Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Neft Fondunun Müşahidə Şurasının iclasında fondun keçənilki fəaliyyəti ilə bağlı məsələlərə baxılıb

Neft Fondunun Müşahidə Şurasının iclasında fondun keçənilki fəaliyyəti ilə bağlı məsələlərə baxılıb

22.04.2017 [11:32]

Aprelin 21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Neft Fondunun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb.
Müşahidə Şurası ARDNF-in icraçı direktorunun təqdim etdiyi Neft Fondunun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib və ARDNF-nin 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.
Baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31