/ / Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu islahatlar kursu Azərbaycanın iqtisadi inkişafı üçün fundamental əsaslar yaradıb
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu islahatlar kursu Azərbaycanın iqtisadi inkişafı üçün fundamental əsaslar yaradıb
19.04.2017 [10:05]
Dünya tarixində liderlərin həmişə xüsusi yeri olub. Bu gün yüksək inkişaf səviyyəsi ilə fərqlənən ayrı-ayrı dövlətlər tarixin müxtəlif mərhələlərində üzləşdikləri çətinlikləri uğurla dəf etmələrinə, taleyüklü məqamlarda düzgün yol seçmələrinə görə məhz şəxsiyyət-liderlərə borcludurlar. Son 25 ildə müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan üçün belə xilaskar sima misilsiz fəaliyyəti ilə xalqımızın Ümummilli lideri səviyyəsinə yüksələn Heydər Əliyevdir. İllər ötdükcə bu görkəmli Liderin Azərbaycan dövlətinin tarixindəki yeri və rolu daha aydın görünür.
Heydər Əliyevin parlaq şəxsiyyəti və ideyaları respublikanı yeni intibaha istiqamətləndirib
Ulu öndər Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş ittifaqda milli respublikaların qarşısına qoyulan şərtlər, buxovlar yaddaşlardan silinməyib. Ancaq 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev bu buxovları yarıb keçməyə, milli dirçəlişə, gələcək müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Bu əsaslar respublika həyatının bütün sahələrini əhatə edirdi. Beləliklə, Heydər Əliyev keçmiş ittifaqın geridə qalmış aqrar respublikası olan Azərbaycanı qısa müddətdə sənaye əsaslı inkişafa istiqamətləndirdi, iqtisadiyyatın müxtəlif sahələrində işləməyi bacaran milli kadrlar ordusu yetişdirdi, eyni zamanda, mədəniyyətimizin qorunmasına və inkişafına hədsiz sayğı ilə yanaşaraq milli özünüdərk hissini gücləndirməyə nail oldu. Bu gün hər kəs minnətdarlıq hissi ilə etiraf edir ki, Heydər Əliyevin zamanında məqsədyönlü şəkildə yaratdığı irsdən kənarda istər iqtisadiyyatımız, istərsə də mədəniyyətimiz çox kasıb görünər.
Elə Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin qorunması da Ümummilli liderimizin Azərbaycan naminə misilsiz xidmətləri sırasına daxildir. Heydər Əliyev ikinci dəfə respublikanın siyasi rəhbərliyinə 1993-cü ilin yayında - Azərbaycan kövrək müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı mürəkkəb dönəmdə gəldi. Həmin vaxt hakimiyyətin məsuliyyətini bölüşmək böyük risk idi. Xalqının istəyini, inamını əsas tutan Heydər Əliyev bu riskdən çəkinmədi və ölkənin rəhbərliyinə gələrək Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, respublikanı, xalqı yeni intibaha istiqamətləndirdi.
Güclü iqtisadiyyat - güclü dövlət deməkdir
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Onun böyük səyləri hesabına cəmiyyətdə bərqərar edilən sabitlik ölkənin bütün potensialını ümumi məqsədlər naminə səfərbər etməyə imkan verdi.
Ölkənin qarşısında dayanan çoxsaylı prioritetlər sırasında əsas məsələlərdən biri də milli iqtisadiyyatın gücləndirilməsi idi. Ulu öndər xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heydər Əliyevə AXC-”Müsavat” iqtidarından dağıdılmış, təchizat-satış əlaqələri pozulmuş iqtisadiyyat miras qalmışdı. Belə vəziyyətdə Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən 100-dən çox Fərman və Sərəncam imzaladı. Ulu öndərin təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edildi. Nəticədə, 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı.
Ən vacib məqamlardan biri o oldu ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hesablanan yeni neft strategiyasını işləyib hazırladı və Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələri cəlb etməyə nail oldu. Yeni neft strategiyasının reallaşdırılması çərçivəsində Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına start verildi. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Sonrakı illərdə neft gəlirlərinin artması hesabına ölkənin iqtisadi inkişafı üçün böyük imkanlar yarandı.
Bütövlükdə, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bəhs olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.
