Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nərimanov rayonu: 2016-cı ilin yekunları statistik göstəricilərdə

Nərimanov rayonu: 2016-cı ilin yekunları statistik göstəricilərdə

07.03.2017 [11:21]

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edildiyi kimi, ötən ildə Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin edilmişdir. Qeyri-neft sənaye istehsalı 5%, kənd təsərrüfatı isə 2,6% artmışdır. Bu, yaxşı göstəricidir və bir daha sübut edir ki, əvvəlki illərdə görülmüş işlər və düzgün aparılmış siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı davam etmişdir.
2016-cı ildə Nərimanov rayonunda iqtisadi və sosial inkişaf davam etmişdir. Rayonda istehsal olunmuş sənaye məhsulunun həcmi xidmətlər də daxil olmaqla faktiki qiymətlərlə 2887170,6 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 13,0 faiz təşkil etmişdir. Sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 11435 nəfər təşkil etmiş, orta aylıq əməkhaqqı 514 manat olmuşdur. Ötən il ərzində Nərimanov rayonunun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 108223,3 min manat məbləğində investisiya yönəldilmişdir. 37782 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 485101,8 min manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 10343,6 min manat olmuşdur. Tikinti sahəsində çalışan işçilərin orta siyahı sayı 7162 nəfər olmuşdur, bu da 2015-ci illə müqayisədə 185 nəfər azdır.
2016-cı il ərzində nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 125,0 mln manatlıq xidmət göstərilmişdir, bu da 2015-ci illə müqayisədə 77,6 faiz çoxdur. Rabitə müəssisələri tərəfindən isə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 262,7 mln manatlıq xidmət göstərilmişdir, bu da 2015-ci illə müqayisədə 20,5 faiz çoxdur.
Pərakəndə əmtəə dövriyyəsi əvvəlki illə müqayisədə 6,7 faiz artaraq, 1675,9 mln manata, iaşə xidmətlərinin həcmi 15,1 faiz artaraq, 160,1 mln manata çatmışdır. Ödənişli xidmətlərin həcmi isə 15,9% azalaraq 593,9 mln manat təşkil etmişdir. Rayon üzrə əmtəə dövriyyəsinin 100,0 faizi, iaşə xidmətlərinin 99,6 faizi, ödənişli xidmətlərin isə 95,1 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
Yeni iş yerlərinin yaradılması ilə bağlı işlər davam etdirilmişdir. Belə ki, 2016-cı il ərzində 6068 iş yeri yaradılmışdır ki, ondan 5273-ü daimi iş yeridir. Ümumiyyətlə isə, 01 oktyabr 2003-cü ildən 01 yanvar 2017-ci ilədək rayonda 53075 yeni iş yeri açılmışdır.
Rayon sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun ödənilməsi, bazar qiymətlərinin süni surətdə qalxmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş və ötən il ərzində rayon əhalisinə 3,0 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır.
2016-cı il ərzində rayonda geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
Rayon sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlamış layihələrin icrası ötən il də uğurla davam etdirilmişdir. Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3a ünvanlarında müasir memarlıq üslubunda inşa edilmiş yeni yaşayış binaları sakinlərin istifadəsinə verilmişdir.
Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddəti keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sona çatdırılmış və tam təmirli mənzillər sakinlərin istifadəsinə verilmişdir.
Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarının icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələlərlə həll edilməsi istiqamətində 2016-cı ildə çox mühüm işlər görülmüşdür. Bunun üçün rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınmış, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanılmışdır. 11031 nəfərin yaşadığı 3028 ədəd mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması qərara alınmışdır.
Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına müvafiq olaraq 16 sahibkar tərəfindən 20 ədəd hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün torpaq sahələri ayrılmış və binaları inşa edəcək şirkətlərin istifadəsinə verilmişdir. Sərəncamlara uyğun olaraq bir sıra ünvanlarda sakinlərlə bağlanılmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işləri artıq başa çatdırılmış və tikinti işlərinə başlanılmışdır. Digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakinlərin köçürülməsi işləri davam etdirilir.
Çox yaxşı haldır ki, iş adamları tərəfindən bu layihələrin həyata keçirilməsi nəticəsində rayon sakinləri əvvəlki mənzillərinin sahəsindən 20-30% artıq olmaqla tam təmirli yeni mənzillərlə təmin olunacaq və tikintinin aparıldığı müddətdə şirkətlər tərəfindən onlara kirayə haqqı ödəniləcəkdir. Yaşayış sahəsinin digər hissəsi və qeyri-yaşayış sahələri satışa çıxarılaraq sahibkarlara xeyli miqdarda gəlir gətirəcək və bu sahənin gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaradacaqdır.
