/ / Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı: aqrar sektorda tədarük-təchizat sisteminin üstünlükləri
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı: aqrar sektorda tədarük-təchizat sisteminin üstünlükləri
05.04.2017 [09:55]
Qısa müddətdə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin 12 regional bölməsi, 46 rayonda dayaq məntəqəsi yaradılıb və qurum satınalan təşkilatlarla 825 müqavilə bağlayıb
Son illərdə dünyada müşahidə edilən gərginliklər, müharibə və terror risklərinin artması, ayrı-ayrı bölgələrdə yaşanan miqrant böhranı, eyni zamanda, ekoloji problemlərin aqrar sektorda yaratdığı çətinliklər qlobal miqyasda ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Ayrı-ayrı beynəlxalq təşkilatlar dünya üzrə əhalinin ərzaq məhsullarına olan tələbatının getdikcə pisləşməsinə dair həyəcan təbili çalırlar. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabata əsasən, hazırda Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Təəssüf doğuran haldır ki, bu kədərli statistikanın artım tendensiyası yüksəkdir. Verilən proqnozlarda bildirilir ki, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaq.
Əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsində dönüş yaranması böyük nailiyyətdir
Azərbaycanın regionlarında aqrar sektorun inkişafı ilk növbədə əhalinin müxtəlif ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədi daşıyır. Qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün ölkə boyu zəruri tədbirlər həyata keçirilir, istehsalçılara hər cür texniki və maliyyə dəstəyi göstərilir. Regionlarda aqrar sektora hərtərəfli dəstək tədbirləri öz bəhrəsini verir. Ölkəmizdə əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsində dönüş yaranıb ki, bu da böyük nailiyyətdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda verilən məlumata əsasən, son illər görülmüş işlər nəticəsində əsas ərzaq məhsullarının 60 faizindən çoxu üzrə özünütəminetmə səviyyəsi 100 faizədək və ya yuxarı olub, digərləri üzrə istehsal artıb.
Respublikamız əhalinin etibarlı ərzaq təminatına nail olunması strategiyasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad edir və daha səmərəli yanaşmaların tətbiqinə üstünlük verir. Ölkəmizdə həm ərzaq məhsulları istehsalının artırılması, tədarükün optimallaşdırılması, həm də satınalan təşkilatların etibarlı qida təminatına nail olunması istiqamətində atılan səmərəli addımlardan biri də “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətə başlamasıdır. Bəhs olunan qurum Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli müvafiq Sərəncamına əsasən yaradılıb. Belə bir mühüm qurumun fəaliyyətə başlaması regionlarda ərzaq məhsullarının tədarükündə və ölkə üzrə satınalan təşkilatların ərzaq məhsulları ilə təminatında tamamilə yeni bir yanaşmadır.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətə başlaması regionlarda istehsalın artmasında müsbət rol oynayır
Ekspertlərin qənaətləri belədir ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətə başlaması regionlarda ərzaq məhsulları istehsalının artmasına müsbət təsir göstərəcək. Bəhs olunan ASC-nin yaradılması kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Dövlət başçısının imzaladığı Sərəncamla qurumun qarşısına ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etmək kimi mühüm vəzifə qoyulub.
ASC fəaliyyətə başladığı qısa müddətdə müəyyən uğurlara imza atıb. Belə ki, indiyədək ASC-nin 12 regional bölməsi, 46 rayonda dayaq məntəqəsi yaradılıb, mərkəzi Bakıda olmaqla, 12 rayonda xüsusi təyinatlı soyuducu tipli depo-anbarlar istifadəyə verilib. Həmin anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlara uyğun uzunmüddətli, keyfiyyətli saxlanma şəraiti təmin edilib. Ötən müddətdə dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla 825 müqavilə bağlanıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq tələbatının təmin edilməsi üçün 1859 təchizat nöqtəsinin ərzaq təminatı tam təmin edilib. Cəmiyyət cari il yanvarın 1-dən satınalan təşkilatların - təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələr, eləcə də digər dövlət obyektlərinin ərzaq təchizatının həyata keçirilməsinə başlayıb.
Regionlarda istehsalçılar və satınalan təşkilatlar tedaruk.az portalı barədə məlumatlandırılırlar
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təchizat səviyyəsini öyrənmək, yerli məhsulların tədarük potensialını yaratmaq, istehsalçılarla yaxın münasibət qurmaq məqsədi ilə regionlarda silsilə tədbirlər həyata keçirir. ASC-nin təşkil etdiyi növbəti maarifləndirici görüşə şimal rayonlarındakı (Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən) dövlət satınalan təşkilatları, yerli icra nümayəndələri və istehsalçılar qatılıblar. Tədbirdə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyətinin sədr müavini Elşən Əsədov çıxış edərək son illər dövlətimizin başçısının rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsulların tədarük olunmasına, eləcə də satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaq. Diqqətə çatdırılıb ki, hazırda Xaçmaz Regional Bölməsi üzrə 60 körpələr evi-uşaq bağçası, 12 mərkəzi xəstəxana, bir hərbi hissə satınalan təşkilatı keyfiyyətli ərzaq məhsulları ilə təmin edilir.
