaz” boru kəməri və yeni tikiləcək TANAP və Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihədə iştirak edən bütün ölkələr üçün “Cənub Qaz Dəhlizi”nin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı ilə birgə maliyyələşdirən Asiya İnfrastruktur İnvestisiya Bankı bu layihəni dəstəkləyir.
Qeyd etmək lazımdır ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Xəbər lenti
Hamısına baxİdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15

