Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir
05.04.2017 [09:57]
Ulu öndərimizin əsasını qoyduğu iqtisadi islahatlar ölkəmizin uğurlarını şərtləndirən başlıca faktordur
Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi, Ümummilli liderimiz Heydər Əliyev müasir tariximizin ən parlaq səhifələrini yazaraq müstəqil dövlətimizi, sözün həqiqi mənasında, qurub-yaradıb. Müasir Azərbaycan dövləti, heç şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin adı, Onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Respublikamıza rəhbərliyi dövründə Azərbaycanın bütün sahələrinin inkişafında, xüsusilə iqtisadiyyatın dirçəlişində, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində Ulu öndər Heydər Əliyevin xidmətləri əvəzolunmazdır.
Təbii ki, hər bir dövlət güclü iqtisadiyyatı ilə inkişaf edir və beynəlxalq müstəvidə böyük nüfuza sahib olur. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin bu fikri daim öz aktuallığını qoruyub saxlayır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində sosial-iqtisadi cəhətdən geridə qalmış Azərbaycan məhz 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə özünün intibah və tərəqqi dövrünə qədəm qoydu. Mühüm məqam ondan ibarətdir ki, sovetlər dönəmində Ulu öndərimizin yaratdığı iqtisadi potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafında müstəsna rol oynadı.
Doğrudur, müstəqilliyimizin ilk illərində iqtisadiyyatımız tənəzzül etsə də, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev qısa müddətdə ölkəmizi təhlükələrdən xilas etdikdən, ictimai-siyasi sabitliyi bərqərar etdikdən sonra iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atmağa başladı. 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalanmaqla yeni neft strategiyasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, güclü iradəsi nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının nüvəsi oldu. Bu prosesdən sonra isə Ulu öndərimizin rəhbərliyi ilə iqtisadiyyatımızın bütün sahələri üzrə sistemli şəkildə islahatlar həyata keçirilməyə başlandı.
Beləliklə, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlandı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. Görülən işlər nəticəsində ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olub.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aparılan ardıcıl və məqsədyönlü islahatlar nəticəsində müstəqil Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu. Onun sözlərinə görə, əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi: “Ən əsası isə, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı. Beləliklə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı. Sənayenin inkişafı ilə yanaşı, Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox normativ-hüquqi akt qəbul edildi, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşdi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı”.
Eldar İbrahimov bildirib ki, Ulu öndər Heydər Əliyevin iqtisadi siyasətində torpaq islahatları da mühüm rol oynayır. Çünki torpaq islahatları ümumi iqtisadi islahatların tərkib hissəsi olaraq xüsusi əhəmiyyətə malikdir. “Azərbaycan parlamenti tərəfindən “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar qəbul edildi, islahatı aparmağı təmin edən digər normativ hüquqi aktlar imzalandı. 1996-cı ildən etibarən kolxoz və sovxozlar ləğv edilərək onların əmlakı və torpaqları kəndlilərin xüsusi mülkiyyətinə verildi və yeni təşkilati-hüquqi formalı təsərrüfatlar yaranmağa başladı. Ulu öndərimizin rəhbərliyi ilə başqa sahələrdə olduğu kimi, aqrar sahədə də islahatlar uğurla aparıldı və bazar iqtisadiyyatının əsas atributlarından olan xüsusi mülkiyyət formalaşdı”, - deyə komitə sədri vurğulayıb. E.İbrahimov deyib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı daha güclü dövlətə çevirib. Onun sözlərinə görə, bu siyasət nəticəsində ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib və uğurlarımız davam etməkdədir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili isə bildirib ki, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar qısa zamanda geniş beynəlxalq dəstək aldı. Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlanıldı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı: “Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu”.
Millət vəkili deyib ki, bu gün Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır: “Azərbaycan və Azərbaycan xalqı var olduqca Heydər Əliyev ideyaları daim yaşayacaq və qorunub saxlanacaq. İqtisadi inkişaf sürətinə görə dünyada lider ölkələrdən olan Azərbaycan bu gün öz müasir və çevik iqtisadi siyasəti ilə fərqlənir. Güclü əsasları olan Azərbaycan iqtisadiyyatı və onun cəlbedici imkanları artıq Qərb-Şərq, Şimal-Cənub arasında inteqrasiya rolunu oynamaqdadır. Ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, gələcəyə hesablanmış iqtisadi qərarları Azərbaycanın iqtisadi qüdrətini dayanıqlı etməyə hədəflənib və bu qərarlar artıq öz nəticələrini verməkdədir”.
Beləliklə, yuxarıda da qeyd olunduğu kimi, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məlumdur ki, bu gün dünyada dərin iqtisadi böhran hökm sürür. Belə bir şəraitdə dünyanın bir sıra ölkələri Azərbaycanın üstün cəhətləri ilə fərqlənən nümunəvi inkişaf modelinə böyük maraq göstərərək ondan öz təcrübələrində bəhrələnməyə çalışırlar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanın seçdiyi yolun yeganə düzgün yol olduğunu bir daha vurğulayaraq deyib: “Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”.
Həyata keçirilən davamlı islahatlar sayəsində ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə dövlət başçısı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb, Milli Məclis müvafiq qanunvericilik aktları qəbul edib. Müvafiq dövlət qurumları, xüsusilə İqtisadiyyat Nazirliyi qarşıya qoyulan hədəflərə çatmaq üçün uğurla fəaliyyət göstərir.
Ümumiyyətlə, yeni şəraitdə ölkənin iqtisadi inkişafının ardıcıllığını təmin etmək məqsədilə həyata keçirilən islahatların dairəsi kifayət qədər genişdir. İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs postneft dövründə ölkəmizin uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək. Təbii ki, həyata keçirilən bütün bu tədbirlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Çünki Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Məhz bu siyasət nəticəsində ölkəmizin yeni-yeni uğurlar qazanacağı şübhəsizdir.
Nardar BAYRAMLI
Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri
arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
Xəbər lenti
Hamısına baxİdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15