Regional görüşdə satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalından (tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub. Tövsiyə edilib ki, hər bir satınalan təşkilat portalda öz tələbatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən tələbatlar real ehtiyaclara uyğun olmalıdır.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Ağcabədi rayonunda keçirdiyi maarifləndirici müşavirədə isə Yuxarı Qarabağ Regional Bölməsi üzrə (Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli rayonları) fəaliyyət göstərən dövlət satınalan təşkilatların və yerli icra strukturlarının nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, hazırda Yuxarı Qarabağ Regional Bölməsi üzrə 2778 satınalan təşkilat (uşaq bağçaları, xəstəxanalar, icra nümayəndələri və digər müəssisələr) keyfiyyətli ərzaq məhsulları ilə təmin edilir.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov müşavirədə çıxış edərək belə tədbirlərin dövlət satınalan təşkilatlarla səhmdar cəmiyyət arasında birbaşa dialoqun qurulması, tedaruk.az portalından istifadənin izah edilməsi, satınalan təşkilatların problemlərinin yerində öyrənilərək həlli üçün qərarların qəbul olunması, kənd təsərrüfatı istehsalçıları ilə ünsiyyətin asanlaşdırılması məqsədi daşıdığını diqqətə çatdırıb.
Həm istehsalçılar razıdırlar, həm də satınalanlar
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti məhsul tədarükü və satışı zəncirinin yaxşı səmərə verən üsullarının Azərbaycanda tətbiqinə başlayıb. Belə ki, qurum ölkə miqyasında satınalan təşkilatların müxtəlif növ ərzaq məhsullarına olan tələbatını əvvəlcədən öyrənərək istehsalçılarla növbəti mövsümdə yetişdiriləcək məhsulların onlardan alınması ilə bağlı müqavilələr bağlayır. Ən önəmli cəhət ondan ibarətdir ki, ASC yalnız hazır ərzaq məhsullarının alıcısı qismində çıxış etmir. Qurum mövsüm ərzində məhsulun əkilib-becərilməsi prosesi üçün zəruri olan xərclərin, başqa sözlə desək, gələcəkdə alacağı ərzağın dəyərinin əhəmiyyətli hissəsini qabaqcadan ödəyir.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin səmərəli fəaliyyətini bizimlə söhbətlərində həm ölkənin müxtəlif regionlarındakı istehsalçılar, həm də satınalan təşkilatların nümayəndələri təqdir etdiklərini bildirdilər. Məsələn Ağcabədi rayonundan olan fermer Camal Məhərrəmov “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin onlara dəstək verdiyini minnətdarlıq hissi ilə vurğulayıb: “Ötən mövsümdə 35 hektaradək sahədə soğan əkib-becərmişdim. Ancaq satışla bağlı ciddi problemlər yaşadıq və müəyyən qədər itkiyə yol verdik. Bu il isə belə problemimiz olmayacaq. Yetişdirəcəyimiz məhsulu “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC əvvəlcədən razılaşdırdığımız qiymətə alacaq. Bağladığımız müqaviləyə əsasən qurum bizə təxminən 60 min manat vəsaiti bəri başdan ödəyəcək. Buna görə də biz səpini inamla aparırıq. Artıq 30 hektar sahədə soğan toxumu səpini uğurla başa çatmaq üzrədir”.
Öz növbəsində Gədəbəy rayonunun Novosaratovka kəndindən olan fermer Əli İsmayılov “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən yetişdiriləcək məhsul üçün avans şəklində vəsait ödənilməsini istehsalçılardan ötrü çox böyük stimulverici dəstək tədbiri kimi səciyyələndirib. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yetişdirəcəyimiz kartofun hamısını alacağını bəri başdan sifariş edib. Əldə olunmuş razılaşmaya əsasən qurum bizə 60 min manata yaxın avans vəsait ödəyəcək. Biz isə bu vəsaiti həm becərmə üçün zəruri olan xərclərə, həm də öz dolanışığımıza yönəldəcəyik. Hazır məhsulun tarladaca satılması istehsalçıları bir sıra qayğılardan azad edəcək, onları əkin sahələrini daha da genişləndirməyə həvəsləndirəcək. Mən bu il 23 hektar sahədə kartof əkməyi planlaşdırmışam. Gələcəkdə ASC ilə əməkdaşlıq sayəsində əkin sahələrini 50 hektaradək genişləndirəcəyəm”, - deyə Əli İsmayılov bildirib.
Xaçmazdakı 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Həmayil İsgəndərova da “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin ölkə miqyasında ərzaq bolluğu yaradılmasına xidmət edən nümunəvi bir qurum olduğunu bildirib: “Rəhbərlik etdiyim körpələr evi-uşaq bağçasının ərzaq təminatı cari il yanvarın 1-dən etibarən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Xaçmaz Regional İdarəsi tərəfindən həyata keçirilir. Aldığımız 30-35 çeşid ərzağın - süd və ət məhsullarının, meyvənin, şirələrin, un məmulatının hamısı yüksək keyfiyyəti ilə fərqlənir və rasiona tam uyğundur. Biz 55 yerlik körpələr evi-uşaq bağçasının ərzağa olan tələbatı ilə bağlı sifarişlərimizi əvvəlcədən veririk və təchizatda da heç bir yubanma yoxdur”.
Zahid İLHAMOĞLU
“Ərzaq məhsullarının tədarükü
və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən jurnalistlər
arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
Xəbər lenti
Hamısına baxİdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15