Müstəqil Azərbaycanda başlanan islahatlar milli iqtisadiyyatın qarşısında yeni inkişaf üfüqləri açdı
Azərbaycan müstəqilliyini bərpa etsə də, iqtisadiyyatda keçmiş sovet dönəmindən miras qalan yanaşmalar tətbiq edilirdi. Stereotipləri aradan qaldırmadan yeni dövrün iqtisadiyyatını da qurmaq mümkün deyildi. Bütün bunları nəzərə alan Ulu öndər Heydər Əliyev qəti şəkildə belə müəyyənləşdirdi: Müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberializm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olmalıdır. Ümummilli lider Heydər Əliyev iqtisadi sahədə dövlət siyasətinə belə aydınlıq gətirmişdi: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun uğurla həyata keçirilməsi sayəsində ölkədə iqtisadi fəallıq artdı, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı gücləndi, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yarandı, fəal insanların məşğulluğu təmin olundu və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşdı.
Ümummilli liderin siyasi iradəsinə uyğun olaraq ölkədə yaradılan mükəmməl hüquqi baza sosial yönümlü liberal iqtisadiyyat quruculuğuna uğurlu keçidi təmin edib. İlk növbədə onu vurğulayaq ki, Ulu öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması ilə bağlı müddəalar öz əksini tapıb. Ulu öndər milli iqtisadiyyatın inkişafına mane olan bürokratik əngəllərin və o cümlədən də sahibkarlıq subyektlərində yoxlamaların qarşısının alınması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə bir sıra Fərman və sərəncamlar imzalayıb. Ulu öndər Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılmasının ölkəmizdə liberal iqtisadiyyatın bərqərar olmasında rolu əvəzsizdir. İqtisadi İnkişaf Nazirliyi müəyyənləşdirilən strategiyaya uyğun olaraq bu gün də milli iqtisadiyyatın, onun prioritet istiqamətlərinin inkişafına yönələn yeni təşəbbüslərlə çıxış edir, bu sahədə hədəflənən nəticələrin əldə olunmasına çalışır.
Ulu öndərin təşəbbüsü əsasında respublikamızda MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirilib
Ümummilli lider Heydər Əliyevin aqrar sektorda apardığı islahatlar da həm iqtisadi əhəmiyyət daşıyır, həm də böyük sosial önəm kəsb edirdi. Məlumdur ki, Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından bir sıra üstünlüklərə malik olan ölkədir. Respublikamızda aqrar sektorda tarixən güclü ənənələr formalaşıb, eyni zamanda, ölkəmiz bir sıra istehlak bazarları ilə əhatə olunub. Bundan başqa, ölkənin fəal məşğul əhalisinin təxminən 40 faizi bölgələrdə məskunlaşıb. Lakin stereotiplər, o cümlədən də torpaq üzərində mövcud mülkiyyət münasibətləri aqrar sektorda da inkişafı əngəlləyirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirməklə aqrar sektora, necə deyərlər, yeni nəfəs verdi.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixdə imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatına başlanıldı. Fərmanda nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinəyararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi respublikanın kənd təsərrüfatında dönüş yaratdı. Bu amil torpaqlardan daha səmərəli şəkildə istifadə edilməsini şərtləndirdi ki, bu da son nəticədə ölkəmizdə ərzaq məhsulları istehsalının artması ilə nəticələndi.
Yeni şəraitdə aparılan islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edir
Hazırda ölkəmizdə xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə çağırışları önləmək və bundan sonra da inkişafın ardıcıllığını təmin etmək məqsədilə yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının müvafiq Fərmanına əsasən milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.
Ümummilli liderin əsasını qoyduğu islahatlar kursu, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin ölkədə siyasi varisliyi təmin etməsi, o cümlədən də iqtisadi inkişafın dinamikliyinə nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirməsi Azərbaycanı iqtisadi cəhətdən müstəqil dövlətə çevirib. Öz növbəsində iqtisadi müstəqillik respublikamızın siyasi müstəqilliyinin təmin olunmasında mühüm rol oynayır.
Mübariz ABDULLAYEV
“İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında
elan edilmiş yaradıcılıq
müsabiqəsinə təqdim edilir”
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48

