Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsinin artırılması perspektivləri müzakirə olunub
13.05.2017 [10:51]
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi ofisində İdarə Heyətinin sədr müavini Elşən Əsədovla Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə attaşesi Toşihiro Kataqiri arasında işgüzar görüş keçirilib. Görüşün məqsədi iki ölkə arasında ticarət dövriyyəsinin artırılması perspektivlərinin müzakirəsi olub.
E.Əsədov qonağa Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar haqda geniş məlumat verib. Bildirib ki, dövlət başçısı tərəfindən Səhmdar Cəmiyyətin yaradılması ölkədə aparılan aqrar islahatlara dəstək xarakteri daşıyır. Qurum fəaliyyətə başladığı beş ay ərzində ölkə üzrə tədarük-təchizat sistemini quraraq başa çatdırıb və istehsalçılara avans verməyə başlayıb. Qurum bu sahədə yapon təcrübəsinin öyrənilməsində, fermer təsərrüfatlarında elmi-texniki yeniliklərin tətbiq olunmasında maraqlıdır və bu sahədə Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlıq etmək niyyətindədir.
Attaşe Toşihiro Kataqiri ölkəsində tədarük-təchizat sistemi sahəsində oxşar dövlət qurumunun mövcudluğundan söz açaraq bu sahədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Diplomat qeyd edib ki, təcrübə mübadiləsi sahəsində başlayacaq əməkdaşlıq gələcəkdə iqtisadi münasibətlərin genişlənməsinə səbəb ola bilər: “Yapon şirkətləri Azərbaycanın enerji sektorunda aktiv olsa da qeyri-neft sektorunda azlıq təşkil edir. Çalışmalıyıq ki, bu şirkətlər kənd təsərrüfatına maraq göstərsinlər. Diqqətinizə çatdırmaq istərdim ki, Yaponiyada Azərbaycanın bir sıra məhsullarına - nar, xurma, feyxoa, gilas, əncir, ərik və digər məhsullara böyük maraq var. Markalanma, qablaşdırma kimi tələblər yerinə yetirilərsə Azərbaycan məhsulları asanlıqla uzaq Yaponiya bazarlarına yol tapa bilər. Bu sahədə bir sıra məşhur yapon şirkətləri “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə əməkdaşlıq edə bilər. Təsərrüfatlarda müasir texnologiyaların tətbiqi, fermerlərin uçot sisteminin qurulması, məhsulların marketinqi sahəsində uğurlu əməkdaşlıq perspektivləri var”.
Müzakirədə yaxın vaxtlarda yapon şirkətləri ilə işgüzar görüşün keçirilməsi, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndələrinin təcrübə mübadiləsi məqsədi ilə Yaponiyaya səfərlərinin təşkil edilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