Ölkəmizdə sahibkarlığın inkişafı keyfiyyətcə yeni və mühüm mərhələyə qədəm qoymuşdur. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının sadələşdirilməsi, müasir informasiya kommunikasiyalarının tətbiqi biznes mühitinin daha da yaxşılaşdırılmasına səbəb olmuşdur. 2016-cı ildə Nərimanov rayonu üzrə 673 hüquqi şəxs qeydiyyatdan keçmişdir. Bu isə 2015-ci ilin göstəricilərindən 50,5% çoxdur. Ən önəmlisi odur ki, qeydiyyatdan keçmiş cəmiyyət, müəssisə və təşkilatlar ötən illərlə müqayisədə daha qısa müddət ərzində fəaliyyətə başlayırlar. Əvvəllər 5 il və daha çox müddətə fəaliyyətlərini dayandırmış müəssisələr arasında fəaliyyətlərini bərpa edən müəssisələrin sayı da artmaqdadır. 2017-ci ilin yanvar ayının 1-i vəziyyətinə rayon üzrə qeydiyyatda olan hüquqi şəxslərin sayı 7356 təşkil etmişdir. Bakı şəhəri üzrə qeydiyyatda olan hüquqi şəxslərin sayında rayonun payı 12,7% təşkil edir.
Ölkəmizdə idxal-ixrac əməliyyatlarının aparılması sahəsində 2009-cu ilin yanvarından “bir pəncərə” prinsipi tətbiq edilir. İldən-ilə bu sahədə inzibati prosedurlar daha da sadələşdirilir. “Elektron bəyannamə” və “Yaşıl dəhliz” tətbiq olunub. 2016-cı ildə rayonun cəmiyyət, müəssisə və təşkilatları tərəfindən 15 xarici ölkənin sahibkarlıq subyektləri ilə 798,4 mln manat məbləğində ixrac əməliyyatları həyata keçirilmişdir.
Rayon Statistika Şöbəsi Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş “2016-cı ildə yerli statistika orqanları üçün statistik işlər Proqramı”nı və iqtisadi təhlil üzrə rüblük iş planlarını rəhbər tutaraq sosial-iqtisadi göstəriciləri əks etdirən rəsmi statistik hesabatlarının vaxtında və keyfiyyətlə daxil edilməsinə nəzarəti həyata keçirmiş və həmin hesabatların işlənilməsi və təhlili ilə əlaqədar müəyyən işlər görmüşdür. Statistik vahidlərə əməli kömək göstərmək məqsədi ilə onların nümayəndələri ilə 14 təlimati müşavirə keçirilmişdir. Həmin müşavirələrdə 157 nəfər iştirak etmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2015-ci ildə 9 təlimati müşavirə keçirilmişdi və 93 statistik vahidin nümayəndələri iştirak etmişdilər. Hesabat intizamı və yeni tətbiq edilmiş rəsmi statistika hesabatları ilə bağlı cəmiyyət, müəssisə və təşkilatlara 70 məktub yazılmışdır. Həmin məktublardan 12-si məlumat və metodoloji xarakter daşıyan məktublardır. Statistik vahidlərin aktuallaşmasından keçən müddət ərzində tapılmayan müəssisə və təşkilatların aşkar edilməsi üçün müəyyən tədbirlər həyata keçirilmişdir. Nəticədə, ötən il 56 tapılmayan müəssisə aşkar edilmiş, 29 müəssisə hesabata cəlb edilmiş və 27 müəssisədən isə fəaliyyət göstərmədiyi barədə arayış alınmışdır. Əgər 2015-ci ilin yekunlarına əsasən fəaliyyətli hüquqi şəxslərin sayı rayon statistika şöbəsi üzrə 1879 təşkil edirdisə, ötən ilin yekunlarına görə bu rəqəm 2092-yə çatmışdır. 2016-cı ildə fəaliyyəti olan 173 statistik vahidlə Əməkdaşlıq sazişi bağlanılmışdır. Fəaliyyətlərini dayandırmış cəmiyyət və müəssisələrin hər birindən fəaliyyətsizliklərinə dair arayışların alınması təmin olunmuşdur.
Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş “Yerli statistika orqanları tərəfindən şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti orqanlarına təqdim edilən iqtisadi-statistik məlumatlara dair tövsiyələr”ə uyğun olaraq şöbə tərəfindən hazırlanmış statistik bülletenlər, təhlili məruzələr və digər məlumatlar vaxtlı-vaxtında Nərimanov Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2010-cu il tarixli, 35 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət orqanlarına təqdim edilməsi Qaydası”nın icrası ilə bağlı müəyyən işlər görülüb. Məlumatları elektron hesabat formasında təqdim etmək istəyən cəmiyyət və təşkilatların ərizələri toplanıb və onlarla müvafiq qaydada müqavilələr bağlanıb. Əsas məqsəd hüquqi və fiziki şəxslərlə əməkdaşlıq əlaqələrinin keyfiyyətinin yaxşılaşdırılması, statistik vahidlərə düşən informasiya yükünün və vaxt itkisinin azaldılması, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatların təqdim edilmə üsulunun asanlaşdırılmasına nail olmaqdır. Həyata keçirilmiş tədbirlər nəticəsində 2086 statistik vahid tərəfindən rəsmi statistika hesabatları elektron sənəd formasında təqdim olunur. Hal-hazırda rayon statistika şöbəsi tərəfindən fəaliyyət göstərən digər statistik vahidlərlə bu istiqamətdə işlər davam etdirilir.
Hüsaməddin İsgəndərov
Nərimanov rayon statistika
şöbəsinin rəisi

Paylaş:
Baxılıb: 988 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31